Pekka-Eric Auvinen 18 yaşında Finlandiyalı şagird idi. 7 noyabr 2007-ci il tarixində, hər gün etdiyi kimi, Helsinkinin 43 kilometr kənarda Tusula şəhərindəki Jokela liseyinə getmək üçün evindən çıxdı. Ancaq o gün Auvinenin məktəbə getmək səbəbi qeyri-adi idi. Və bir neçə saat sonra bütün dünya bu məqsədi öyrənəcəkdi.
Saat 11:44-də Jokela liseyindən silah səsləri gəlməyə başladı. Auvinen, məktəb binasının əsas girişindəki şagirdlərə təsadüfən atəş etməyə başlamışdı. Məktəbin direktoru Helena Kalmi çaxnaşma içində qaçan şagirdlərə siniflərə qaçmalarını dedi. Sinif pəncərələrindən bağçaya baxıb ətrafı izləyən şagirdlər, Kalminin Auvinenə mane olmaq üçün onun yoluna çıxdığını gördülər. Ancaq Auvinen onu dinləmiyəcəkdi. Dəhşətə qapılmış tələbələrin gözünün qarşısında 61 yaşındakı Kalmiyə 7 əl atəş edib onu öldürdü. Sonrakı qurban, ilk açılan atəşdə yaralanan şagirdlərə kömək etmək üçün məktəbə qaçan tibb bacısı idi. Auvinen 43 yaşındakı tibb bacısını da öldürdü və binanın içinə girdi.
Sinif qapılarına vurub qəribə şüarlarla şagirdlərə rəhbərliyə qarşı qiyamı əmr edən Auvinen, 11:55-də hadisə yerinə gələn polisin “təslim ol” çağırışını eşitdi. Ancaq çağırışa odla cavab verdi və məktəbin içində qarşısına çıxanlara atəş edərək irəliləməyi davam edirdi. Məktəbi əhatə edən polislər içəri girdikdən bir müddət sonra Auvineni tualetdə intihar etdiyi halda tapdılar. Qanlı hücumun nəticəsi Auvinen də daxil olmaqla 7 şagird və iki məktəb işçisi olmaqla doqquz ölü, on bir yaralı idi1.
Yaxşı amma Auvinen kim idi? Onu bu qanlı hücuma və intihara aparan səbəblər nə idi? Necə bir kin və nifrət onu eyni sıralarda oxuduğu yoldaşlarını gözünü qırpmadan öldürməyə yönəltmişdi?
Finlandiyanı şok edən hücumun müqəssiri haqqındakı məlumatlar bir müddət sonra ortaya çıxdı. Auvinen, hücumdan əvvəl internetdə video paylaşım saytlarında insan və həyata aid düşüncələrini izah etdiyi fayllar yayımlamışdı. Maraqlıdır ki, bunlardan biri “Jokela liseyi qətliamı 7 noyabr 2007-ci il” başlığını daşıyırdı. Videoda əvvəlcə Jokela liseyi binası, sonra Auvinen otağında və əlində silahı ona doğru tutaraq poza verdiyi görülürdü. Auvinen müxtəlif saytlarda fərqli istifadəçi adları ilə bir çox video yayımlamışdı.
Bunlar pessimist və aqressiv mahnılar ilə şiddət məzmunlu görüntülərdən meydana gəlirdi. Belə bir qanlı qırğını reallaşdıran birinin şiddətə meylli olması heç kimi təəccübləndirmirdi. Ancaq videolardan biri bu şiddətin arxa planına işıq tutması baxımından xüsusilə diqqət çəkirdi. Auvinen, saytlardan birində “Hamınızı öldürəcəyəm667 (ikillyouall667)” istifadəçi adıyla yüklədiyi “fəlsəfəm” başlıqlı videoda bu qırğını təbii seleksiyanın bir gərəyi olaraq reallaşdırdığını izah edirdi.
Təbii seleksiya, bir sözlə təbii seçilməklə, Çarlz Darvinin təkamül nəzəriyyəsinin təməlinə oturtduğu bir anlayışdır və həyatda qalmaq mübarizəsini davam etdirən heyvanlardan güclü olanların zəif olanları əzməsini ifadə edir. Təbii seleksiya, istər insanı hər hansı bir şüurdan məhrum etdiyi təbiət hadisələrinin məhsulu olaraq təyin etdiyi, istərsə də şiddətə əsaslandığı üçün həm ateist fəlsəfələrin həm də şiddət tərəfdarı ideoloji və hərəkətlərin imtina edilməyən bir dayağı olmuşdur. II Dünya müharibəsində milyonları ölümə göndərən diktatorlar döyüşməyi təbii seleksiyanın bir tələbi olaraq görmüşlər, təbliğatlarında darvinizmə çox istinad etmişlər.
Təbii seleksiya, Jokela liseyi qırğınında da qarşımıza çıxır. Auvinen, “fəlsəfə”sini izah etdiyi videosunda təbii seleksiyanı tətbiq etmək üçün çağırış edir. Auvinen, darvinizmin insana verdiyi (daha doğrusu vermədiyi) dəyəri özü verirmiş kimi eynilə bu şəkildə ifadə edir:
“Mən yalnız təbii seçməyə inanan normal bir anarxistəm. İnsanlar təbii seleksiyanı təkrar tətbiq etməlidir. Heyvanlar bu şəkildə yaşayır, insanlar niyə elə yaşamasın ki, bizlər də yalnız heyvanlarıq. Biz insanlar yer üzündəki ən pis heyvanlarıq. Bizi doğuran dünyanı murdarladılar və korlanmış cəmiyyət ilə ortaya çıxdıq. Bütün dünya pis vəziyyətdə və cəmiyyət çöküşün astanasındadır. Buna görə [təbii seleksiya] olmalıdır. Nə qədər tez olsa o qədər yaxşı olar. … Qanun, yalnız güclü olanın fikridir … Buna görə həyatınızın idarəsini ələ almalı və anarxist olmalısınız. Nə istəyirsinizsə onu etməli, sizə nə edəcəyinizi söyləyənləri nəzərə almamalısız. Bu sizin həyatınızdır.
Güclü olanlar həyatda qalarkən, zəif olanlar ölməlidir. Bu, güclü olanın həyatda qalmasıdır, təbii seleksiyadır. Heyvanlar davamlı olaraq ölərlər. Bir iti, başqa bir it öldüyü üçün ağlayan görməzsiniz. İnsanlar da ölərlər. Reaksiya, eyni şəkildə olmalıdır. Bu yalnız təbii bir şeydən ibarətdir, böyük və ya əhəmiyyətli bir şey deyil. Tanımadığınız biri üçün ağlamayın, bu kədərli vəziyyət deyil … Mənim şəxsi fikrim budur: İNSAN İRQİNİN SOYQIRIMI REALLAŞDIRILMALIDIR.”2 (Böyük hərflər orijinaldır)
Auvinen, fikirlərinin təzahürü olaraq, bu qırğına girişməyində darvinist fikirlərinin təsirli rol oynadığını açıq şəkildə göstərən ifadələrə yer verdi:
“Mübarizəm üçün döyüşməyə və ölməyə hazıram … Təbii seleksiya fikrini müdafiə edən biri olaraq, uyğun görmədiklərimi, insan irqinin və təbii seleksiyanın üz qaralarını aradan qaldıracağam. Xeyr, gerçək budur ki, mən yalnız bir heyvan, bir insan və bir müxalifəm … Artıq təbii seçmə və güclü olanın həyatda qalması prinsipini yenidən yoluna qoymağın vaxtı gəldi!”3
Jokela ilk deyil
Jokela liseyi qırğını, darvinizmi elmi həqiqət olaraq gənc nəsillərə öyrətməyin necə faciəvi şəkillərdə nəticələnəcəyinin açıq nümunəsini təşkil edir. Bununla bərabər, bu tək nümunə deyil. 20 aprel 1999-cu il tarixində ABŞ-ın Kolorado əyalətində Kolumbine liseyinin iki şagirdi, 18 yaşındakı Erik Haris və 17 yaşındakı Dilan Klebold da məktəblərinə silah və bombalarla getmişlər, 12 şagirdi və 1 müəllimi 30 dəqiqə içində öldürdükdən sonra intihar etmişdilər. Hücum anında Harisin geyindiyi köynəyin üstündə “TƏBİİ SELEKSİYA” yazırdı.4 Hücumdan sonra Harisin evində ələ keçirilən yazıların çoxunda təbii seçmə və üstünlük hisslərindən bəhs edilirdi. Haris və Klebold, bundan əvvəl internetə yüklədikləri videolarında davamlı olaraq “təkamül keçirdiklərini” və “bəşəriyyətdən üstün” olmağın necə bir duyğu olduğundan bəhs edirdilər.5
Tək tərəfli darvinist təhsilə son verilməlidir
Darvinist təhsil, insanlara həyatlarının bir məqsədi olmadığı yalanını verərək onları hər cür ümid və sevincdən məhrum pessimist və cani şəxsiyyətli ruh xəstələrinə çevirir. Darvinist təhsilin insanları sürüklədiyi bu mənfi ruh halını, şəxsən qabaqcıl ateist darvinistlər qəbul edirlər. Bu təsir, ateist zooloq Riçard Davkinsin, “Unweaving The Rainbow (Göyqurşağını dağıtmaq)” adlı kitabının girişində bu sözlərlə ifadə edilir:
“İlk kitabımın yayımçısı, kitabı oxuduqdan sonra, verdiyi soyuq və qəmli mesajdan çox sıxıldığını və üç gecə yata bilmədiyini etiraf etdi. Bəziləri də məndən səhərlər oyanmağa necə dözdüyümü soruşur. Uzaq ölkədən bir müəllim mənə gileyli məktub göndərdi. Məktubunda, eyni kitabı oxuyan bir şagirdinin yanına göz yaşları ilə gəldiyini və həyatın boş və məqsədsiz olduğu düşüncəsinin onu mənfi istiqamətdə təsir etdiyini yazırdı. Müəllim, digərlərinin də eyni “heçlik pessimizmi”ndən təsirlənməmək üçün, şagirdinə kitabı başqalarına göstərməməsini tövsiyə etmişdi.”6
Darvinist təhsil verənlər əslində özlərini vururlar
Jokela və Columbine qırğınlarında təcavüzkarlar və onları istiqamətləndirən düşüncələr üzərində dayanmaq əlbəttə tələb olunur ancaq bu nöqtədə araşdırmağı bir addım daha dərinləşdirmək və bu hadisələrə gətirib çıxaran çox əhəmiyyətli bir faktora enmək lazımdır. Bu faktor, məktəblərdə davam etdirilən darvinist təhsildir. Bilindiyi kimi ABŞ və Avropa ölkələrində şagirdlərə, həyatın yer üzündə özbaşına başladığı və insanın təbii seleksiya ilə ortaya çıxmış inkişaf etmiş meymun növü olduğu kimi boş sözlərini elmi gerçəklər olaraq öyrədirlər. Jokela və Columbine qatilləri də qərb cəmiyyətlərində verilən darvinizm tərəfdarlı bu təhsili almış şəxslərdir. Bu səbəbdən qırğınları reallaşdıranlar hər nə qədər məktəb şagirdləri olsa da əslində məktəblər özlərini vurmalıdırlar.
Buna görə təhsil siyasətini müəyyən edən, darvinist təhsilin gec-tez sistemə silah yönəldən militanlar yaradacağını bilməli, tədris sistemini bu istiqamətdə təşkil edərək, darvinizmin elmi süqutu və ideoloji arxa planı haqqında gənclər bilgiləndirilməlidir.
1) Jokela school shooting – Wikipedia, the free encyclopedia, http://en.wikipedia.org/wiki/Jokela_school_shooting
2) Pekka-Eric Auvinen”s Video “My Philosophy”, http://www.liveleak.com/view?i=bb4_1194559199
3) Sami Torma, Nine die in Finland after YouTube post “, http://www.reuters.com/article/topNews/idUSHEL00597220071107
4) Denver Rocky Mountain News, 25 Haziran 1999, s. 4A, 14A
5) Antonio Mendoza, High School Armageddon, http://www.mayhem.net/Crime/columbine.html
6) Richard Dawkins, Unweaving The Rainbow, Houghton Mifflin Company Newyork, 1998, səh. 9