İçeriğe geç

İhlas.net, təkamül nağıllarının elmdən kənar olduğunu bilməlidir

İhlas.net saytının 19 iyul 2008-ci il tarixli və “Fillərin əcdadı Mastadonun 100 kiloluq dişləri “ başlığını daşıyan xəbərində, Burdurun Kəmər bölgəsində paleontoloji qazıntıların nəticələri xəbər verildi.

 

Mehmet Akif Ərsoy universiteti müəllim Dos. Dr. Nurəddin Qəhrəman başçılığında, sosial elmlər informatika hissəsinə 12 şagird tərəfindən davam etdirilən çalışmada, 6 ilə 10 milyon illik Mastodon fosilləri ilə Hipparion və maral fosilləri əldə edilmişdi. Ancaq www.ihlas.net saytının lazım olan obyektivlikdən uzaq bir şəkildə təkamülçü izahlara yer verdiyi xəbərdə; mastodonun fillərin əcdadı; hipparionun isə atın əcdadı olduğu qarşıya qoyuldu.

 

İhlas.net-in bu yanılması, iki yüz ildir davam edən darvinist yalanın bir başqa nümunəsini təşkil edir. Darvinistlər, tapdıqları ara fosillərin, mükəmməl və tam xüsusiyyətləriylə qüsursuz canlıya aid olduğunu və bunun açıq və dəqiq şəkildə yaradılış həqiqətini sübut etdikləri anda, onu söz oyunlarıyla təkamülə uyğunlaşdırmağa çalışırlar. Halbuki həmin tapıntılar nə atın nə də filin təkamüllə ortaya çıxdığına heç bir şəkildə dəlil meydana gətirmir. Əvvəldən təkamül nəzəriyyəsini mənimsəmiş tədqiqatçılar canlıların yalnız oxşarlıqlarından yola çıxaraq ata-nəvə əlaqəsi içində ələ almaqda, bir-birindən müstəqil növləri öz xəyallarındakı təkamüllə əlaqələndirir. Həqiqətdə isə bütün bu ssenarilərin fosil qeydlərində heç bir qarşılığı yoxdur. Təkamül nəzəriyyəsinin canlıların mərhələ-mərhələ bir-birlərindən törədiyi iddiasını haqlı çıxaracaq bircə dənə belə ara fosil nümunəsi yoxdur. Fosillər təkamülü inkar edib, təkamül nəzəriyyəsinə əsrin ən böyük zərbəsini vurmuşdur.

Fosil qeydlərində təkamülə dəlil ola biləcək tək bir ara fosil belə ola bilməməsini açıq dilə gətirən bir adam, İngiltərədəki Təbiət Tarixi Muzeyinin baş paleontoloqu Kolin Patersondur. Paterson, bir reportajında, insanların varmış kimi göstərib izah etməyi sevdiyi silsilələrin fosil qeydlərində olmadığını söyləmişdir. Paterson belə davam etmişdir:

 

“Əgər fosil qeydlərində davamlılıq üçün dəlil nədir deyə soruşsanız buna belə cavab vermək lazımdır. Heyvanların və insanın fosillərində belə bir davamlılıq yoxdur. Aralarındakı əlaqə zehindədir”. 1

 

Növlər arasında ara-formaların yoxluğu paleontologiya elminin əsri keçən səyləri nəticəsində ortaya qoyduğu ən təəccüblü həqiqətlərdən biridir. Oklahoma Universiteti geologiya və geofizika bölümündən Devid B. Kits, təkamülün tələb etdiyi ara formaların yoxluğunu bu sözlərlə etiraf edir:

 

“Təkamül növlər arasında ara-keçid formaları tələb edir ancaq paleontologiya bunları verməmişdir.” 2

 

İhlas.net xəbər agentliyinə, bundan belə fosil tapıntılarını eşitdirərkən bunlara yapışdırılmaq istənilən təkamül ssenarilərinin elmi əsası olmadığını xatırlamalarını istəyirik. Belə etdikləri təqdirdə materializmin yaranma hekayəsi olaraq ayaqda tutmaq istədikləri darvinizmi elm-qanuni yollardan xalqa təlqin etmə oyununa gəlməyəcək.

 

 

1) Sunderland, Ref. 7, səh. 90. – – http://www.answersingenesis.org/creation/v15/i3/missinglink.asp Kitts (School of Geology and Geophysics, University of Oklahoma), “Paleontology and Evolutionary Theory,” Evolution, Vol. 28, September 1974, səh. 467

 

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz