“The Daily Telegraph” qəzetinin internet saytında, beynin guya təkamül ilə əlaqədar darvinist nağıla yer verildi. Haqqında danışılan nağılı ehtiva edən yazı, “study traces the evolution of the human brain- əmək, insan beyninin təkamülünü araşdırır” başlığını daşıyırdı və “Wellcome Trust Sanger” institutu tədqiqatçılarının ingilis elm jurnalı “Nature”də yayımlanan yeni çalışmalarını mövzu edirdi. Bu yazıda yer verilən darvinist nağıl cavablandırılaraq beynin təkamülü iddiasının çıxılmaz vəziyyətləri ortaya qoyulur.

 

Set Qrant və qrupunun çalışması

Beynin təkamülü iddiası əlaqələndirilən müqayisə, ümumiyyətlə sinapslar sayına əsaslandığı halda, bu çalışmada sinapslar zülal komponentləri araşdırma mövzusu edilmişdi. Araşdırma qrupundan Set Qrant, “Telegraph.co.uk” yazısında çalışmanın bu xüsusiyyətini bu sözlərlə ifadə edirdi:

 

“Bir çox çalışma sinapslar sayına baxdığı halda heç biri sinapsların molekulyar tərkibinə baxmamışdı. Fərqli növlərin sinapslarındakı zülal sayında böyük fərqliliklər tapdıq.

Məməli sinapslarında tapılan 600 zülalı araşdırdıq və (ağcaqanadlar kimi) onurğasızların sinapslarında bunların yalnız yüzdə əllisinin və qəti olaraq beyni olmayan tək hüceyrəli canlılarda təxminən yüzdə iyirmi beşinin olduğunu ortaya çıxardığımızda təəccübləndik”.

 

Göründüyü kimi, Qrant və qrupunun çalışmasında məməli, onurğasız və tək hüceyrəli canlılarda sinapslar ehtiva etdikləri zülallar baxımından bu canlıların nə qədər bənzər olduqları ortaya qoyulmuşdur. Bunun isə bənzərliyin yalnız bir qurma olduğu, beynin guya təkamülünə aid heç bir elmi izah verilmədiyi ortadadır. Buna baxmayaraq “Telegraph” yazısında yalnız ön mühakimə və fərziyyəyə əsaslanan beyin təkamülü nağılı vardır.

 

Riçard Emesin beynin guya təkamülü ilə əlaqədar darvinist nağılı

“Telegraph” yazısının sonunda, araşdırmanın müəllifləri arasında yer alan və Keele Universitetində bioinformatika tədqiqatçısı olaraq vəzifəsi olan Riçard Emesin mövzuyla əlaqədar izahına, daha doğrusu elmdən kənar darvinist nağılına yer verilmişdir. Emes, beynin mənşəyini kor-koranə inandığı darvinizmlə izah etməyə çalışır və belə deyir:

 

Darvinist təkamül prosesinin, pivə mayasındakı bir qrup həssas zülaldan məməlilərdə öyrənmə və bilmə ilə əlaqədar olan kompleks sinapslar kiçik oynamalar və artırmaqla meydana gətirməsi təəcübləndiricidir.

 

Emesin buradakı iddiasını, dəstəyini reallaşdırdıqları çalışmadan deyil, doqmatizmdən əldə etdiyi görülür. İndiki vaxtda yaşayan tək hüceyrəlilərlə onurğasızlar və məməlilərin beynindəki sinapslar zülal quruluşuna baxaraq bundan 1 milyard il əvvəlini əhatə edən və tamamilə xəyali olan bir nağıl uydurmaq ağıla, məntiqə və elmə tam olaraq ziddir. Bu açıq şəkildə “elmi materializm” adı verilən və elmə materialist düşüncənin qaydalarını çöldən təlqin edən dünyagörüşündən irəli gəlir. Məhz araşdırılan canlılar, mükəmməl komplekslik strukturlarıyla yaradılışın açıq dəlillərini meydana gətirdikləri halda Emes bunları kor-koranə inancla təkamül prosesin məhsulu olaraq izah edir. Emesin bu elmdən kənar dünyagörüşünü özü də bir materialist olan bioloq Riçard Levontin bu sözlərlə etiraf edir:

 

Bizim materializmə bir inancımız var, “a priori” bu, (əvvəldən qəbul edilmiş, doğru fərz) inancdır. Bizi dünyaya materialist açıqlama gətirməyə məcbur edən şey elmin üsulları və qaydaları deyil. Əksinə, materializmə olan “a priori” bağlılığımız səbəbi ilə dünyaya materialist açıqlama gətirən araşdırma üsullarını və anlayışları hazırlayırıq. Materializm mütləq doğru olduğuna görə də, İlahi açıqlamanın səhnəyə girməsinə icazə verə bilmərik. 1

 

Beyin, olduqca irəli komplekslikdə yaradılış möcüzəsidir, təkamülü qəti olaraq rədd edir.

İnsan beyni dövrümüzdəki texnologiyanın çox irəlisində kompleks dizayna malikdir. Dünya tərəfindən məşhur kompüter firmaları, mühəndislərinə beyindəki quruluş haqqında seminarlar verərək onları yeni dizaynlarında beyindən ilham almağa yönəltməyə çalışır. Məşhur biokimyaçı və elm müəllifi İsaak Əzimov beyin haqqında bunları deyir:

 

Bir insanın bir kilo yarım ağırlığındakı beyni bildiyimiz qədəri ilə kainatdakı ən nizamlı və kompleks nizamlamadır. 2

 

Beyindəki bu dizaynın mükəmməlliyi nəzərə alındığında beynin kor təsadüflərin məhsulu olduğu iddiasının axmaqlığı açıq şəkildə ortaya çıxır. Necə ki, bunu bir doqma olaraq müdafiə etməyi buraxıb özlərinə “necə?” sualını verən heç bir təkamülçü buna verəcək məntiqli cavab tapa bilməmiş, bu ssenarini qəbul edilmədiyini etiraf etmişlər.

Məsələn Amerikan elmi inkişaf etdirmə dərnəyi konfransında danışan Henri Fairfeld Osborn, beyin haqqında məlumatımızın dövrümüzdə müqayisə edilməyəcək qədər az olduğunu 1929-ci ildə söyləmək məcburiyyətində qalmışdır:

 

Mənə görə insan beyni bütün kainatdakı ən böyük və sirli obyektdir. Bundan əlavə heç bir geoloji dövr bunun təkamüllə ortaya çıxmasına icazə verəcək qədər uzun görünmür. 3

 

Bir təkamülçü baxımından əlbəttə bu sözlər bir etirafdır. Lakin əsl həqiqət budur: İstəsə geoloji dövrlər milyon illər davam etsin, beynin təkamülü adı verilən xəyali hadisənin heç bir şərtdə təsadüfən, kor mərhələlər və şüursuz hadisələrlə meydana gəlməsi mümkün deyil.

Məşhur bioloq Jean Rostand, vaxt nə qədər çox olsa da insan beyninin təkamüllə ortaya çıxdığı ssenarisinə onu inandırmadığını söyləyir:

 

“Xeyr, qətiyyən, özümü inandıra bilmirəm. Belə irsi səhvləri, təbii seleksiya ilə əməkdaşlıq içində olsa belə; çox vaxtın təkamülə həyat üzərində çalışmada təmin edəcəyi üstünlüklərli belə; struktur comərdliyi və gözəllikləri ilə, çaşdırıcı uyğunluqlarıyla bütün dünyanı inşa etdiyinə inanmıram, … özümü göz, qulaq və insan beyninin bu şəkildə ortaya çıxdığına razı edə bilmirəm.”4

 

Əslində vəziyyət, bütün darvinistlər üçün eynidir. Rostand, bunu etiraf edənlərdən biridir.

 

Nəticə:

Haqqında danışılan çalışma, məməli və onurğasız beyinlərindəki sinapslarla tək hüceyrəli canlıların quruluşundakı zülalların müqayisəli məlumatını təqdim etməkdən başqa hər hansı bir tapıntı ortaya qoymur. Çalışma ilə bağlı rəylərin, bu çalışma təkamül nəzəriyyəsinə dəstək olurmuş kimi darvinist nağıllarla bəzənməsi isə rəy sahiblərinin materialist fəlsəfəyə olan doqmatik bağlılıqlarından irəli gəlir. “The Daily Telegraph” yazısının müəllifi və eyni zamanda qəzetin elm redaktoru Roqer Hayfieldə, darvinizmə kor-koranə dəstək verməkdən imtina etməsini tövsiyə edirik.

 

 

1) Riçard Lewontin, “The Demon-Haunted World”, The New York Review of Books, 9 yanvar 1997, səh. 28

2) Isaac Asimov, “In the Game of Energy and Thermodynamics You Can not Even Break Even,” Smithsonian, avqust 1970, səh. 10

3) Henry Fairfield Osborn, American Association for the Advancement of Science Dekabr 1929 iclasındakı çıxışından, Roger Levin, Bones of CONTENTION (New York: Simon and Schuster, Inc., 1987), səh. 57.

4) Jean Rostand, The Orion Book of Evolution, New York: The Orion Press, 1960, səh. 17