“Science Daily” elmi xəbərlər portalında “Proceedings of the national academies of science” elm jurnalında nümayiş olunan çalışmanın xəbəri verildi (“new evidence that ancient choanoflagellates” form evolutionary link between single-celled and multi-celled organisms – köhnə choanoflagellate-lərin tək hüceyrəli və çox hüceyrəli canlılar arasında təkamül əlaqəsi meydana gətirdiyinin yeni sübutu”). San Fransiskodakı Kaliforniya Universitetinin tədqiqatçıları ilə Almaniyanın Haydelberq şəhərindəki Avropa Molekulyar Biologiya laboratoriyasındakı tədqiqatçılar, yeni tamamlanmış choanoflagellate genomu üzərində analizlər etmiş və bu tək hüceyrəli canlılarda, çox hüceyrəli canlılarda mobil xəbərləşmədən istifadə edilən bəzi zülalların (phospho-tyrosine siqnal vermə zülalları) mövcud olduğunu müəyyən etmişdir.

“Science Daily” xəbərində bəhsi keçən molekulların bizim orqanizmdəki əhəmiyyəti bu sözlərlə ifadə edilirdi:

 

Bu üç növ molekul olmasa hüceyrələrimiz, bir-birləri arasındakı kimyəvi mesajları “oxuya bilməz”, “yaza bilməz” və “silə bilməzlər” orqanizmdə həyat üçün lazımlı olan artıma, həzm və hətta tənəffüs kimi kompleks vəzifələri əsla yerinə yetirə bilməz.

 

Choanoflagellateləri bu baxımdan önə çıxaran xüsusiyyətləri yazıda belə bildirilirdi:

 

Digər genom analizləri göstərmişdir ki, bəzi orqanizmlər bu molekullara az miqdarda sahibdir, ancaq üçünə birdən sahib olan yalnız choanoflagellatelərdir.

 

Canlılar arasındakı bənzərlikdən təkamül nağılı törətməyə əsaslanan darvinist anlayış bu çalışma ilə əlaqədar “Science Daily” izahlarında da ortaya çıxır. Təkamül nəzəriyyəsini əvvəldən bir doqma olaraq mənimsəyən tədqiqatçılar, məlumatlarını bu istiqamətdə izah edir və bəhsi keçən molekulların mövcudluğunu, choanoflagellatelərin, insanları da əhatə edən çox hüceyrəli canlıların əcdadı olduğunu qarşıya qoyurdu.

Ancaq tək hüceyrəli canlılarla çox hüceyrəli canlıların ortaq bəzi molekullara sahib olduqlarının tapılması, təkamül nəzəriyyəsinə heç bir qatqı vermir, əksinə, təkamül nəzəriyyəsinin həll edə bilmədiyi suallara yenilərini əlavə edir.

Məhz ortaqlığı müəyyən edilən molekullar olduqca mürəkkəb kompleks strukturdur. Bu zülalların təsadüfən təkamül ehtimalı, riyazi dilemmadır. Bu dilemma “0” sayı ilə ifadə edilir.

 

– Tək bir zülalın meydana gəlməsi üçün DNT lazımdır

– Zülal olmasa DNT əmələ gələ bilməz

– DNT olmasa zülal əmələ gələ bilməz

– Zülal olmasa zülal əmələ gələ bilməz

– Tək bir zülalın meydana gəlməsi üçün 60 ayrı zülal lazımdır

– Bu zülalların biri də əskik olsa zülal mövcud ola bilməz

– Ribosom olmasa zülal meydana gələ bilməz

– RNT olmasa da zülal meydana gələ bilməz

– ATP olmasa zülal meydana gələ bilməz

– ATP istehsal edəcək mitoxondri olmasa da zülal meydana gələ bilməz.

– Hüceyrə nüvəsi olmasa zülal meydana gələ bilməz

– Sitoplazma olmasa da zülal meydana gələ bilməz

– Hüceyrədəki orqanoidlərdən biri əskik olsa zülal əmələ gələ bilməz

– Hüceyrədəki bütün orqanoidlərin mövcud olması və çalışması üçün də zülallar tələb olunur

– Bu orqan olmasa da heç bir şəkildə zülal olmaz.

 

Bu sistem, bir arada işləmək məcburiyyətində olan iç-içə sistemdir. Biri olmasa digəri ola bilməz. Bir parçası mövcud olsa da, sistemin digər hissələri olmasa bu parça heç bir işə yaramaz.

Qısası,

BİR ZÜLALIN MÖVCUD OLMASI ÜÇÜN HÜCEYRƏNİN HAMISI LAZIMDIR. Hüceyrə, bu gün araşdırdığımız və çox az bir qismini anlaya bildiyimiz mükəmməl kompleks quruluşu ilə mövcud olmadığı müddətcə, TƏK BİR ZÜLAL BELƏ MEYDANA GƏLƏ BİLMƏZ.

 

Çox hüceyrəlilərin həqiqi mənşəyi: Yaradılış

Təkamül nəzəriyyəsi canlılardakı kompleks strukturların, molekulların, hüceyrənin və hətta amin turşularının belə mənşəyini açıqlaya bilmir. Məsələn, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsi üçün ən böyük dilemmalardan birini meydana gətirir. Canlılarda olan hüceyrələrin hər biri mükəmməl planlaşdırma ilə bədən fəaliyyətlərinə kömək edir. Hüceyrələrin fəaliyyətlərindəki xüsusiləşmə olduqca təəccüblüdür. Bir insan orqanizmdəki bütün hüceyrələr eyni DNT-yə sahib olduqları halda, məsələn bir göz hüceyrəsi DNT-də daima gözlə əlaqədar məlumatları “istifadə edərək” fəaliyyətlərini həyata keçirir. Bənzər şəkildə bir dəri hüceyrəsi yalnız dəriylə əlaqədar DNT məlumatlarını emal edir.

Bu proses olduqca mürəkkəb olmasına qarşı qarışıq vəziyyət ortaya çıxmaz. Məsələn dəri toxumasında göz hüceyrəsi istehsal edilməz, eyni şəkildə göz toxumasında da dəri hüceyrəsi istehsal edilməz.

Bu müddətdə ağılla əlaqədar əhəmiyyətli meyar gözə dəyir: “Seçicilik”. Nümunə verdiyimiz hüceyrələr, bir ensiklopediyadan əldə etmək istədiyi məlumatı axtarıb tapan insan kimi davranır. Ensiklopediyanın hamısının (türkcə yazıldığı fərz edilsə) 29 hərfin ard-arda sıralanmasıyla meydana gəlmişdir.

DNT-dəki məlumat da A, T, G, C hərfləri ilə göstərilən nukleotid ard-arda sıralanmasıyla kodlanmışdır. Məzmun axtarılmadığı zaman həm ensiklopediyadakı hərflər həm də DNT-dəki nukleotidlər eyni şeylərin təkrarından başqa bir şey deyil. Bu vəziyyətdə bir göz hüceyrəsinin DNT spiralı üzərində yer alan çox sayda A, T, G, C-lər arasından, göz fəaliyyətləri üçün lazımlı A, T, G, C-lərlə; dəri fəaliyyətləri üçün lazımlı A, T, G, C-ləri bir-birindən ayırmasında “ağıl” işlədildiyi ortadadır.

Təkamül nəzəriyyəsi belə ağıllı seçiciliyi, təsadüfi olaraq bir araya gələn molekullarla ortaya çıxan hüceyrələrin yenə təsadüfi olaraq bir araya gəldiklərini və çox hüceyrəliləri meydana gətirdiyini fərz edir. Tamamilə təsadüflərə bağlı belə bir proses nəticəsində bu qədər təşkilatçılıq və xüsusiləşmiş fəaliyyətlərin ağıl ortaya qoyacaq şəkildə inkişafını düşünmək məntiqə ziddir.

Açıq olan həqiqət, çox hüceyrəlilərin və tək hüceyrəlilərin ayrı-ayrı yaradıldığıdır. Necə ki, fosil qeydləri də yer üzündə bir anda çox fərqli bədən strukturlarına sahib çox hüceyrəlilərin və eyni geoloji dövrdə (Kembri) ortaya çıxdıqlarını göstərir. Təkamül nəzəriyyəsinə görə heç bir izahı olmayan və təkamül nəzəriyyəsini tam mənasıyla çürüdən bu hadisə, bir dəfə də, yer üzündəki həyatın qaynağının yaradılış olduğunu bizə göstərir.

 

Nəticə

“Science Daily” yazısında yer alan bəhsi keçən araşdırma, təkamül nəzəriyyəsi lehinə heç bir şərh gətirmir. Yazının sətir aralarına əlavə edilən təkamül izahları ilə, sanki təkamül nəzəriyyəsi lehinə bir görüş edilmiş təəssüratı verməyə çalışılmışdır. Həm choanoflagellatelər, həm də onların çox hüceyrəlilərlə ortaq olaraq sığındıqları zülallar, ortaya qoyduqları üstün dizayn və təsadüfü rədd edən komplekslikləri ilə yaradılışı sübut edir. “Science Daily” portalına, darvinizmə kor-koranə bağlılığını tərk etməsi və yaradılışın dəlillərini “təkamül” nağıllarıyla təhrif edərək materialist dünya görüşünə dəstək verməkdən imtina etməsini tövsiyə edirik.