Header

Kembri dövrü, təkamül nəzəriyyəsini yıxmaq üçün kifayətdir

Aa4a

Canlılar aləmi, bioloqlar tərəfindən bitkilər, heyvanlar, göbələklər kimi təməl “aləmlərə” ayrılar. Bunlar da öz içlərində ilk olaraq fərqli “filum”lara bölünərlər. Bu filumlar təyin olunarkən, hər birinin tamamilə fərqli bədən planlarına sahib olduqları göz önündə saxlanılmışdır. Məsələn, artropodlar (oynaq ayaqlılar) özlərinə xas filum və filuma daxil edilən bütün canlılar təməldə bənzər bədən planına malikdir. Chordata olaraq adlandırılan filum isə, mərkəzi sinir şəbəkəsinə sahib olan canlıları saxlayar. Bizim üçün tanış olan balıqlar, quşlar, sürünənlər, məməlilər kimi heyvanların bütünü, Chordatanın bir alt sinifi olan onurğalılar kateqoriyasına daxildir.

Yaxşı bəs bu fərqli canlılar necə ortaya çıxmışdır?

Əvvəl təkamül nəzəriyyəsinin bu mövzudakı fərziyyəsini ələ alaq. Bilindiyi kimi nəzəriyyə, canlılığın tək ortaq atadan gəldiyini və kiçik dəyişmələrlə fərqliləşdiyini qarşıya qoymaqdadır. Bu vəziyyətdə, canlılığın, ilk başda bir-birinə çox bənzər və sadə formalarda ortaya çıxmış olması, sonra zamanla inkişaf edib növlərə ayrılması lazımdır.

Yəni təkamül nəzəriyyəsinə görə, canlılıq tək bir kökdən gələn, ancaq sonra budaqlara ayrılan ağac kimi olmalıdır. Necə ki, bu fərziyyə darvinist qaynaqlarda təkidlə vurğulanır və “həyat ağacı” anlayışı tez-tez istifadə edilər. Təkamül nəzəriyyəsinin iddiası budur. Yaxşı, amma həqiqətən beləmi olmuşdur?

Qəti olaraq xeyr. Əksinə, heyvanlar, ilk ortaya çıxdıqları dövrdən etibarən çox fərqli və kompleks strukturlara sahibdirlər. Bu gün bilinən bütün heyvan filumləri, yer üzündə eyni anda, Kembri dövrü olaraq bilinən geoloji dövrdə ortaya çıxmışlar. Kembri dövrü, yaşı 530-520 milyon il olaraq hesablanan 10 milyon illik geoloji dövrdür. Bu dövrdən əvvəlki fosil qeydlərində, tək hüceyrəli canlılar və çox sadə bir neçə çox hüceyrəli xaricində heç bir canlının izinə rast gəlinməz. Kembri dövrü kimi son dərəcə qısa dövr içində isə (10 milyon il, geoloji mənada çox qısa zaman dilimidir) bütün heyvan filumləri, tək bir əskik belə olmadan bir anda ortaya çıxmışlar!

Kembri qayalıqlarında olan fosillər, ilbizlər, trilobitlər, süngərlər, soxulcanlar, dəniz anaları, dəniz ulduzları, üzücü qabıqlılar, dəniz zanbaqları kimi çox fərqli canlılara aiddir. Bu təbəqədəki canlıların çoxunda, günümüzdəki nümunələrindən heç bir fərqi olmayan, göz, qəlsəmə, qan dövranı kimi kompleks sistemlər, irəli fizioloji strukturlar vardır. Bu strukturlar həm çox kompleks, həm də çox fərqlidir. Darvinizmin dünya səviyyəsindəki ən əhəmiyyətli tənqidçilərindən biri olan Berkeley Universiteti professoru Filip Conson, paleontologiyanın ortaya qoyduğu bu gerçəyin, Darvinizmlə olan açıq ziddiyyətini belə açıqlamaqdadır:

Darvinist nəzəriyyə, canlılığın bir növ “gedərək genişləyən bir fərqlilik üçbucağı” içində inkişaf etdiyini nəzərdə tutar. Buna görə canlılıq, ilk canlı orqanizmdən ya da ilk heyvan növündən başlayaraq, gedərək fərqliləşmiş və bioloji təsnif etmənin daha yüksək kateqoriyalarını meydana gətirmiş olmalıdır. Amma heyvan fosilləri bizlərə bu üçbucağın gerçəkdə başıaşağı dayandığını göstərməkdədir: Filumlər hələ ilk anda birlikdə vardır, sonra gedərək sayları azalar.

Filip Consonun ifadə etdiyi kimi, filumlərin pilləli olaraq meydana gəlməsi bir tərəfə, bütün filumlər bir anda var olmuşlar, hətta irəliləyən dövrlərdə bəzilərinin soyu tükənmişdir. Çox fərqli canlıların bir anda və qüsursuz şəkildə ortaya çıxmalarının mənası isə, təkamülçü Futuymanın da qəbul etdiyi kimi, yaradılışdır.

Görüldüyü kimi əldəki bütün elmi tapıntılar təkamül nəzəriyyəsinin iddialarını etibarsız etməkdə və yaradılış gerçəyini gözlər önünə sərməkdədir.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313