Harun Yəhyanın Yaradılış Atlası adlı əsərinin nəşr olunmasından sonra bütün dünyada şok təsiri yaratdı və təkamül nəzəriyyəsini tarixə basdırdı. Bu əsərin ardından müxtəlif ölkələrdə illərdən bəri oxudulan, qanunlarla qorunan təkamül nəzəriyyəsi bir anda sorğulanmağa başladı. Darvinist Avropa ölkələrində ani bir baxış dəyişikliyi başladı. Avropada Yaradılış gerçəyinə inananların sayı sürətlə artarkən, təkamül nəzəriyyəsini inandırıcı görənlərin nisbəti 13%-ə düşdü. Amerikada əyalətlər təkamülə döyüş açdı, məktəblərdə oxudulmaması üçün böyük səfərbərliklər başlatdı. Darvinist kütlələr, bu fövqəladə dəyişikliyin Yaradılış Atlası vəsiləsi ilə olduğunun fərqinə vardılar. Bu səbəblə böyük çaxnaşma içində bu qiymətli əsəri qadağan etməyə, yandırmağa, yox etməyə çalışdılar. Şagirdlərdən bu əsəri gizləmək üçün məşğul oldular, halbuki əsərə internetdən ödənişsiz və rahatlıqla əldə edilə bildiyini hesaba almamışdılar. Nəticədə bütün səyləri müvəffəqiyyətsiz oldu. Təkamül nəzəriyyəsini ortadan qaldıran bu əsər, bütün dünyaya çatdı. Və təsiri hər keçən gün artdı.
Bu böyük çaxnaşmanın bir başqa təzahürü də, “Bilim ve Gelecek” jurnalının yeni çıxarmış olduğu və Yaradılış Atlasını mövzu etdiyi kitabdır. Bu kitabda, “Bilim ve Gelecek” yazıçıları tərəfindən Yaradılış Atlasında təqdim edilmiş olan təkamülü çürüdən bütün dəlillər, bütün detallarıyla yenidən dilə gətirilmiş, səhifə nömrələri və şərhləri ilə birlikdə təkrar oxucuya təqdim edilmişdir. Türk xalqının, təkamülü çürüdən dəlilləri bir dəfə daha detallı şəkildə görməsi baxımından olduqca faydalı olduğu görülən bu kitab, demaqoq şərhləriylə də klassik darvinist nəşr olma xüsusiyyətini qorumuşdur.
Demaqoqluq və söz yığını sol fikirli materialist nəşrlərin və darvinist əsərlərin ən məşhur xüsusiyyətidir. Bu tərz əsərlərdə, kompleks izahat üslubu olması, nə izah edildiyini yazanın da oxuyanın da anlamaması əsasdır. Ortaya konkret dəlillər qoyulmaz, açıq və dəqiq olaraq hər hansı məlumat təqdim edilməz. Yalnız hekayələr, kompleks məntiq hörgüləri, başa düşülməsi güc təriflər və terminlər vardır. Halbuki, əgər “Bilim ve Gelecek” qrupu əsərlərində onlara cavab təqdim etmək istəyirlərsə, etmələri lazım olan şey asandır. Hörmətli Harun Yəhya bütün əsərlərində olduğu kimi Yaradılış Atlasında da yalnız konkret elmi tapıntıları ortaya qoymaqda, bunun üzərinə hər hansı bir uzun izahata gərək qalmamaqdadır. “Bilim ve Gelecek” qrupu da, əgər edə bilirsə, elmə elmlə cavab verməli, konkret dəlillər qarşısında söz yığınağı yerinə əgər varsa, əllərindəki dəlilləri ortaya qoymalı, dəqiq tapıntılar təqdim etməlidirlər. Məsələn, 100 milyon ədəd yaşayan fosil qarşısında, əgər varsa tək bir ədəd ara fosil gətirməlidirlər.
Ya da canlılığın təməl daşı olan tək bir zülal, 21-ci əsrin inkişaf etmiş laboratoriyalarında da əldə edilə bilməzkən, kor təsadüflərin əsəri olaraq öz-özünə necə meydana gəldiyini izah edələr. Daş, torpaq, palçıqdan ibarət olan cansız maddələrin, görən, qəbul edən, eşidən, mühakimə edən, hiss edən, düşünən insana necə çevrildiyinə elmi cavab verməlidirlər. Mutasiyaların təsiriylə yaranan bir canlı növü nümunəsi göstərməlidirlər. Əgər varsa, təbii seleksiyanın bir növü digər bir növə çevirdiyi canlı nümunələrini izah edələr. Amma bunların heç birini edə bilmirlərsə, ki bu günə qədər edə bilmədilər və bundan sonra da edə bilmələri mümkün deyil, səhifələr dolusu başa düşülməsi mümkün olmayan, kompleks məntiq hörgülərindən ibarət olan qısaca söz yığınağı olan yazıların bir mənası yoxdur.
“Bilim ve Gelecek” yazıçıları istəyərlərsə 50 kitab daha yazsınlar, bu kitabın 100 cildini daha çıxarsınlar bir şey əldə edə bilməyəcəklər. Əhəmiyyətli olan dəlil gətirə bilməkdir. Və təkamülçülər nəzəriyyələrini isbat edə biləcək tək bir dəlilə sahib deyildirlər.
“Bilim ve Gelecek” yazıçıları tərəfindən demaqoqluq edəcəklərinə, Yaradılış Atlasında olduğu kimi ard-arda dəlil təqdim edə bilsəydilər, o zaman başqa bir şərhə gərək olmazdı. Eynilə Yaradılış Atlasında edildiyi kimi, şərh etməyi oxucuya buraxılardı. Oxucu, təqdim edilmiş olan dəlillərdən onsuz da nəticənin nə olduğunu dərhal anlayardı. Lakin dəlil olmayanda geriyə yalnız içi boş sözlər qalmaqdadır. “Bilim ve Gelecek” qrupuna yönəldilən “Dəlil haradadır?” sualı cavabsızdır, ortada yalnız demaqoqluq vardır. Darvinist solçuların sözləri boldur, amma dəlilləri yoxdur. “Bilim ve Gelecek” yazarlarının bu kitabı da bu vəziyyətin ən açıq nümunəsidir.