“Cumhuriyet” qəzetinin 30 iyun 2008-ci il tarixində, qəzetin yazarı və iqtisadçı olan Yaqub Kəpənək imzasıyla bir yazı nəşr olundu. Kəpənək, “Mənşə” başlıqlı yazısında, 1 iyul 2008-ci il tarixində, Çarlz Darvinin təkamül nəzəriyyəsi olaraq adlandırılan görüşünün ilk açıqlandığı günün 150-ci ildönümü olduğunu ifadə edir, təkamül nəzəriyyəsi və Çarlz Darvin haqqında bəzi tərif dolu sözlər sərf edirdi. Kəpənəyin bu yazıdakı ideologiya qaynaqlı olduğu görülən səhvləri aşağıda cavablandırır.

 

Təkamül nəzəriyyəsinin çox möhkəm və güclü elmi çərçivəyə yerləşdiyi yanılması

Hörmətli Kəpənək, Çarlz Darvinin təkamül nəzəriyyəsini çox güclü elmi çərçivəyə yerləşdirdiyini önə sürür. Halbuki Darvinin təkamül nəzəriyyəsinə bəzi fərziyyə qatqılar etməsi bu nəzəriyyəni elmi olaraq gücləndirdiyi mənasını verir. Darvinin özü də, düşüncələrinin elmi haqqında “olduqca yaxşı bilirəm ki, fərziyyələrim qanuni elmin sərhədlərinin olduqca irəlisinə getmişdir” deyərək nəzəriyyəsinin elmdən kənar istiqamətlərini qəbul etdiyini göstərmişdir.1

Onsuz da Darvinin, Kəpənəyin iddia etdiyi kimi təkamül nəzəriyyəsini möhkəm və güclü elmi çərçivəyə yerləşdirə bilməyi üçün, bu nəzəriyyənin əsl elmi təmələ söykəndiyini göstərməsi lazımdır. Bunun üçün də Darvinin nəzəriyyəni dəstəkləyəcək dəlillər gətirməsi lazımdır. Lakin belə bir şey olmamışdır. Darvin dövründə, həyatın mənşəyi üçün içi su dolu şar zənn edilən hüceyrənin palçıqlı suda təsadüfən meydana gəldiyi ssenariləri gündəmə gətirilmiş və nəzəriyyəyə yeganə dəlil təşkil etməli olan xəyali ara fosillərin “gələcəkdə mütləq tapılacağı” vədlərini vermişdir. Belə ki, Darvin, əsas fosillərin yoxluğunun nəzəriyyəsi üçün ən böyük təhlükə olduğunu fərq etmiş və bu sübutsuzluğun nəzəriyyəsinə təqdim ediləcək ƏN BÖYÜK ETİRAZI olduğunu açıq dilə gətirmişdir:

 

Əgər həqiqətən növlər o biri növlərdən yavaş dəyişikliklərlə törəmişdirsə, NİYƏ SAYSIZ-HESABSIZ ARA-KEÇİD FORMASINA RAST GƏLMİRİK? Niyə bütün təbiət qarışıqlıq halında deyil, TAM OLARAQ TƏYİN OLUNMUŞ VƏ YERLİ YERİNDƏDİR? Saysız ara-keçid forması olmalıdır, lakin nə üçün yer üzünün sayıla bilməyəcək qədər çox layında basdırılmış halda TAPA BİLMİRİK… Nə üçün hər geoloji quruluş və hər təbəqə belə əlaqələrlə dolu deyil? Geologiya yaxşı dərəcələndirilmiş bir müddət ortaya çıxarmır və bəlkə də BU MƏNİM NƏZƏRİYYƏMƏ QARŞI İRƏLİ SÜRÜLƏCƏK ƏN BÖYÜK ETİRAZI OLACAQ. (Çarlz Darvin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 172, 280)

 

Hal-hazırda tək bir zülalın da laboratoriyada yaranmamağı, yer üzünün az qala hamısı qazılmış olmasına baxmayaraq sözdə ara-keçid formasına aid tək bir fosil belə tapılan və yeraltından çıxarılan 100 milyonu keçən fosilin mükəmməl görünüşlü, tam və qüsursuz canlılara aid olması, Darvinin vədlərini haqsız çıxarmış və elmdən kənar bu nəzəriyyənin tamamilə rəfə qaldırılmasını tələb etmişdir.

Necə ki, 20-ci əsrin ən böyük elm mütəfəkkirləri arasında göstərilən Karl Popper də “darvinizmin test edilən elmi nəzəriyyə deyil, metafizik araşdırma proqramı olduğu nəticəsini eşidirəm” deyərək darvinizmi elmi nəzəriyyə olaraq dəyərləndirmədiyini ifadə etmişdir.2

Bütün bu elmi həqiqətlərin işığında, hörmətli Kəpənəyin izahlarının ideoloji simpatiyadan qaynaqlanan, tamamilə şişirdilmiş və həqiqətdən kənar olduğu açıqdır.

 

Mənşə ilə insanın təbiətin bir parçası olduğunun göstərildiyi yanılması

Hörmətli Kəpənəyin yazısı oxunduğunda, həqiqətlərdən hərəkət edən obyektiv analiz üsulu yerinə, öz ön mühakimələrini dəstəkləyici həqiqətlər axtarmadan söykəmə üsulunu mənimsədiyi görülür. Bu da onu doqmatik bir müəllif edir. Məsələn, “Cümhuriyet” müəllifi, Çarlz Darvinin kitabı “insanın, təbiətin bir parçası olduğunun göstərildiyini” yazır. Halbuki, Darvin bu kitabında insanın mənşəyi haqqında hər hansı mübahisə və ya izaha girməmişdir. Darvinin özü bu kitabında insanın mənşəyini mövzu etmədiyi halda, belə bir mənfəəti necə ola bilər? Əlbəttə bu səhvdir və hörmətli Kəpənəyin mövzuyla əlaqədar məlumatsızlığı və nəzəriyyəyə olan ideologiya qaynaqlı simpatiyasının bir qarışığından qaynaqlanan yanılmanı işarə edir.

İnsan və ya hər hansı bir canlının digər növlərdən törədiyi iddiasını sübut etmək üçün, ara keçid formalar tələb olunur. Darvin isə insan üçün də başqa hər hansı bir canlının mənşəyi üçün də bu dəlilləri göstərə bilməyib. Əksinə, daha əvvəlki sətirlərdə də ifadə etdiyimiz kimi, Darvin ara formaların yoxluğunu açıq etiraf etmiş və bunun nəzəriyyəsi üçün böyük bir çıxmaz təşkil etdiyini yazmışdır.

 

Təkamülün ictimai elmlərdə sıçrayış təmin etdiyi yanılması

Hörmətli Kəpənək, bir iqtisadçı olmağı səbəbiylə Darvini cəmiyyət elmləriylə əlaqələndirir və darvinizmlə birlikdə ictimai elmlərdə sıçrayış təmin edildiyini önə sürür. Darvinin iddialarının, sosial darvinizm adı verilən və güclü olanın həyatını davam etdirməsi iddiasından hərəkətlə cəmiyyət elminə uyğunlaşdırılan bir dünyagörüşünə yol açdığı doğrudur. Ancaq bunun cəmiyyət elmlərində sıçramağa yol açdığını iddia etmək səhvdir.

Hörmətli Kəpənək, darvinizmin “güclü olan həyatını davam etdirər” dünyagörüşünün, cəmiyyət elmlərinə qatqı qazandırdığı iddiasına dayaq olaraq nümunə verir. Bu mövzuda iqtisadiyyatdan nümunə verərək firmaların varlığını davam etdirməsinin açıqlanmasında “ən uyğun olanın yaşaması” qaydasının önəmindən yazır.

Əvvəlcə bunu ifadə etmək lazımdır: Dünyada baş verən hər şey Allahın diləməsi ilədir. Bir canlı zəif ikən də Allahın qoruması altındadır və Allah diləsə onu ayaqda tutar. Bir dövlət hərbi cəhətdən zəif olduğu halda döyüşdə qalib gələ bilər. Allah təqdir etdiyində, bunun xaricində bir nəticənin reallaşması mümkün deyil. Lakin Allah, dünya həyatını səbəblərə bağlı olaraq yaratmışdır. Və səbəblər daxilində güclü olanın gücsüz olanı əzməsi gözlənilir. Hörmətli Kəpənəyin burada düşdüyü yanılma isə, güclü olanın həyatını davam etdirməsi qanununun Darvinin kəşf etdiyi prinsip olduğunu zənn etməyidir.

Bu, Darvindən əvvəl də ictimai həyatın dərhal hər sahəsində bir az olsun həyat təcrübəsi olan hər kəsin öyrəndiyi sadə məlumatdır. Məsələn, Darvindən əvvəl də döyüşlərdə güclü olanın həyatını davam etdirəcəyi bilinirdi. Bu səbəbdən Darvin bu cəmiyyət elminə yeni bir dünyagörüşü və ya sıçrayış qazandırmış sayılmır. Bir iqtisadçı firmalar arası rəqabətlə əlaqədar olaraq belə asan aydın olar bir vəziyyəti ancaq Darvinin dahi izah etməsi, bu insanın darvinizmə ideologiya olaraq və bir nəhəng aynasında baxdığını göstərir. Hörmətli Kəpənək ideoloji ön mühakimələrini bir kənara buraxıb darvinizmi obyektiv olaraq analiz edəndə, bu nəzəriyyənin elmi həqiqəti olmayan yanılmadan ibarət olduğunu asan görə biləcək.

Bundan əlavə tarixdə sosial darvinizmin dövlətlərə və cəmiyyətlərə nə qədər böyük dağıtma və bəla gətirdiyi də bilinir.

Zülmün mənbəyi olan, insanları təkamül keçirmiş heyvan olaraq gördüyü üçün acizləri və zəifləri yox etmə məntiqi üzərinə qurulan belə bir sistem, daima özü rəqabəti, müharibələri, qırğınları və zülmü gətirmişdir. Belə bir bəlanı “cəmiyyət elmlərinə qatqı” olaraq xarakterizə etmək ancaq ideoloji dünyagörüşünün nəticəsi ola bilər.

 

Darvinizmin genetikadan kosmos səfərinə qədər bir çox elmi inkişafda qaynaq oldu yanılması

Hörmətli Kəpənək, növlərin mənşəyini izah etmək iddiasında bir nəzəriyyə olan darvinizmi həqiqətlərdən tamamilə uzaq şəkildə ələ alıb mövzuyla heç əlaqəli olmayan elmi inkişaflara belə onu qaynaq göstərir. Kosmos səfəri fizika və astronomiya elmləriylə əlaqədar inkişaflara da darvinizmin qaynaq olduğu iddia edə bilir! Gözləri tamamilə bağlanmış şəkildə darvinizmə ideoloji təriflər vermə anlayışındakı Kəpənək daha da irəli gedir və darvinizmə qarşı olan elm adamının başlatdığı elm sahəsini də darvinizmdən ilham almış kimi göstərməyə çalışır. Hörmətli Kəpənəyin darvinizmlə əlaqələndirməyə çalışdığı genetika elminin atası, tədqiqatçı-din adamı Qreqor Mendeldir.

“Journal of Heredity” jurnalında nümayiş olunan “Mendels opposition to evolution and to Darvin” (Mendelin təkamülə və Darvinə müxalifəti) başlıqlı məqalədə, “Mendel, növlərin nənşəyinə tanış idi və Darvinin nəzəriyyəsinə qarşı çıxırdı. Darvin, təbii seleksiya ilə ortaq əcdaddan təkamül nəzəriyyəsini qarşıya qoyarkən, Mendel xüsusi yaradılışa inanırdı” deyilir. Mendelin Darvindən tamamilə müstəqil olaraq etdiyi və darvinizmlə heç bir şəkildə əlaqələndirmədiyi kəşflərin darvinizmdən ilham aldığını önə sürmək tamamilə səhvdir. Hörmətli Kəpənək belə etməklə həm Mendel kimi elm adamının işlərini lazım olduğu kimi təqdir edə bilmədiyini həm də elm tarixi haqqında məlumatı olmadan rəylər bildirdiyini göstərir.

 

Nəticə

Göründüyü kimi sözü gedən yazıdakı iddialar, elm tarixi və fəlsəfəsi şəxsən Darvinin öz etirafları işığında etibarsızdır. Darvinizmə qarşı heç bir əsası olmayan təriflər, bəzi alim və yazarların darvinizmi din olaraq seçdiyinin açıq dəlilini meydana gətirir.

Hörmətli Kəpənəyə, bu cür dəhşətli mühakimə səhvlərini görə bilməsi üçün təcili olaraq darvinizmi din olaraq mənimsəməkdən imtina etməsini tövsiyə edirik.

 

 

1) N. Ç Gillespie, Çarlz Darvin and the Problem of Creation, 1979, səh. 2 (Chicago universiteti kitabı)

2) Popper, Karl R., [Emeritus Professor of Philosophy, University of London], “Unended Quest: An Intellectual Autobiography,” [1974], Open Court: La Salle, Ill., Revised Edition, 1982, səh.168