“New Scientist.com” internet saytında “Dinosaur evolutionary tree unveiled” başlıqlı və 23 iyul 2008-ci il tarixli xəbər nəşr olundu. Kolin Baras tərəfindən hazırlanan yazıda, “Proceedings of the Royal Society B” jurnalında nümayiş olunan taksonomiya çalışması mövzu edildi.1
Haqqında danışılan çalışmada, İngiltərədəki Bristol Universitetindən Qraem Loyd və qrupu dinozavrların taksonomik ədəbiyyatını (xəyali təkamül sinifləndirilməsini) araşdırmışdı. Loyd, yalnız dinozavrlar arasındakı bənzərlikdən yola çıxaraq, heç bir elmi dəlilə söykənmədən bunların hamısını əhatə edəcək xəyali təkamül ağacı inkişaf etdirmişdi. “New Scientist” yazısında, bilinən 600 dinozavr növündən 440-nı əhatə edən bu ağaca görə dinozavrların yer üzündəki aktivlərinin ilk 50 milyon il ərzində sürətli təkamüldən keçdiyi qarşıya qoyulurdu. Haqqında danışılan yazıda Loydun bu sözləri köçürülərək dinozavrların təkamüllə ortaya çıxdığı iddia edildi:
“Dinozavrların necə təkamül keçirdiyinə aid çıxarılan ən əhatəli şəkil.”
Ancaq bu yazıda xəbər verilən tədqiqat həqiqətdə dinozavrların xəyali təkamülü iddiasına heç bir dəlil meydana gətirmir. “New Scientist”da sözü gedən və haqqında danışılan çalışma ilə ortaya çıxarıldığı qarşıya qoyulan “dinozavrların təkamül rəsmi”, təkamülçü ön mühakimələrlə fosil dəlillər arasında keçidlər fərz edən tədqiqatçıların qurğularından ibarətdir. Bu xəyali rəsmi dəstəkləyən tək bir elmi dəlil yoxdur. Əksinə, elmi dəlillər, belə bir təkamül hekayəsinin qeyri-mümkünlüyünü göstərir.
Canlılar aləmi, növlərin bəzi təməl bədən planlarını paylaşmağı və sinif, komanda və ailə kimi kateqoriyalar halında iyerarxik olaraq təsnif olmaları səbəbiylə təkamülçü ssenarilərə vəsait olaraq istifadə edilir. Fosil növləri qruplaşdıran tədqiqatçılar, bir-birinə yaxın növlərin yaxın ortaq əcdaddan təkamül keçirdiyini hesab edir. Bu iddialarında heç bir zaman bir növün bir başqa növə çevrilməsinə aid izah və ya dəlil gətirməyib, yalnız canlıların struktur bənzərliklərini təkamül kimi göstərməyə çalışıb. Təkamülçülər, nəzəriyyələrini doqma olaraq qəbul etdiklərinə görə, bir-birindən morfoloji olaraq çox uzaq olan və aralarında heç bir keçid izi verməyən növlərin təkamül qohum olduqlarını fərz edir. Yanlış nəzəriyyəni ancaq bu şəkildə insanlara qəbul etdirəcəklərini düşünürlər.
Bənzərlikdən yola çıxaraq ortaya atılan təkamülçü iddiaların heç bir elmi dayağı yoxdur. Bir çox obyekt, məsələn nəqliyyat vasitələri, quru, hava və dəniz nəqliyyat vasitələri olaraq təsnif edir, bunları daha alt kateqoriyalara və bu alt kateqoriyalar da daha kiçik alt kateqoriyalara bölmək olar. Ancaq bu təsnif, bəhsi keçən nəqliyyat vasitələrin təsadüfi təkamül prosesində ortaya çıxdıqlarını göstərmir. Necə ki, Oksford Universiteti zooloqu Mark Ridley, “New Scientist” jurnalında nəşr olunan məqaləsində, bunu belə ifadə edir:
“Növlərin iyerarxik olaraq siniflərə, ailələrə və bu şəkildə başqa kateqoriyalara təsnif olması təkamül lehində arqument deyil. Hər hansı obyekt qrupunu, variasiyaları təkamül olsun ya da olmasın iyerarxik olaraq təsnif etmək mümkündür.” 2
Bənzərliklərə əsaslanaraq edilən təsnifatları sinifləndirmə təkamül nəzəriyyəsi lehinə heç bir dəlil təmin etmədiyinin açıq nümunəsini isə, müasir təsnif sisteminin qurucusu İsveçli elm adamı Karl Linney ortaya atır. Karl Linney, yoxdan yaradılışa inanmış elm adamıdır. Özü, canlıları bir təsnifat altında təyin edəcək bənzərliklərin xüsusi yaradılışın nümunəsi olduğunu açıq dilə gətirib.
Burada qısa ifadə edilməsi lazım olan bir başqa “New Scientist” yanılması da, “dinozavrların sürətli təkamül keçirdikləri” şəklindəki ifadədəki əyri məntiqdir. Müəyyən müddət ərzində ortaya çıxan dinozavr növləri sayına görə digər dövrdə ortaya çıxan növlərə nəzərən diqqətə çarpan dərəcədə çox olduğu üçün bu vəziyyət “New Scientist”də “sürətli təkamül” olaraq etiketləndirilir.
Halbuki növlərin ortaya çıxışı, təkamülə görə olması lazım olan ara formalar göstərilmədiyi halda, daim təkamülü əsassız edən yeni dəlil hökmündədir. Təkamül nəzəriyyəsi, yeni növlərin ani ortaya çıxışları qarşısında, get-gedə daha çox açıqlamasız qalır, ara formaların yoxluğu bir dəfə də təkamül nəzəriyyəsini əsassız edir. Yəni növləri özləri üçün böyük təhlükə olaraq görən təkamülçülər məhz bu səbəblə bu tip vəziyyətlərdə, “sürətli təkamül” kimi saxta izahlara sığınırlar. Lakin dəlil gətirmədiklərini, demaqoq saxta elmi izahlar, heç kimi razı etmir. Yeni növlərin ortaya çıxışı, təbiət tarixinin hamısında ani və qüsursuz şəkildədir. Və yaradılış həqiqəti üçün davamlı olaraq dəlil təşkil edir.
Oksford Universiteti zooloji kolleksiyalar rəhbəri Tom Kemp, “Fossils and Evolution” (Fosillər və təkamül) adlı 1999-cu ildə çap olunan kitabında bu cədvəli belə izah edir:
Yeni canlı kateqoriyaları bütün vəziyyətlərdə fosil təbəqələrində təyin edici xüsusiyyətləri onsuz da mövcud olaraq və bilinən atasal qrupları olmadan çıxar. 3
Bu səbəbdən “New Scientist”də qarşıya qoyulan “dinozavr təkamülü” və “sürətli təkamül” iddiaları, fosil qeydlərində heç bir qarşılığı olmayan, təkamülçü xəyalların bir məhsulu olaraq ortaya çıxan yanılmalardan ibarətdir. “New Scientist” redaktorlarından, yalnız təkamül nəzəriyyəsi lehinə olduqları üçün bəzi fərziyyələr elmi həqiqətlər olaraq oxucularına demək yanılmasına son verməyə dəvət edirik. Canlılar təsadüfi müddətdə bir-birlərindən təkamül keçirməmiş, Uca Allahın “Ol” əmri ilə yoxdan yaradılmışlar.
1) Graeme T. Lloyd et.al, Dinosaurs and the Cretaceous Terrestrial Revolution, Proceedings of the Royal Society B, 22 iyul 2008, http://journals.royalsociety.org/content/7k63203q852h4006/
2) Mark Ridley, ‘Who Doubts Evolution?’, New Scientist, cilt. 90 (25 iyun 1981), səh. 832
3) TS Kemp [Curator of Zoological Collections], Fossils and Evolution, Oxford University, Oxford Uni Press, səh.246, 1999