İçeriğe geç

“National Geographic” yaşayan fosili etiraf edir

31 mart 2008-ci il tarixində “National Geographic News” internet saytında “’living dinosaur’ Is fastest evolving animal – “yaşayan dinozavr” ən sürətli təkamül keçirən heyvan” başlığı altında yazı nəşr olundu. Yazıda “yaşayan dinozavr” olaraq xarakterizə edilən canlı, bir tuatara idi. Bir tərəfdən Yeni Zelandiya tuatarasının “milyon illər ərzində heç bir dəyişiklik keçirmədiyinin” etirafı edilir, bir tərəfdən də bu canlı, molekulyar mənada ən sürətli təkamül keçirən canlı elan edildi.

 

Daha əvvəl bir neçə dəfə ifadə etdiyimiz kimi, darvinizmin iddiaları, elmi dəlillərlə deyil, təbliğatlarla davam etdirilməyə çalışılır. Bəhsi keçən tuatara nümunəsində də vəziyyət belədir. Halbuki vəziyyət, darvinistlər baxımından ürək ağrısıdır.

 

Tuatara, 200 milyon il əvvələ aid fosili tapılan canlıdır. Və bu fosil nümunəsi, canlının 200 milyon ildir heç bir şəkildə dəyişmədiyini, indiki mükəmməl görünüşü ilə bir anda yaradıldığını sübut edir. Bu əhəmiyyətli gerçək təkamülçülər üçün çox böyük dağıntıdır.

Məhz bu səbəblə darvinistlər, nəzəriyyələrini tam mənasıyla yıxan tuatara kimi yaşayan fosillər qarşısında, yeni müdafiə taktikaları inkişaf etdirir; yeni təhrif etmələrə əl atırlar. Məsələn bəhsi keçən xəbərin başlığını oxuyan bir adam, tuataranın, milyon illik dəyişməmiş fosillərinə qarşı əslində təkamül keçirdiyini, hətta bu təkamül keçirməyin də “sürətli” şəkildə olduğu təəssüratına qapılacaq. Yazıda adı keçən elm adamlarının isə, “elmi” araşdırmalar nəticəsində bu qənaətə gəldiklərini düşünəcək. Halbuki bu tamamilə yalandır, gözdən pərdə asmaqdır.

Təkamül nəzəriyyəsi canlıların, milyon illər ərzində mərhələ-mərhələ meydana gələn xəyali genetik dəyişikliklər nəticəsində inkişaf etdikləri və başqa canlılara çevrildiklərini iddia edir. Bu səbəbdən, təkamülçü elm adamlarının, bu canlıda meydana gəldiyini iddia etdikləri “sürətli genetik dəyişmələrin” canlı üzərində necə bir təsirinin olduğunu mütləq görülməsi, bu xəyali genetik dəyişmələrin nəticəsində canlının quruluşunda ciddi dəyişikliklər olmalıdır. Lakin canlıda belə bir dəyişmə yoxdur. Tuatara, eynilə fosili tapılan 100 milyondan çox canlı kimi, milyon illər əvvəl də bugünkü kimidir. Heç bir təkamül keçirməyib və dəyişməmişdir. Nə genetik nə də struktur fərqliliyi yoxdur. “Genetik mənada sürətli təkamül” iddiası, çox böyük yalandır, elmi mənada heç bir sübutu olmayan saxtakarlıqdır.

Canlının milyon illər ərzində eyni qalmağının verdiyi tək bir nəticə var: Yer üzündə təkamül yaşanmamışdır. Bu canlı da, digər bütün canlılar kimi, mükəmməl və qüsursuz xüsusiyyətləri ilə yoxdan yaradılmışdır. Onu bugün fövqəladə dərəcədə xüsusiyyətlərlə yaradan Uca Allah, şübhəsiz onu 200 milyon il əvvəl də eyni mükəmməlliklərlə yoxdan yaratmağa qadirdir. Yer üzü, bu fövqəladə dərəcədə yaradılışın dəlilləri ilə doludur.

 

Darvinist təbliğat acınacaqlı mövqeyə gəlmişdir. Təkamül nəzəriyyəsini qəti olaraq çürüdən yaşayan fosillərə qarşı inkişaf etdirilən müdafiələr, elə məntiqsiz və elmdən uzaqdır ki, indi darvinistlər bu üsullarla ibtidai məktəb uşağını belə aldada bilmirlər. Harun Yəhyanın böyük əsəri Yaradılış Atlası, sərgilədiyi fosillərlə təkamülçülər üçün böyük dağıtmanı dünyaya elan etmişdir. Bu böyük məğlubiyyəti həzm edə bilməyən bəzi darvinistlərin coşğun nağıllarla bu əyri ideologiyanı davam etdirməyə çalışması heç bir nəticə verməyəcək. Çünki darvinizm, artıq dünya səviyyəsində sona çatmışdır.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz