25.07.2008 tarixli “Vatan” qəzeti internet saytında, Mine G. Kırıkkanat imzalı “Saxta dizayna qarşı gerçək elm” başlığı altında yazı nəşr olundu. Yazıda “Bilim ve Gelecek” jurnalının çap etdiyi, Harun Yəhyanı və yazıçının qiymətli əsəri Yaradılış Atlasını ələ alan kitab mövzu edilmişdi. Bu kitab ilə, Yaradılış Atlası adlı möhtəşəm əsərdə yer alan təkamülü çürüdən bütün dəlillər, səhifə haşiyələri verərək bir daha göstərilmiş və bu dəlillər tək və kafi dərəcədə etibarlı dəlillər olaraq bir daha sərgilənmişdir. Bu baxımdan təkamülü çürüdən son dərəcə faydalı əsər ortaya çıxmışdır. Lakin hörmətli Kırıkkanat, darvinistlərin çaxnaşmasını şiddətlə əks etdirən və Yaradılış Atlasında verilmiş dəlillərin təkrarından başqa bir şey olmayan bu kitabı səhv şərh edərək, bunun dünya səviyyəsindəki darvinizmin çökməsinə maneə törədə biləcək əhəmiyyətli əsər olduğunu zənn etmişdi.

Mine G. Kırıkkanat, uzun zamandır Darvinizm mövzusunda ciddi yanılma içindədir. Təkamül nəzəriyyəsini etibarlı nəzəriyyə zənn etdiyindən, qəzet sütunlarını təkamül tərəfdarı uzun demaqoq yazılarla doldurur. O da, eynilə bütün digər darvinistlər kimi, təkamül mövzusunda demaqoqluqdan başqa bir üsulu istifadə edə bilməməkdədir. Uzun paraqraflar içində özlərinin belə anlamadığı qəribə və aydın olmayan sözləri bir yerdə istifadə edən və bununla oxucuları təsir edəcəyini zənn edən digər darvinistlərdən bu istiqamətdə çox fərqi yoxdur. Xalq təbiriylə “söz yığınağı” deyilən bu şərhlərin insanları razı salmaq üçün kafi olduğunu zənn edən darvinistlərlə eyni səhvə yol vermişdir. Və yenə onlar kimi, artıq başda Türkiyə olmaq üzrə bütün dünya səviyyəsində bu demaqoq və dəlilsiz şərhlərə kimsənin etibar etmədiyinə inana bilməməkdədir.

Halbuki, Harun Yəhyanın təqdim etmiş olduğu dəlillər nəticəsində darvinizm bütün dünyada sona çatmışdır. Dünya səviyyəsində çıxarılmış olan 100 milyondan çox qalıq vardır. Geoloqlar, 19-cu əsrdən bəri qazıntı etməkdədirlər və tapdıqları 100 milyon fosilin biri belə ara-forma deyil. Bunların hamısı, mükəmməl, tam və qüsursuz canlılara aiddir. Çox böyük hissəsi günümüz canlılarının eynisidir, yaşayan fosillərdir. Bunlar, Yaradılış Atlası ilə bütün görkəmi ilə açıqca sərgilənmişdir. Və təkamül nəzəriyyəsi, bu əhəmiyyətli dəlillər qarşısında şiddətli və dəhşətli çökməyə məruz qalmışdır .

Bu açıq Yaradılış dəlillərinə əgər bir cavab vermək istəyirlərsə, hörmətli Kırıkkanatın da bütün digər darvinistlərin də etməli olduğu, bu qədər uzun və demaqoq izahlar yerinə, yalnız “tək bir dəlil” gətirmələridir.

 

Hörmətli Kırıkkanat;

İstədiyiniz qədər demaqoqluq edin, istər 6, istər 60 min səhifə dolusu yazı yazın, 100 milyon dəlilə qarşı demaqoqluqla bir yerə çata bilməzsiniz. Sizin də dəlil gətirməniz lazımdır. Yalnız 10 ədəd və ya o olmazsa üç ədəd, buna da gücünüz çatmazsa heç olmasa “tək bir ədəd” ara fosil gətirməyiniz lazımdır. Tək bir proteinin təsadüfən meydana gəldiyini isbat etməniz kafi olacaq. Əgər bunu edə bilməsəniz (ki edə bilməyəcəksiniz) bu vəziyyətdə boş sözlərin öz-özünüzü inandırmaqdan başqa faydası yoxdur. “Dəliliniz varmı?” soruşanda, “bizim demaqoqluğumuz var” deyirsiniz. Amma bunun çözümü demaqoqluq deyil.

100 milyon fosilə qarşılıq 100 milyon demaqoqluq olmaz. Darvinistlər hələ 100 milyon dəlilə qarşı cavab verməyin yolunun səhifələrlə yazı yazmaq olduğunu zənn edərlər. İnsanların demaqoqluq üsuluna artıq inanmadıqlarını qəbul etmək istəməzlər. Halbuki, insanlar bütün dünyada artıq darvinistlərdən dəlil gözləməkdədirlər. Bu səbəbdən darvinizmi qurtarmaq üçün yazdıqlarınız tamamilə təsirsiz və boşunadır. Sizə tövsiyəmiz, Darvin dəstəkçilərinin 19-cu əsrdən bəri düşdükləri yanılmanı bir an əvvəl tərk etməyiniz, əgər əlinizdə təkamülü dəstəkləyəcək bir dəliliniz yoxdursa, gerçək dəlillərin və “gerçək elm”in göstərdiyi həqiqəti görməyə çalışmağınızdır.