İndoneziyanın Flores adasında olan və 4 il əvvəl tanıdılan miniatür insan qalıqları ilə əlaqədar olaraq təkamülçülər arasında davam edən müzakirələr, son olaraq Mikroneziyadakı Palau adasında ələ keçirilən insan skeletləri ilə yeni bir ölçü qazandı. Flores sümüklərini ortaya çıxaran təkamülçü tədqiqatçılar onları ayrı bir insan növü adlandırmış, daha sonrakı müddətdə bəziləri bu iddiaya qarşı çıxaraq Flores insanlarının, Homo sapiens populyasiyasının deformasiya edilmiş anormal fərdləri olduğu fikrini ortaya qoymuşlar. İkinci görüş, tapılan yeni sümüklərlə daha da ağırlıq qazandı və sümükləri ayrı bir növ olaraq təyin edən təkamülçülərin obyektiv olaraq hərəkət etmədikləri bir daha ortaya qoyuldu.
Haqqında danışılan tapıntı, “National Geographic Society” və Cənubi Afrikanın Vitvatersrand universiteti tədqiqatçısı olan Li Berqerin, VitVatersrand, Rutqers və Duk universitetlərindən elm adamları ilə birlikdə “Public Library of Science One” jurnalında yayımlanan məqalədə yer alıb. (1)
Tədqiqatçılar Palau sümüklərini dövrümüzdən 1400 ilə 3000 il əvvələ aid edirlər. Palau adası, Qərbi Karolina adalarında yerləşir və çox sayda mağara ehtiva edir. Qalıqlar, adanın Uçeliunqs və Omodokel adlı mağarada ələ keçirildi. Qəbiristanlıq olaraq istifadə edildikləri aydın olan mağaralarda, çox sayda insan sümüyünə rast gəlindi. Belə ki, 1 kvadrat metr genişliyində və 50 sm dərinliyindəki çuxurda 1200 parça insan qalığı ortaya çıxarıldı. (2)
Artıq bir çox insana aid qalıqlar arasında yer alan bir kişinin 43 kiloqram, bir qadının isə 29 kiloqram ağırlığında olduğu hesablandı. Skeletlər üzərində edilən araşdırmalar, bu insanların 100-130 cm. uzunluğunda olduğunu göstərir. Taksonomiya olaraq, üz və kəllə anatomiyasındakı çox saydakı xüsusiyyət baxımından H. sapiensə aid xüsusiyyətlər ortaya qoyurlar. Buna görə, tədqiqatçılar bu insan qrupunun hər hansı səbəbə görə sadələşdirilmiş boya sahib H. sapienslər olduğuna inanırlar. Bunun olacaq səbəbləri arasında liliputlaşma ya da sekkel sindromu və ya kretinizm kimi inkişafdan dayanma xəstəlikləri sayılır.
Bundan əlavə Palau sümükləri, Flores adasında ələ keçirilən insan qalıqlarıyla da əhəmiyyətli bənzərliklər ortaya qoyur. Palau insanları da Flores insanları kimi diqqətə çarpmayan bir çənə quruluşuna, qeyri-adi şəklə sahibdir göz yuvalarına və iri dişlərə sahibdir. Bu baxımdan, Palau sümükləri Flores insanlarının qeyri-adi xüsusiyyətlərinin ən azından bəzilərinin varisliyə deyil ətraf amillərə bağlı olduğunu ortaya qoyur.
Berqer, Flores adamıyla əlaqədar olaraq inkişaf etdirilən “ayrı növ” iddiasının əsassız olduğunu bu sözlərlə ifadə edir:
“Palauen kəşfi, bu sümüklərin Flores sümükləri paylaşdığı (və dövrümüzdəki insanlara görə (təkamülçülərə görə) “ibtidai” olduğu düşünülən) bir çox xüsusiyyət olduğunu və bu xüsusiyyətlərin (Flores insanlarını) yeni bir növ olaraq xarakterizə edilən (xüsusilə də bunlar tək bir skeletə əsaslandığı halda) istifadə edilməməsi lazım olduğunu göstərir.” (3)
Berqer, “Science” jurnalında nümayiş olunan izahlarında isə bunları söyləyir:
“Palau populyasiyasının xəstə insandı, H. floresiensisin əldəki tək və anormal kəlləsindəki kimi bir görünüşə sahib olmuş ola bilər.” (4)
Bu tapıntılar işığında Flores insanlarının ayrı növ olaraq səciyyələndirilməsinin səhvinə diqqət çəkən bir başqa tədqiqatçı da Robert Ekhard. Pensilvaniya Əyalət universiteti antropoloqu olan və Homo floresiensisin deformasiya edilmiş Homo sapiens fərdləri olduğunu müdafiə edən Ekhard, bu çalışma haqqında belə deyir:
Berqer məqaləsi çox vacibdir, çünki bu sahədə normal beyin həcminə malik kiçik insanlar var və bunları izah etmək üçün yeni növlərin müəyyənləşdirilməsinə ehtiyac yoxdur “[5].
Bu vaxt H. Floresiensisi ayrı növ olaraq təqdim etməyə çalışan təkamülçü tədqiqatçıların ən çox dəstəklədiyi miniatür kəllə haqqında tanınmış təkamülçü mütəxəssis əleyhinə görüş ortaya qoydu. H. Floresiensisin miniatür beyni haqqındakı fikirləri alınan Kolumbiya universiteti antropoloqu Ralf Holovey, “Homo floresiensis” də bir şimpanzeninki qədər beynin olmasını xəstəlikdən qaynaqlanan vəziyyət olaraq qiymətləndirirəm”-dedi. (6)
Göründüyü kimi, təkamülçülərə görə insanın guya təkamülündə yeni bir pillə olaraq təqdim edilən və ictimaiyyətə geniş diametrli təbliğatın vəsaiti olaraq təqdim edilən qalıqların, Homo sapiensin deformasiya edilmiş fərdlərinə aid olduğu ortaya çıxır. Beləliklə təkamülçülərin sümüklər üzərindəki iddialarının öz doqmatik inanclarının təsiri ilə etdikləri qərəzli, elmi dayaqdan uzaq izahlar olduğu bir dəfə daha aydın olur. İnsan, təsadüfi müddətdə və təbiət hadisələrinin təsiri ilə meymunabənzər əcdadlarından törəməmiş, Uca Allahın “OL” əmri ilə yoxdan mövcud olmuşdur.
(1) Berger LR, Churchill SE, De Klerk B, Quinn RL (2008) Small-Bodied Humans from Palau, Micronesia. PLoS One 3 (3): e1780. doi: 10.1371 / journal.pone.0001780
(2) Discovery fuels “Hobbit” debate, 11 mart 2008, http://www.int.iol.co.za/index.php?set_id=1&click_id=31&art_id=nw20080311091230769C102642
(3) Discovery fuels “Hobbit” debate, 11 mart 2008,
http://www.int.iol.co.za/index.php?set_id=1&click_id=31&art_id=nw20080311091230769C102642
(4) Elizabeth Culotta, Hobbit Redux ?, 11 mart 2008, http://sciencenow.sciencemag.org/cgi/content/full/2008/311/1
(5) Brandon Keim, Were Fossil “river” Just Little Humans ?, 11 mart 2008, http://www.wired.com/science/discoveries/news/2008/03/hobbit
(6) Brandon Keim, Finding Common Ground in the Hobbit Controversy, 12 mart 2008, http://blog.wired.com/wiredscience/2008/03/finding-common.html