Çarlz Darvinin təbii seleksiya ilə təkamül nəzəriyyəsinin əhəmiyyətli bir ünsürü, “pilləli inkişaf”dır. Pilləli inkişaf, canlı növlərinin bir-birini izləyən kiçik dəyişiklər yoluyla yeni formalar qazanaraq başqa canlılara çevrildiyi fərziyyəsini ifadə etməkdədir. Ancaq bu fərziyyə, qalıq qeydlərinin gerçəkləriylə əsla sübut edilməmiş, pilləli inkişaf düşüncəsinin tələb etdiyi ara formaların sistemli yoxluğu paleontologiya elminin Darvin sonrası dövrdə də müzakirəsiz şəkildə ortaya qoyduğu bir fakt olaraq qalmışdır.
Darvinizmin fosil qeydlərinə yeniliyi ən yüksək səslə gətirmiş adlardan olan, Harvard Universiteti paleontoloqu təkamülçü Stefan J. Qould, canlıların pilləli inkişafı düşüncəsinin bir xəyaldan ibarət olduğunu bu sözlərlə ifadə etmişdir:
“Təkamüllü təbiət tarixinin “məhz elə-belə hekayələr” [darvinist nağıllar] ənənəsindəki bu nağıllar, heç bir şeyin dəlili deyildirlər. Ancaq bunların meydana gətirdiyi ağırlıq və bənzər bir çox vəziyyət mənim pilləli inkişaf fikrinə (qradualizm) olan inancımı uzun müddət əvvəl öldürdü. Daha yaradıcı zehinlər bu nəzəriyyə ilə hələ idarə edə bilər ancaq yalnız usta fərziyyələrlə qurtarılmış anlayışlar mənə çox bir şey ifadə etmir.” (Vurğu bizə aid.)
Darvinin pilləli inkişaf fərziyyəsi, fosil qeydlərində açıq və dəqiq olaraq etibarsız qılınmış olmasına qarşı materialist dünya görüşü üçün ideoloji olaraq yaşadılması lazım olan düşüncədir. Bu səbəbdən ötəri, təkamülçü media, bəzi fosil tapıntılarıyla əlaqədar xəbərlərində pilləli inkişafı fosil qeydlərində qarşılığı olan, çox sayda örnəklə dəstəklənilən elmi həqiqət kimi bildirərək darvinizmin çöküşünü ictimaiyyət nəzdində kölgələməyə çalışmaqdadır.
“Science Daily” xəbər portalında bildirilən və detalları İngilis elm jurnalı “Nature”də nümayiş olunan 45 milyon illik qalxan balığı fosillərinin bu istiqamətdə təhrif etmə ünsürü olaraq istifadə edilməyə çalışıldığı görülməkdədir. Aşağıda, haqqında danışılan fosillərin, Darvinin ölü doğulmuş “pilləli inkişaf” fərziyyəsini diriltməyə niyə bəs etmədiyi izahında, S”cience Daily”in ortaya qoyduğu yalan aradan qaldırılmaqdadır.
45 milyon illik qalxan balıqları fosilləri
“Nature” jurnalının 10 iyul 2008-ci il tarixli sayında nümayiş olunan araşdırmasında, Çikaqo universitetindən təkamülçü bioloq Met Fredman müxtəlif Avropa ölkələrinin muzey kolleksiyalarında yer alan qalxan balığı nümunələri üzərindəki araşdırmalarını hesabat etmişdir. Qalxan balıqları (flatfish), onurğalılarda geniş şəkildə görülən simmetriyaya üzlərindəki bir xüsusiyyət səbəbiylə istisna meydana gətirməkdədirlər. Bu canlıların yetkinlərində, gözlər üzün tək bir tərəfində yer almaqda və balıq dəniz torpaq səthində olanda ovlarını izləməsinə kömək etməkdədir. Sürfə dövründə, bir ədəd göz normal olaraq üzün sol və sağ yanında yer aldığı halda, daha irəli inkişaf mərhələlərində gözlərdən biri başın təpəsinə doğru “köç edərək” orta xətti keçməkdə və üzün digər tərəfindəki yerini almaqdadır.
Bu maraqlı inkişafa sahib olan qalxan balıqları, vəziyyəti daha da maraqlı edən xüsusiyyətə sahibdirlər. Bu balıqların ən erkən qalıq nümunələrinə baxıldığında, üzlərində hər hansı asimmetriya olmadığı, gözlərin yetkin qalxan balıqlarında da sol və sağda normal yerlərində olduğu görülməkdədir.
Günümüz qalxan balıqlarıyla fosil qalxan balıqları arasındakı bu fərq, Met Fredmanın “Nature” jurnalında nümayiş etdiyi nümunələrlə yenidən gündəmə gəlmişdir. Fredman, muzeylərin kolleksiyalarına uzun illər əvvəl əlavə olunmuş olan fosil qalxan balıqlarını yenidən araşdırmış və kompüterli skaner köməyi ilə bunların üç ölçülü anatomiyasını çıxarmışdır. İngiltərə, Fransa, İtaliya və Avstriyadakı muzey kolleksiyalarında etdiyi araşdırmalarda, 45 milyon illik bu nümunələrdə, göz simmetriyası baxımından üçüncü vəziyyət təsbit etmişdir. Bu nümunələrin gözləri üzün fərqli yanlarında yer aldığı halda, asimmetrik şəkildə dayanmaqda və gözlərdən biri başın üst qisminə yaxın bir yerdə mövqe almaqdadır.
Təkamülçülər fosillərdəki bu vəziyyəti, balığın günümüz formalarıyla qədim simmetrik forması arasında “ara forma” olaraq şərh etdikləri və bununla canlıların başqa canlılara çevrilə biləcəyi nəzəriyyəsinə dəstək təmin etməyə çalışdıqları görülməkdədir. Necə ki, “Science Daily” bu nümunələri, “Qalxan balığı fosilləri təkamülün itkin halqa boşluğunu doldurdu” təhrif etməsiylə darvinizm dəlili olaraq önə sürməkdədir.
“Science Daily”in variasiyasını təkamülə dəlil göstərmə səhvi
Təkamülçülər növ içi müxtəlifliyin fosil nümunəsini tapdıqları halda bunu, qalxan balığının təkamüllə ortaya çıxmış bir növ olduğu iddiasına dəstək göstərməyə çalışmaqla aşkar bir yanıltma ortaya qoymaqdadırlar. Qalxan balıqlarının günümüz və qədim formalarının arasındakı göz simmetriyası fərqi, hər hansı bioloji yenilik ortaya qoymamaqdadır. Əgər qalxan balığı həqiqətən, təkamüllə ortaya çıxmış bir növ olsaydı, 45 milyon illik müddətdə, balığın gözlərinin və ya hər hansı bir başqa orqanının, başqa bioloji strukturlardan inkişaf etdiyini göstərən bir çox ara forma olmalı idi. Bu vaxt formalar, balığın orqanlarının ortaya çıxış mərhələlərini sübut edərdi və çox sayda olardı.
Ancaq təkamülçülər qalxan balığının mənşəyi mövzusunda qalxan balıqlarından başqa bir canlını nümunə verə bilməməkdə, bu mövzuda tamamilə qaranlıqda olduqlarını aşkar etmiş olmaqdadırlar. Digər bütün balıq qrupları kimi, qalxan balıqları da yer üzünə ilk ortaya çıxdıqlarında heç bir pilləli inkişaf izi göstərmədən, tam meydana gəlmiş şəkildə görünərlər və ani bir yayılma ortaya qoyarlar. “Nature” jurnalındakı şərhlərə baxıldığında qalxan balıqlarını ehtiva edən acanthomorph qruplarının sözdə təkamüllü mənşəyinin qaranlıqda olduğu açıqca görülə bilməkdədir:
Bu ani yayılmada daha üst qruplar arasındakı əlaqələri çıxarmasaq son dərəcə çətindir və hələ həll olmamış, kompleks bir kol görünüşü sürməkdədir. Bu qrupların mənşəyini sənədləşdirmək, günümüz bio müxtəlifliyinin mənşələrini anlamaq baxımından həyati əhəmiyyət ərz etməkdədir, çünki acanthomorph balıqlar yaşamaqda olan bütün onurğalı növlərin təxminən üçdə birini meydana gətirməkdədir. Qalxan balıqlarının [araşdırılan] Amphistium və Heteronectes kimi kök nümayəndələri, bir çox acanthomorph qrupuyla əlaqələri baxımından təyin olunmağı gözləməkdədir, amma təyin olunmaları bu fövqəladə onurğalı yayılmasındakı əlaqələr baxımından qərarlı fərziyyə ortaya çıxarmada çox qiymətli ola bilər.
Görüldüyü kimi, araşdırılan qalxan qruplarının son dərəcə ani və tam meydana gəlmiş şəkildə qalıq qeydlərində ortaya çıxdığı, təkamülçülərin isə bunların mənşələri baxımından hər hansı bir təkamüllü fərziyyədən məhrum olduqları etiraf edilməkdədir. Bu isə qalxan balıqlarıyla əlaqədar yaradılış gerçəyinin bilavasitə təsdiqini meydana gətirməkdədir.
Bu nöqtədə “Science Daily”in təkamülü təhrif etməsini ortaya çıxarmaq üçün ümumiyyətlə balıq qruplarının da pilləli inkişafı rədd etdiyi gerçəyini ortaya qoymaq faydalı olacaq.
Balıqların mənşəyi, təkamülü yalanlamaqdadır
Bilinməlidir ki, bütün fərqli balıq kateqoriyaları, fosil qeydlərində bir anda və heç bir ataları olmadan ortaya çıxarlar. Milyonlarla onurğasız fosili vardır, milyonlarla balıq fosil vardır, amma heç kim tək bir ara forma fosili tapa bilməmişdir. Köpək balıqlarının aid olduğu qığırdaqlı balıqlar qrupu kimi, digər balıq növlərinin aid olduğu sümüklü balıqlar qrupunun mənşəyi də təkamülçülər üçün eyni dərəcədə qaranlıqdır. Təkamülçü paleontoloq Gerald T. Tod, “Sümüklü balıqların təkamülü” başlıqlı məqaləsində bu gerçək qarşısında çarəsiz sualları sıralar:
Sümüklü balıqların hər üç sinfi də, fosil təbəqələrində eyni anda və birdən ortaya çıxarlar… Yaxşı amma bunların mənşələri nədir? Bu cür fərqli və kompleks varlıqların ortaya çıxmasını nə təmin etmişdir? Və niyə özlərinə təkamül edən ata meydana gətirə biləcək canlıların izlərindən əsər yoxdur? (Gerald T. Todd, “Evolution of the Lung and the Origin of Bony Fishes: A Casual Relationship”, American Zoologist, cild 26, sayı 4, 1980, səh. 757)
Elmi tapıntılar, balıq qrupları arasında heç bir təkamüllü əlaqə qurulmadığını, bütün balıq qruplarının anatomik dizaynının yaradıldıqları ilk andan etibarən yüz milyonlarla il boyunca dəyişmədiyini ortaya qoymaqdadır. Amerikan Təbiət Tarixi Muzeyi Paleontologiya bölməsindən Con G. Maisey bu mövzuda belə yazmışdır:
Köpək balıqları, şüalı-üzgəcli balıqlar və ətli-üzgəcli balıqların bütünü təxminən 400 milyon il əvvəl ortaya çıxmış və varlıqlarını günümüzə qədər qorumuşlar. Dizaynlarındakı sabitlik, son dərəcə təəccüblüdür. Məsələn, Devonyen dövrünə aid Coelacanthlar və Latimera arasında və ya Devonyen dövrü iti-üzgəcli balıqlarıyla bunların günümüzdəki nümunələri arasında. (John G. Maisey, Discovering Fossil Fishes, Westview Press, Boulder, CO. , 2000, səh. 68)
Darvinistlər bu mövzuda nə qədər fərziyyəyə müraciət edirsə etsinlər, ortada, onların bu mövzuyla əlaqədar bütün iddialarını ortadan qaldıran bir həqiqət vardır. 1999-cu ildə Çində olan balıq fosili, 530 milyon il əvvələ aiddir. Bundan 530 milyon il əvvəli, yəni Kembri dövrü, kompleks canlıların müxtəlif nümunələrinin birdən meydana çıxdıqları, hal-hazırda bilinən cəmi 35 heyvan filuminin hamısının da daxil olduğu 50 ayrı filumin nümayəndələrinin bütün detallarıyla olduqları kimi ortaya çıxdıqları dövrdür. Bu dövrə aid ən qorunmuş fosillərin olduğu Çinin Çenqjianq bölgəsində olan bu balıq fosili, 530 milyon il əvvəl də onurğalıların bugünkü bədən strukturları ilə, əskiksiz var olduqlarını sübut etməkdədir. Bu tapıntı, balıqların, sözdə ataları olan onurğasız dəniz canlıları ilə eyni zamanda ortaya çıxdıqlarını göstərməkdədir. Belə bir tapıntı üzərinə edilən bütün fərziyyələr mənasız və etibarsızdır.
Nəticə
Balıq fosilləri, bu canlıların ilk yaradıldıqları andan etibarən yüz milyonlarla ildir dəyişiklik göstərmədiyini açıq və dəqiq şəkildə ortaya qoymaqdadır. Buna qalxan balığı qrupları da daxildir. Fosil qeydlərinin pilləli inkişafı yalanlamasına baxmayaraq, qalxan balıqlarında növ içi variasiyaların “Science Daily”də təkamülçü iddialara mövzu edilməsi, darvinizmin içində olduğu acizliyin göstəricisi olaraq qiymətləndirilməlidir.
- Gould S.J., The Return of the Hopeful Monster, in “The Panda”s Thumb: More Reflections in Natural History,” [1980], Penguin: London , 1990, reprint, səh.158