ABŞ-nın Vyominq əyalətində 2003-ci ildə ələ keçirilən və 52 milyon illik olduğu hesablanan yeni yarasa fosilinin, təkamülçü təbliğata vəsait edildiyi görülür. “Onychonycteris finneyi” olaraq adlandırılan və olduqca yaxşı qorunan fosil, Amerika təbiət tarixi muzeyi, Kanada Ontariodakı kral muzeyi və Almaniyadakı Senkenberq araşdırma institutundan tədqiqatçılardan meydana gələn bir qrup tərəfindən “Nature” jurnalının 14 fevral 2008-ci il tarixli sayında tanıdılmışdır. Fosili maraqlı edən xüsusiyyətləri, qulaq quruluşunun dövrümüzdəki yarasalarındakının əksinə, bu canlının sonar sisteminə sahib olmadığını göstərməsi və bütün barmaqlarında pəncələrə sahib olması olaraq ifadə edilir. Dövrümüzdəki yarasalarda isə bir qolda iki pəncə var. Bundan əlavə, “Onychonycteris finneyi”nin arxa ayaqlarının qollarına olan nisbəti, dövrümüzdəki yarasalarınkından daha çoxdur. Sinə sümüyünün quruluşu, öz ağırlığını asanlıqla daşıya biləcək şəkildə uça bildiyini göstərir. Diş quruluşunun xüsusiyyətləri də dövrümüzdəki yarasalarınkına bənzəyir və canlının böcəklərlə bəsləndiyini göstərir.

“Onychonycteris finneyi”, qulaq içində və ətrafındakı xüsusiyyətlər baxımından, yarasaların ətrafı qəbul etmə və ov ovlayarkən istifadə edən sonar sistemindən məhrum olduğu görünür və təkamülçülərin buna, nəzəriyyələri lehində fərziyyə vəsaiti olaraq müraciət etdikləri görülür. Gerçəkdə qüsursuz bədən quruluşuna sahib yarasaların müxtəlifliyinin göstəricisi olan bu fosil, təkamülçülərə görə dövrümüzdəki yarasaların daha ibtidai forması kimi təqdim edilir. Xəbəri verən media orqanları fosilin, “yarasaların təkamülündəki sirri həll etdiyini”, “yarasaların uça bilməyən əcdadları ilə dövrümüzdəki nümunələri arasında itmiş halqa olduğunu” iddia edirlər.

Ancaq “yarasaların təkamülü” və “itmiş halqa” kimi anlayışlar təkamülçülərə görə edilən “təsir etmə” oyunlarından ibarətdir. Yarasalar, həm olduqca mürəkkəb fiziologiyaları ilə həm də milyon illik dəyişməzlik ortaya qoyan fosilləri ilə təkamülü yalanlayan canlılardır. “Onychonycteris finneyi” fosili də bu gerçəyi qəti olaraq dəyişdirmir.

 

Yarasaların sonar sistemi təsadüfi inkişaf iddiasını rədd edir

Yarasaları maraqlı edən xüsusiyyətlərinin başında, bu canlıların sahib olduğu kompleks “sonar” sistemi gəlir. Bu sonar sistemi sayəsində yarasalar zülmət qaranlıqda, heç bir şey görmədən olduqca cəld və qüsursuz manevrlərlə uçurlar. Qaranlıq bir otaqdakı kiçik bir qurdu belə hiss edir və ovlayırlar.

Bu sonar, heyvanın davamlı olaraq yüksək tezlikli səslər yayması, bu səslərin əks-sədalarını analiz etməsi və nəticədə ətrafının dəqiq analizini etməsi ilə çalışır. Həm də canlı bu işi fövqəladə dərəcədə sürətlə, havada uçduğu saniyələr ərzində fasiləsiz və qüsursuz şəkildə bacarır.

Yarasaların sonar sistemi üzərində edilən araşdırmalar, daha da gözəl nəticələr ortaya qoymuşdur. Heyvanın qəbul etdiyi tezlik aralığı çox dardır, yəni ancaq müəyyən dalğadakı səsləri qəbul edə bilər. Ancaq bax bu nöqtədə çox əhəmiyyətli bir problem ortaya çıxır. Doppler təsiri deyilən fizika qanununa görə, hərəkət halındakı bir cismə dəyən səsin tezliyi dəyişir. Buna görə, yarasa özündən uzaq olan bir ağcaqanada doğru səs dalğalarını yaydığında, dönən səs dalğaları yarasanın eşitməyəcəyi aralığa düşəcək. Bu səbəblə yarasanın hərəkətli cisimləri qəbul etmədə böyük çətinliklər yaşaması lazımdır.

Amma belə olmaz. Yarasa hər cür cismi qüsursuz şəkildə qəbul etməyə davam edir. Çünki yarasa, doppler təsirini bilirmiş kimi, hərəkətli cisimlərə doğru göndərdiyi səs dalğalarını dəyişir. Məsələn özündən uzaqlaşan ağcaqanada ən yüksək tezlikli səs dalğasını yollayır ki, səs geri döndüyündə eşitməyəcəyi qədər aşağı tezliyə gəlməsin.

 

ABŞ Vyominqdə tapılan ən qədim yarasa fosili. 50 milyon illik bu fosil ilə bu gün yaşayan yarasalar arasında heç bir fərq yoxdur.

 

Yaxşı bəs bu nizamlama necə reallaşar?

Yarasanın beynində, sonar sisteminə nəzarət edən iki fərqli tipdə neyron (sinir hüceyrəsi) var; bunlardan biri əks olunan ultrasəsi hiss edir, digəri bəzi əzələlərə əmr verərək yarasanın qışqırığını meydana gətirir. Bu iki neyron beyində yoldaş olaraq çalışır; elə ki əks-səda tezliyi dəyişdikdə, ilk neyron bunu aşkarlayır və ikinci neyronu basdırararaq və ya xəbərdar edərək, qışqırığın tezliyinin əks-sədanın tezliyinə uyğun gəlməsini təmin edər. Nəticədə yarasanın qışqırığı mühitin vəziyyətinə görə tezlik dəyişdirər və ən məhsuldar şəkildə istifadə edilir.

Bütün bu sistemin təkamül nəzəriyyəsinin “təsadüfi mutasiyalarla mərhələli təkamül” izahına endirdiyi zərbəni görməmək isə mümkün deyil. Yarasadakı sonar sistemi olduqca kompleks quruluşdur və əsla təsadüfi mutasiyalarla açıqlanmaz. Sistemin işləməsi üçün, bütün detallarıyla qüsursuz olaraq mövcud olması zəruridir. Yarasa həm yüksək tezliklərdə səs yayan quruluşa, həm bu səsləri qəbul edib analiz edəcək orqanlara, həm də hərəkət dəyişikliklərinə görə tezlik nizamlaması edən sistemə sahib olmalıdır ki, sahib olduğu sonar işə yarasın. Əlbəttə ki bütün bunlar təsadüflərlə açıqlanmaz və yarasanın qüsursuz şəkildə yaradıldığını göstərir.

 

Yarasaların fosil qeydi təkamülü yalanlayır

Necə ki, fosil qeydləri da, yarasanın yer üzündə birdən və bugünkü kompleks quruluşu ilə ortaya çıxdığını göstərir. Təkamülçü paleontoloqlar Hil və Smit, “Bats: A Natural History” adlı kitablarında bu gerçəyi “etiraf” xüsusiyyətində açıqlayırlar:

 

Yarasaların fosil qeydləri, erkən Eosen dövrünə qədər uzanır… və beş ayrı qitədə birdən müəyyən edilmişdir. Bütün fosil yarasalar, hətta ən qədimləri belə, olduqca inkişaf etmiş yarasalar və bu səbəbdən quruda yaşayan əcdadlarından necə ara keçidlə gəldikləri mövzusunda heç bir işıq tutmazlar. (John E. Hill, James D Smith, Bats: A Natural History, London: British Museum of Natural History, 1984, səh. 33)

 

Təkamülçü paleontoloq L. R. Qodfrey isə eyni mövzuda belə yazır:

 

Erkən Tertiryən dövrünə aid çox sayda məsələn Icaronycterus kimi yaxşı qorunmuş yarasa fosili vardır. Amma Icaronycteris bizlərə yarasalarda uçuşun təkamülləşməsi haqqında heç bir şey söyləmir, çünki bu onsuz da qüsursuz şəkildə uçan yarasadır. (L. R. Godfrey, “Creationism and gaps in the Fossil Record” Scientists Confront Creationism, W. W. Norton and Company, 1983, səh. 199)

 

Qısası, nə yarasaların kompleks bədən sistemlərinin təkamüllə ortaya çıxması mümkündür, nə də fosil qeydləri belə bir təkamül yaşandığını göstərir. Əksinə, yer üzündə ilk dəfə ortaya çıxan yarasalar ilə bu gün yaşayan nümunələri eynidir. Yarasalar, həmişə yarasa olaraq mövcud olmuşdur.

 

“Onychonycteris finneyi” üzərindəki darvinist iddialar, sadə söz oyunlarına əsaslanır

Son fosil ilə əlaqədar xəbərlərə baxıldığında bunların demək olar ki, hamısında “yarasaların təkamülü” şəklində bir mövzudan istifadə edildiyi, sanki bu iddianı dəstəkləyən dəlillər də elmi ədəbiyyatda ortaya qoyulmuş kimi bir təəssürat oyadır. Halbuki yuxarıda da göstərildiyi kimi, elmi dəlillər yarasaların təkamülü iddiasını dəstəkləmir, tam əksinə çürüdür. Təkamülçülərin burada müraciət etdiyi yalan bu şəkildə işləyir:

 

Təkamül nəzəriyyəsi, bir canlının başqa canlıdan təkamül keçirdiyini önə sürdüyü halda təkamülçülər canlılar arası keçidlərə aid nümunə göstərmir, canlı müxtəlifliyini göz boyama vasitəsi olaraq istifadə etməyi seçirlər. Məsələn, yarasalar təkamül nəzəriyyəsinə görə quruda yaşayan dörd ayaqlı məməlilərdən təkamül keçirmiş olmalıdır. Təkamülçülərin izah etdikləri hekayələrdə bu uçan sincab kimi ağacdan ağaca uçan canlılara verilmişdir. Ancaq bu işin yalnız nağıl hissəsidir. Təkamülçülər sincab və ya hər hansı bir başqa quru məməlisindən yarasaya hansı fosil mərhələlərlə keçiləcəyinə, bu xəyali çevrilmə əsnasında canlı nəslinin necə olub da həyatda qalmağı bacardığına aid ən kiçik dəlil belə təqdim edə bilmirlər. (Necə ki, yuxarıda da ortaya qoyulduğu kimi, yarasaların ən qədim nümunələri tam inkişaf etmiş formadadır və hər hansı başqa bir canlıdan keçidin ara xüsusiyyətlərini bədənlərində qəti olaraq ehtiva etmirlər).

 

Yarasa növlərinin, yer üzündəki bütün məməli növlərinin təxminən ¼-ni meydana gətirdikləri bilinir. Üstün sonar sistemi, ağaclara və mağara tavanlarına yapışmağı təmin edən pəncələr, incə və yüngül pərdədən meydana gələn və yarasaya üstün manevr qabiliyyəti verən qanad sistemi, xüsusi diş və pəhriz xüsusiyyətləri ilə digər məməlilərdən ayrılırlar. Bundan əlavə, məməlilər, balina, siçan, aslan və yarasa kimi çox müxtəlif formalarda olurlar və morfoloji baxımdan bir-birinə beləsinə uzaq olan məməlilər sinfi üzvləri arasında heç bir ara-forma bilinmir. Aslan, at, yarasa, it və balinanın eyni ortaq əcdaddan əmələ gəldiyini iddia edən təkamülçülər, bu canlılar arasında çox sayda olması lazım olan ara-formalardan tək birini belə göstərə bilmirlər. Təkamülçülər yalnız, hər biri qüsursuz quruluşda yaradılışa işarə edən yarasaların bioloji müxtəlifliyini nəzəriyyələri üçün, bu forma müxtəlifliyini “təkamül” olaraq təhrif edirlər.

Tapıntını təkamül dəlili olaraq təhrif edən “The Guardian” qəzeti və BBC kimi media quruluşlarına, təkamül nəzəriyyəsini söz oyunlarıyla ayaqda tutma səyinə son vermələrini və yarasaların üstün və qüsursuz yaradılışa işarə etdikləri gerçəyini qəbul etmələrini tövsiyə edirik.