“Discover” jurnalının internet saytında, Cim Holt imzalı 27 iyun 2008-ci il tarixli və “Laughter May Outlive Humans-and Even Numbers” (Qəhqəhə insanlardan daha uzun yaşaya bilər-hətta ədədlər belə) başlıqlı məqalə nəşr olundu. Məqalədə, insanın sözdə təkamülü gələcəkdə böyük ehtimalla ortadan qalxa biləcəyi, buna baxmayaraq insanın qəhqəhə və ədəd sayma xüsusiyyətlərinin, təkamülçülərin daha sonra ortaya çıxacağını var saydığı xəyali təkamülü növlərdə davam edə biləcəyi qarşıya qoyulurdu. Bəzi statistik üsullara əsaslandırılmağa çalışılan bu təxminlə birlikdə, bilinən darvinist üsul bir dəfə daha istifadə edilmiş, insanın şimpanzelərlə günümüzdən 5 ilə 7 milyon il əvvəl ortaq atadan ayrıldığı qarşıya qoyulmuşdu.

 

Ancaq bu tamamilə xəyal gücü və ön mühakiməyə dayanan iddiadır. Gerçəkdə fosil qeydlərində insan və şimpanze soylarını zaman içində geriyə doğru izləməyi mümkün edərək xəyali ortaq atada görüşən silsilələrdən əsər yoxdur. Darvinistlərin bu iddianı haqlı çıxara bilmək üçün xəyali “ortaq ataya” doğru gedən saysız ara-forma göstərə bilmələri lazımdır. Lakin darvinistlər, heç bir canlı üçün təqdim edə bilmədikləri kimi, insanın xəyali təkamülü üçün də tək bir ara-forma təqdim edə bilməməkdədirlər. Darvinistlər yenə demaqoqluq ilə ortaya çıxmışlar. Söz güləşdirtməkdən başqa ortaya qoya biləcəkləri elmi heç bir dayaqları yoxdur.

 

Görüldüyü kimi Holtun bir gerçək kimi göstərməyə çalışdığı insanın və şimpanzenin təkamülü ssenariləri qalıq dəlillərlə dəstəklənilməməkdədir. İnsanın xəyali şəcərəsində ara formlar olaraq göstərilməyə çalışılan növlər, diqqətə çarpan morfoloji fərqliliklərlə bir-birlərindən ayrılmaqdadırlar. Bu canlılar, açıq və dəqiq xüsusiyyətləriylə ya insan ya da meymundurlar. Bunların arasında bir xüsusiyyət sərgiləməməkdədirlər. Australopithecus növləri, şimpanzeyə bənzəyən soyu tükənmiş meymun kateqoriyası ikən; Homo erectusdan etibarən Homo sapiensə qədər olan bütün qalıqlar da tamamilə dik yeriyən və günümüz insanının skeletinə sahib, heç bir primitiv xüsusiyyət saxlamayan insanlara aiddir.

 

Əgər Holt, təkamülçü ön mühakimələrini bir tərəfə buraxıb dəlilləri obyektiv şəkildə araşdırsa qarşıya qoyduğu insanın təkamülü ssenarisinin xəyal məhsulu yanılma olduğunu görə biləcək. İnsan və şimpanze təsadüfü bir müddətdə törəyərək ortaya çıxmamış, Allahın “Ol” əmriylə yaradılmışlar.