“Taraf” qəzetinin internet saytında 29 iyun 2008-ci il tarixli “Təkamülün sirri kosmosda gizlidir” başlıqlı xəbər yer aldı. Bu yazıda, 1969-cu ildə Avstraliyaya düşən Murchison meteoru üzərində edilən kimyəvi analizlərin nəticələri yazılırdı.

Imperial College Londonda astrobioloq olaraq vəzifə yerinə yetirən Zita Martins və qrupu, meteorit üzərində DNT və RNA-in istehsalına yer alan və “nükleobaz” olaraq adlandırılan bəzi orqanik komponentlər təsbit etmişlərdi.

“Taraf” qəzeti, “Earth and Planetary Science Letters” (Yer üzü və Planet Elmi) jurnalında nümayiş olunan araştırma1 ilə “dünyadan kənar ilk genetik maddə nümunəsi”nin təsbit edildiyini bildirərək bu tapıntının həyatın sözdə təkamülü mövzusunda elm insanlarına işıq tutacağını qarşıya qoyurdu.

Halbuki, bu araşdırma, “Taraf” qəzetinin doqmatizmə “Taraf” olduğunu göstərməkdən başqa hər hansı bir şeyə işıq tutmamaqdadır. Təkamülçülər, həyatın yer üzündə prebiotik molekul şorbası içində özbaşına inkişaf etdiyi nağılını uzun illər müdafiə etmiş, ancaq bu ehtimalın elmi olaraq qeyri-mümkün olduğunun ortaya çıxmasıyla bu açmazı, kosmosla şərh etməyə çalışaraq ört-bas etmə taktikasına keçiblər. Kosmosun geniş qaranlıqlarında bilinməyən şəkillərdə “təkamülün sirri” kimi ifadələrlə bəzənmiş göz boyamalarla xalqı aldatmağa, yenə bilinən demaqoqluq taktikalarını tətbiq edir və sözdə təkamül kosmosdakı molekulların köməyi ilə reallaşmış təəssüratı verməyə çalışmaqdadırlar.

 

Halbuki, izahlarında elmi dəlillərdən əsər yoxdur. Və tanınan darvinist demaqoqluqlar da, artıq insanlar üzərində darvinistlərin gözlədikləri təsiri oyandırmamaqdadır.

Görəsən Martins və qrupunun tapdığı və gerçəkdə təkamül üçün heç bir dəlil təşkil etməyən orqanik komponentlər nələrdir?

Martins və qrupunun meteorit üzərində tapdıqları orqanik komponentlər, “Xanthine” və “uracil” adlı nükleobazlardır. Xanthnie, maddələr mübadiləsinin bir məhsuludur və urik turşunun təməlidir. RNA-in quruluşunda iştirak etməməklə birlikdə, RNA-in biokimyasal müddətində rol oynamaqdadır (RNA, hüceyrə zülal sintezində əhəmiyyətli rol oynayan və müxtəlif tiplərdə olan nukleotid zənciridir). Uracil isə RNA-in quruluşunda olan bir əsasdır.

Xanthine və uracilin, meteorit yer üzünə düşdükdən sonra torpaqla təmas nəticəsində bulaşıb bulaşmadığı sualına cavab axtaran araşdırmaçılar, bu nükleobazların karbon atomlarının izotoplarını araşdırdılar (izotop: bir elementin, nüvədəki proton sayı baxımından eyni olduğu halda neytron sayı baxımından fərqli olan tipləri). Bu element yer üzündə ən geniş şəkildə Karbon-12 izotopuyla birlikdə olduğu halda araşdırılan karbon izotopları Karbon-13-ə aid idi və bu vəziyyət, orqanik komponentlərin meteoritlə birlikdə kosmosdan gəlmiş olma ehtimalına ağırlıq qazandırırdı. Lakin komponentlərin kosmosdan gəldiyinə dair əldə edilən bu məlumat, bu komponentlərdən bir canlının təsadüflər nəticəsində öz-özünə meydana gəldiyi mənasını daşımırdı şübhəsiz.

 

Elementlərin varlığı, quruluşun təsadüfən ortaya çıxdığını göstərməz

“Taraf” qəzetində ortaya qoyulan təməl yalan, “meteorit üzərində həyat üçün lazımi genetik vəsaitin ünsürləri vardır, o halda həyat kosmosdan gələn molekulların köməyi ilə özbaşına başlamış olmalıdır” şəklində məntiq pozuqluğuna əsaslanır.

Bunun səhvini göstərmək üçün davam edən bir bina inşaatını gözümüzdə canlandıraq. Və binanın qaba inşaatının böyük nisbətdə tamamlandığını, bu sırada divarlarının kərpiclərlə hörülməsinin davam etdiyini fərz edək. Və buna əlavə olaraq inşaat sahəsində bina divarları üçün lazımlı kərpiclərin bloklar halında yığılı olduğunu gözümüzün önünə gətirək.

Bu vəziyyətdə “bu sahədə binanın elementlər var, o halda bu elementlərin bir şəkildə bir araya gəlməsi nəticəsində bu bina özbaşına, hələ anlaya bilmədiyimiz bir şəkildə yüksəlmiş” şəklində məntiq düşünmənin hər hansı bir təmələ söykənməyəcəyi açıqdır. Eyni şəkildə təkamülçülərin də hüceyrədə istifadə edilən bəzi orqanik molekulların meteoritlərdəki varlığını göstərib “demək ilk hüceyrə, kosmosdan gələn molekulların özbaşına bir araya gəlməsi nəticəsi ortaya çıxmış” iddiası da tamamilə axmaqlıqdır.

 

Haqqında danışılan molekullarla, “həyat” dediyimiz şey arasındakı fərq fövqəladə ölçüdədir və təkamülçü ssenariləri tamamilə etibarsız etməkdədir

Bir meteor üzərindəki orqanik komponentlərlə, “həyat” arasında funksional komplekslik baxımından fövqəladə fərq vardır. Canlı hüceyrədə on minlərcə zülal, (bir çoxu bir araya gələrək daha böyük və kompleks molekulyar maşınlar meydana gətirəcək şəkildə) böyük uyğunlaşma və təşkilat içində hüceyrənin həm quruluşunu meydana gətirərlər həm də həyatı üçün lazımlı fəaliyyətlərə qatılarlar. Bütün bu biokimyəvi müddətin məlumatı, DNT üzərində xüsusi kodla və fövqəladə miqdarda yüklü məlumatla kodlaşdırılmışdır. Hər bir mərhələsi üstün ağıl və plana işarə edən belə mexanizmlərin təsadüfi meydana gəlməsini qeyri-mümkün edən nöqtə, bütün bunların bir-birinə söykənən və iç-içə keçmiş iyerarxik sistemlər yaratması, ortaya qoyduqları inteqral kompleksliyin təkamül nəzəriyyəsinin kor təsadüflərə söykənən dünyagörüşünü tamamilə rədd etməsidir.

Hüceyrə maşınların işləməsi üçün DNT və zülallar eyni anda dövrədə olmalıdırlar. Həm DNT-nin həm də tək bir zülalın da təsadüfi olaraq yaranması ehtimalı sıfırdır. Bunlar bir yerdə hazır olsalar da hüceyrə pərdəsi olmadan heç bir işə yaramayacaqlar. Hüceyrə pərdəsi olsa belə genetik kod olmadan hüceyrə maşınlar işləməyəcək… Bu siyahı daha uzanıb gedər. Burada toxunduğumuz mərhələlərin hər biri riyazi qeyri-mümkünlüklərdir və müasir elm hüceyrənin təsadüfi olaraq ortaya çıxma ehtimalının qəti olaraq olmadığını göstərməkdədir.

Buradakı detallar, bir hüceyrə üçün kompleksliyinin təsadüfən meydana gəlməsinin qeyri-mümkünlüyünü göstərə bilmək üçün izah edilməkdədir. Lakin əsas olan nöqtə budur: Darvinistlər hələ tək bir zülalı meydana gətirə bilməməkdədirlər. Laboratoriya mühitində, yəni əllərində bir zülalı meydana gətirmək üçün lazımi bütün elementlər və bütün amin turşularının olduğu bir mühitdə belə, funksional tək bir zülalı əldə edə bilməmişlər. Təbii mühit içində, tək bir zülalın təsadüfən meydana gəlməsi ehtimalının qeyri-mümkünlüyü bu şərtlər altında aydın ola bilməkdədir. Təkamülçülərin, “elementləri tapdıq, (xəyali) ilk hüceyrənin şərhi tamam!” məntiqindəki iddiaları, yalnız insanları aldatmağa istiqamətli bir oyundur.

 

  • Tək bir zülalın yaranması üçün DNT lazımdır
  • Zülal olmadan DNT yarana bilməz
  • DNT olmadan zülal yarana bilməz
  • Zülal olmadan zülal yarana bilməz
  • Tək bir zülalın yaranması üçün 60 ayrı zülal lazımdır
  • Bu zülalların biri belə əskik olsa zülal var ola bilməz
  • Ribozom olmadan zülal yaranmaz
  • RNA olmadan da zülal yaranmaz
  • ATP olmadan zülal yaranmaz
  • ATP-ni çıxaracaq mitoxondri olmadan da zülal yaranmaz.
  • Hüceyrə nüvəsi olmadan zülal yaranmaz
  • Sitoplazma olmadan da zülal yaranmaz
  • Hüceyrədəki orqanellərdən biri əskik olsa zülal yarana bilməz
  • Hüceyrədəki bütün orqanellərin var olması və çalışması üçün də zülallar lazımdır
  • Bu orqanellər olmadan da heç bir şəkildə zülal olmaz.

 

Bu sistem, bir yerdə çalışmaq məcburiyyətində olan iç- içə sistemdir. Biri olmadan digəri ola bilməz. Tək bir parçası var olsa belə, sistemin digər parçaları olmadan bu parça heç bir işə yaramaz.

Qısacası,

BİR ZÜLALIN VAR OLMASI ÜÇÜN HÜCEYRƏNİN HAMISI lazımdır. Hüceyrə, bu gün araşdırdığımız və çox az bir qismini anlaya bildiyimiz mükəmməl kompleks quruluşu ilə var olmadığı müddətcə, TƏK BİR ƏDƏD BELƏ ZÜLAL YARANA BİLMƏZ.

Hüceyrənin bu fövqəladə kompleks quruluşuyla müqayisə edildiyində, Martins və qrupunun tapdığı molekulların varlığının təkamülçü ssenarilər üçün tək başlarına hər hansı dəstək təmin etməyəcəyi açıqca ortaya çıxmaqdadır.

Astronom və eyni zamanda təkamülçü olan Paul Davies, meteorit üzərində həyatın elementlərin olmasının, həyatın təkamülü iddiasına dəlil olaraq düşünülə bilməyəcəyini qəbul etmiş bir addır. Daha əvvəlki bənzər təkamülçü iddia ilə əlaqədar olaraq meteorit üzərində amin turşusu tapıntısına əsaslanaraq həyatın bu şəkildə ortaya çıxmış ola biləcəyini qarşıya qoymanın səhvini belə ifadə etmişdir:

 

“Amin turşuları zülalların quruluş daşları ola bilərlər, ancaq quruluş daşlarıyla bir araya gətirilmiş quruluş arasında dünyalar qədər fərq vardır. Necə ki, bir neçə kərpicin kəşfi yaxında bir evin olduğunu göstərməz, eyni şəkildə bir amin turşusu yığını da həyatın tələb etdiyi, zülal kimi böyük və xüsusiləşmiş molekullardan uzun-uzun yol uzaqdadır.” 2

 

Genetik kod olmadan, genetik vəsaitin varlığı niyə mənasızdır?

“Taraf” qəzetindəki xəbərdə, yuxarıda ortaya qoyulan yanılma və əskikliklərin yanında genetik kodla əlaqədar başqa təkamülçü yanılma da ortaya qoyulduğu görülməkdədir. Xanthine və uracil, RNA və DNT-nin istehsalına iştirak etdikləri üçün Martins bunları təkamülçü fərziyyələrinə vəsait etməkdə və bu iddianı ortaya qoymaqdadır:

 

“Bizdən əvvəlki canlıların genetik kodlaşdırmalarında, meteor parçalarındakı elementlərin istifadə edildiyinə və beləcə bu canlıların təyin edici xüsusiyyətlərinin özlərindən sonrakı nəsillərə keçmiş ola biləcəyinə inanırıq”

 

Martinsin burada “inanırıq” deyərək ifadə etdiyi fərziyyə, əslində materializmlə açıqlanması mümkün olmayan bir vəziyyəti, kor-koranə materialist dünyagörüşündən şərh edən, bir başqa deyişlə tamamilə doqmatıq düşüncədir. DNT üzərindəki nukleotidlər, bu yazıdakı hərflərə bənzədilə bilər. Bu hərflərin bu yazıdakı məlumatı kodlaşdırıb zehindəki düşüncələri köçürmədə mühit meydana gətirməsi kimi, nukleotidlər də həyat üçün lazımlı məlumatı kodlaşdırma və köçürmədə bir vasitə meydana gətirərlər. Nukleotidlər, “kodon” adı verilən üçlü qruplar halında hüceyrədə şərh olunarlar və zülal sintezi əsnasında hər bir kodon üçün müəyyən amin turşusu zəncirə əlavə olunar.

Lakin bu bənzətmə ancaq və ancaq bir “dil” ilə onu şərh edə biləcək “zehinin” varlığı vəziyyətində etibarlılıq qazanmaqdadır. Simvollara mənalarını verəcək və onları şərh edəcək bir zehin olmadığı müddətcə bunların daşıyacağı heç bir məna olmayacaq. Məsələn, Çin dilində istifadə edilən simvollardan birinin mənası, o mənanı bilənlər üçün bir dəyər daşıyar. Çincə bilməyən insanların yaşadığı bir ölkədə bu simvol heç bir məna ifadə etməyəcək.

Eyni şəkildə, hansı kodonların hansı amin turşusuya qarşılıq gəldiyini təyin edən “genetik kod” və ya digər bir ifadəylə “həyatın dili” olmadan, DNT və RNA-ya təsir edən molekullar da bir məna daşımayacaqlar. Dolaysıyla meteorit üzərində olan orqanik komponentlərin, hüceyrənin varisliyi xüsusiyyətini ortaya çıxarması ssenarisi (ortada genetik kod olmadığı üçün) etibarsızdır.

 

Genetik kodun mənşəyi mövzusunun təkamülçülərə təqdim etdiyi açmaz, “Taraf” qəzetində bir-iki sətirə sığdırılmış göz boyayıcı nağılla ötürüləcək kimi deyil. Təkamülçülər hər şeyi materialist və təsadüflərə əsaslanan bir zəmində şərh etməyə çalışdığı halda, genetik kod bunları aşan bir ölçü daşımaqdadır. Araşdırmaçı Deyən Overman bu mövzuda bunları yazmışdır:

 

“Genetik kodun ehtiva etdiyi məlumat, bütün məlumat və ya mesajlarda olduğu kimi, maddədən edilmiş deyil… Məna, kodun simvolları və ya əlifbasından qaynaqlanan bir xüsusiyyət deyil. Genetik koddakı mesaj və ya məna maddə-xaricidir və fiziki və ya kimyəvi xüsusiyyətlərə sadələşdirilə bilməz… Materializm koddakı mənası açıqlamaz”3

 

İngilis elm jurnalı “Nature”nin 20 il boyunca redaktorluğunu etmiş olan Sör Con Madoks, “Genetik kodun mənşəyinin, həyatın özünün mənşəyi qədər naməlum olması cansıxıcıdır” deyərək materializmin bu sahədəki uduzmasının bilavasitə ifadəsini ortaya qoymuşdur.4

 

Qısacası, meteorit üzərindəki orqanik komponentlərin genetik kodlaşdırmanın başlanğıcını meydana gətirmiş ola biləcəyi iddiası ağıllı və elmi heç bir dəlilə əsaslanmır və Martinsin fərziyyəsi elmdən kənar doqmadan başqa bir şey deyil.

 

“Taraf” qəzeti xəbərində iştirak etməyən tənqidlər və etiraflar

Ölkəmizdəki təkamül tərəfdarı nəşrlərin təkamülçü iddiaları eşitdirərkən səmimi olmayan etdikləri laqeydlik vardır. Ən kiçik təkamülçü iddianı da sensasiya havada və elmi bir həqiqətmiş kimi verməyə çox həvəsli olan təkamülçü redaktorlar, mövzuyla əlaqədar tənqidləri xəbər əhatəsinə daxil etməkdən xüsusilə imtina etməkdədirlər. “Taraf” qəzeti də bu son xəbərin nəşrində bir tərəfli rəftarı sərgiləməkdədir.

Meteorit üzərində olan molekulların nisbəti, bəzi təkamülçü araşdırmaçıları belə təmin etməməkdədir. Bunlardan biri olan Nyu York Universiteti araşdırmaçısı və kimya professoru Robert Şapirodur. Şapiro, “aşağı konsentrasiya səviyyəsi səbəbiylə kosmos qaynaqlı bu nukleobazların həyatı başlatmada əhəmiyyətli rol oynamış ola bilməyəcəyini” ifadə etməkdə, bunların “DNT”in alt hissələrinin alt hiqqələri olduqlarını” söyləməkdədir.5

 

Digər tərəfdən, təkamülçülər həyatın sözdə təkamüllü başlanğıcı üçün kosmosdan gələn molekulların nə nisbətdə iştirak etmiş ola biləcəyi mövzusunda da ayrılıq içindədirlər. ABŞ Vaşinqtondakı Kernegi İnstitutu geokimyagəri Konel Aleksandr da bu mövzuda daha çox məlumat olmadan bu molekulların qaynağı və miqdarı haqqındakı iddialara uzaq olunması lazım olduğunu ifadə edərək bu naməlumluğu ifadə etmektedir.6

 

Nəticə

“Taraf” qəzetində yer alan bu xəbər, təkamülçü təbliğata nə cür gözü qapalı darvinist dəstək verildiyinin son bir nümunəsini meydana gətirməkdədir. Meteorit üzərində orqanik komponentlərin olması, həyatın sözdə təkamülünə heç bir elmi dəlil meydana gətirməməkdədir. Həyat, ortaya qoyduğu komplekslik və saxladığı fövqəladə miqdarda məlumatla üstün bir Yaradıcının varlığına işarə etməkdədir. Həyat, “Taraf” qəzetinin iddia etdiyi kimi kosmosdan gələn molekulların təsadüfən birləşməsiylə deyil Uca Allahın “Ol” deməsi ilə yaradılmışdır.

 

 

1) MARTINS et al. Extraterrestrial nucleobases in the Murchison meteorite. Earth and Planetary Science Letters, 2008; 270 (1-2): 130 DOI: 10.1016/j.epsl.2008.03.026

2) Davies P.C.W., “The Fifth Miracle: The Search for the Origin of Life,” Penguin: Ringwood, Australia , 1998, səh.57-58

3) Dean L. Overman, “A Case Against Accident and Self-Organization” (Rowman & Littlefield Publishers, 1997

4) “The Genesis Code by Numbers,” Nature , 367:111, yanvar 1994)

5) JR Minkel, Were Meteorites the Origin of Life on Earth?, 16 iyun 2008, http://www.sciam.com/article.cfm?id=were-meteorites-the-origi

6) JR Minkel, Were Meteorites the Origin of Life on Earth?, 16 iyun 2008, http://www.sciam.com/article.cfm?id=were-meteorites-the-origi