Yer üzündəki canlı növlərini kataloqlandırmayı məqsəd edən “Həyat ensiklopediyası”nın 30.000 canlını əhatə edən ilk bölümü, www.eol.org saytında yayımlanmışdır. Saytda hər canlı növü, şəkil və əlaqədar məlumatlar təqdim edilərək özünə ayrılmış bir səhifədə tanıdılır. 2017-ci ilə qədər kataloqlandırılması nəzərdə tutulan növ sayı 1.8 milyona çatır.1
Saytın hazırlanmasından əvvəl internetdə yayımlanan və hal-hazırda bir çox canlı orqanizmlə bağlı məlumatların dərc olunduğu məlumat bazaları istifadə olunmuşdur. “Həyat ensiklopediyası” layihəsi idarəçisi Dr. Ceyms Edvards, müxtəlif mənbələrdən məlumatları çəkib öz məlumat hovuzlarında yayımlamalarını təmin edən texnologiyadan istifadə etdiklərini ifadə edir. “Əgər biri bu qədər məlumatı, bir həyat ensiklopediyasını, oturub sıfırdan yazmağa başlasa bunun tamamlanması 100 il davam edər. Amma biz bu işi bu müddətin onda biri qədər zamanda edə biləcəyimizi düşünürük”, deyir Edvards.2
Həyat ensiklopediyası saytından, bir canlı növünün nəslinin davam edib-etmədiyi, təhlükədə olub-olmadığına aid məlumatlar tapmaq da mümkündür.
Həyat ensiklopediyası layihəsi, dünyanın müxtəlif ölkələrindən çox sayda elm adamının davam etdirdiyi təsnifat işlərində gəlinən son mərhələni göstərməsi baxımından maraqlı olduğu kimi, yer üzündə Allahın mövcud etdiyi müxtəlifliyin nə cür heyrət verici zənginlik təqdim etdiyini də bir daha xatırladır.
Dünyada, həqiqətən də qeyri-adi bioloji müxtəliflik vardır. Səhralardan yağış meşələrinə, dağların zirvələrindən okean səthinə qədər çox müxtəlif həyat sahəsi, bir-birindən çox fərqli bədən quruluşu ortaya qoyan milyonlarla canlı növünə ev sahibliyi edir.
Həyat növlərinin ən sıx olduğu yağış meşələrində tək bir ağacın üzərində 43 ayrı qarışqa növü; 650 fərqli böcək növü görülür. Bu növlərdən hər biri, çox böyük bir sistemin əsas rol oynayan işçisidir. Elm və Texnika jurnalında Amazondakı yağış meşələrinin izah edildiyi məqalədə, növlərin bir-birinə asılılığı və ekoloji sistemdəki həssas quruluşu bu sözlərlə təsvir edilir:
“Amazon hövzəsindəki bu kompleks ekoloji sistemin növlərin davamlılığı bir-birlərinin həyatına möhkəm bağlıdır. Bitki ya da heyvan olsun, hər bir növ, bu milyon hissəli sistemin kiçik bir hissəsinə yardım edir. Ağacların, ağaclardakı epifilərin (köklənmə ehtiyacı olmayan bitkilər) və göbələklərin, meymunların, vampir yarasaların, qartalların, tutuquşuların, çaydakı timsahların, piranyaların və nilufərlərin, gözlə görülməyən mikroorqanizmlərin, içində yaşadıqları bu nəhəng ekoloji sistemə hamısının fərqli fəaliyyətləri vardır. Burada çox həssas tarazlıqlar var. Yağış meşələri bütün bu növlərlə birlikdə mövcud olur. Tək bir növün belə aradan qalxması bir çox tarazlığı pozar.”3, 4
Digər tərəfdən, bu canlılar insanlar üçün çox müxtəlif və həyati əhəmiyyət kəsb edir. Ərzaq istehlakının təxminən 80%-i təxminən 20 bitkiyə əsaslansa da, dünya miqyasında insanların hər gün ən azı 40,000 növ heyvan və bitki növü istifadə edir.5 Bir çox insan ərzaq, sığınacaq və geyim baxımından bu növlərdən asılıdır. Dərmanların əhəmiyyətli hissəsi, birbaşa və ya bilavasitə olaraq bioloji mənbələrdən əldə edilir. Canlılar, dövrümüzdəki texnologiyanın təqdim edildiyi ən irəli laboratoriyalarda belə sintezi mümkün olmayan dərman birləşmələrindən hazır olaraq insanların sağlamlığına təqdim edirlər. Çoxunun adını belə eşitmədiyiniz canlıların, tibdə və dərman sənayesində istifadəsi gün keçdikcə artır.
Məsələn, sinə və yumurtalıq xərçənginə qarşı istifadə edilən “taxol” Şimali Amerikadakı porsuq ağacının qabığından; xərçəng inkişafına maneə törədən “Squalamine” bir köpək balığı növünün qaraciyərində; ürək çatışmazlığı çəkən şəxslərə dəstək olan “digitalis” üskük otundan; Hodqkin xəstəliyi və uşaqlardakı qan xərçənginə qarşı təsirli olan iki kimyəvi maddə (vinblastine və vincristine) Cəzair bənövşəsindən əldə edilmişdir. Dərmanlar içərisində olan və ölümə səbəb ola biləcək bakteriyalar, Şimali Amerika və Qərbi Hind adalarında tapılan bir sürü maddə ilə təsbit edilə bilər. Mikroblarla mübarizə zamanı istifadə edilən antibiotik tərkibli maddələr ümumiyyətlə bakteriya və kif göbələklərindən alınır. Yalnız doğum idarəsində üç min bitki növündən faydalanılır. Bunlardan əlavə, yeni dərmanların və peyvəndlərin sınanması üçün və tibbi araşdırmalarda, bakteriyalar, quşlar, meymunlar, siçanlar, pişiklər, itlər, dovşanlar, böcəklər və daha bir çox canlı istifadə edilir.6
Bioloji müxtəliflik, sənaye sahədə təmin etdiyi qaynaqlarla da insan həyatına əhəmiyyətli asanlıqlar təmin edir. İnşaat vəsaitini ipliyi, boyadan saqqıza, kauçukdan yapışqana qədər bir çox məhsul bioloji qaynaqlıdır. Canlılar sənaye sahəsində qaynaq təmin etdikləri kimi elm adamları üçün model də meydana gətirirlər. Bioloji müxtəliflik bu baxımdan elə zəngin bir rəhbərdir ki, sənayedə qarşılaşılan problemləri təbiətdəki canlılardan ilham alaraq təhlil etmək prinsiplərinə əsaslanan yeni elm sahəsi, Biomimetik doğulmuşdur. Canlıların, insan həyatını asanlaşdırmaq axtarışında olan elm adamları üçün necə bir cazibə və ilham mərkəzi olduğunu göstərməkdə, aşağıdakı yaradılış möcüzələri nümunə verilə bilər.
- Arı quşlarının 10 qramdan daha az bir yanacaqla Meksika körfəzini keçə bilmələri,
- Cırcıramaların ən yaxşı vertolyotlardan belə daha yaxşı manevr edə bilmələri,
- Termit qüllələrindəki kondisioner və havalandırma sistemləri avadanlıq və enerji istehlakı baxımından insanlar üçün daha üstün olmaları,
- Yarasanın çox-tezlikli ötürücüsünün, insanların etdiyi radarlardan daha məhsuldar və həssas çalışması,
- İşıq saçan dəniz yosunlarının bədən fənərlərini işıqlandırmaq üçün müxtəlif kimyəvi maddələr bir yerə gətirmələri,
- Qütb balıqları və qurbağaların donduqdan sonra yenidən həyata dönmələri və orqanlarının buz səbəbi ilə zədələnməməsi,
- Buqələmun və mürəkkəb balığının, olduqları şəraitlə tam uyğunlaşma içində olacaqları şəkildə dərilərinin rənglərini, naxışlarını dərhal dəyişdirmələri,
- Arıların, tısbağaların və quşların xəritələri olmadan uzun məsafəli səfərlər edə bilmələri,
- Balinaların və pinqvinlərin oksigen balonu istifadə etmədən üzmələri,
- DNT sarmalının məlumat saxlama qabiliyyəti,
- Yarpaqların fotosintez əməliyyatı ilə, ildə 300 milyard ton şəkər istehsalı edərək dünyanın ən böyük kimyəvi əməliyyatını reallaşdırması… 7
Həyat ensiklopediyası proyektiylə qeyd olunan milyonlarla canlı növü, həm ortaya qoyduğu üstün yaradılış və müxtəliflik həm də insanlığa təmin etdiyi faydalar baxımından Uca Allahın qüdrət və rəhmətinin bir təcəllisidir. Elm, Allahın yaratmasındakı möhtəşəmliyi göstərərkən, təkamülçülər yaşamış və yaşayan bu cür çox canlı arasında hələ tək bir fosil ara forma göstərə bilməmişdirlər. Bu cür mükəmməllikdə möcüzələr zəncirinin təbiətin öz şüursuz prosesləri içində təsadüfən inkişaf etdiyini iddia etmək kimi məntiqsiz tutum sərgiləyən təkamülçülər, Darvinin nəzəriyyəsinin növlərin mənşəyini açıqlayaraq artıq açıq şəkildə etiraf edirlər.8
Molekulyar biologiya sahəsindəki kəşflərin həyatın kompleksliyinin təxmin edilənin çox kənarında olduğunu ortaya qoyması ilə, təkamülçüləri əhatə edən çıxılmaz vəziyyətlərə yeniləri əlavə olunmuş, canlılardakı mürəkkəb kompleks strukturların hər biri təsadüfləri ilah edən təkamülçülər üçün kabusa çevrilmişdir. Canlılar təkamül keçirməmiş, elm adamları ilə kataloqlaşan növlərin hər biri Allahın xüsusi olaraq diləməsi və “Ol” əmri ilə mövcud olmuşdur. Uca Allah, məxluqatda istədiyini artırandır:
Göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha həmd olsun! O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir. (Fatir surəsi, 1)
Canlıların insanlara xidmət edən xüsusiyyətləri isə Allahın rəhmətinin bir göstəricisidir:
Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik. (Nəhl surəsi, 66)
1) İndiki vaxtda yaşayan növlərin, təbiət tarixi boyunca yaşamış bütün növlərin ancaq 1%-i qədər olduğu təxmin edilir.
2) Paul Rincon, First look at vast “book of life”, 26 fevral 2008, http://news.bbc.co.uk/2/hi/science/nature/7263134.stm
3) http://www.harunyahya.net/V2/Lang/tr/Pg/WorkDetail/Number/7998
4) Çağlar Sunay, Elm və Texnika, aprel 1999, səh.75
5) “Biodiversity”, Wikipedia internet ensiklopediyası, http://en.wikipedia.org/wiki/Biodiversity
6) “Dərman istehsalında canlılardan nümunə alınır”, http://www.harunyahya.org/bilim/biyomimeti/Biyomimetik_01.html
7) Harun Yahya, Biyomimetik: Texnologiya Təbiəti təqlid edir, http://www.harunyahya.org/bilim/biyomimeti/Biyomimetik_01.html
8) baxın: Harun Yəhyanın təkamül nəzəriyyəsini çürüdən elmi dəlilləri ortaya qoyan saytı: http://www.darwinizminsonu.com/