Təkamül nəzəriyyəsinin saxtakarlıqlarla dolu tarixində, embriologiya saxtakarlığı, dino-quş saxtakarlığı, sənaye kəpənəkləri saxtakarlığı kimi nümunələr olmaqla birlikdə, bunlar arasında “meymun adam” saxtakarlığının fərqli bir yeri olmuşdur. İnsanın kökü ilə əlaqədar olduğu üçün ən böyük maraq, daha doğrusu səhv məlumata səbəb olan bu yalanlara ən bilinənləri Piltdaun adamı saxtakarlığıyla Nebraska adamı rəzalətidir. Birincisində insan kəllə sümüyünə oranqutan çənəsi montaj edilərək meymun adam nağılına dəlil göstərməyə çalışılmış, ikincisində isə bir donuz dişi ictimaiyyətə insan təkamülünü sübut edən xəyali və saxta bir hominid tapıntısı olaraq tanıdılmışdır. Bu saxtakarlıqların əhvalatı 1912-ci və 1922-ci illərinə qədər davam edir.

Ancaq “meymun adam” saxtakarlıqları müasir zamanlarda da hələ də davam etdirilməyə çalışılır, dövrümüzdəki məlumatı, elm və texnologiyasına baxmayaraq hələ də saxta dəlillər istehsal edilir. 2005-ci ildə təkamülçü antropoloji professorunun bəzi əhəmiyyətli fosillərin yaşı haqqında otuz ildən bəri saxta məlumatlar verdiyinin ortaya çıxması mövzuyla əlaqədar ən əhəmiyyətli nümunələrdən birini təşkil edir.

İndi isə bu təkamül yalanlarının son nümunəsi, “Hürriyet” qəzetinin 18 avqust 2008-ci il tarixli xəbəri çərçivəsindəki hadisələrdə ortaya çıxır.

 

“Yarı insan yarı meymun” başlığı ilə verilən xəbərdə, “ABŞ və Kanada meşələrində illərdən bəri axtarılan yarı insan yarı meymun varlığının izinə rast gəlindiyi” qarşıya qoyulur. “Hürriyet” qəzeti xəbərində, ABŞ-lı Met Viton və Rik Dyer tərəfindən bu meymun adamın cəsədinin olduğu və bu canlının boyu iki metri keçdiyi bildirilir.

Ancaq “Hürriyet” qəzetinin xəbərində, bu meymun adam yaraşdırdığı canlı ilə əlaqədar olaraq göstərilməyən çox əhəmiyyətli bir nöqtə vardır: BU MEYMUN ADAM İDDİASI HƏQİQƏTDƏ SAXTAKARLIQDAN İBARƏTDİR!

Bütün elmi nəşrlərdə, bu xəyali meymun adamın bir saxtakarlıq nümunəsi olduğu başlıqda deyildiyi halda, “Hürriyet” qəzeti niyəsə bu əhəmiyyətli detalla məşğul olmayıb, oxucularına bu həqiqətdən kənar canlının əslində olmadığını bildirməyə ehtiyac görməyib. Əksinə, bu saxta varlıq ilə əlaqədar köhnə iddiaları təkrarlamağı üstün bilib, təkamül gəmisini batırmamağı seçmişdir.

“Hürriyet” qəzetinin israrla sahib çıxdığı bu saxta meymun adamla əlaqədar əsl tapıntılar isə bu şəkildədir: Viton və Dyer, kauçukdan hazırlanan tüklü qorilla kostyumu içinə heyvan cəsədlərindən parçalar dolduraraq bu hekayəni uydurublar. Mətbuat açıqlaması dünyaya elan edən və haqqında salonu dolduran jurnalistlərə “bu tapıntı, sizin burada olmağınız qədər həqiqətdir” deyilən guya meymun adam, əslində təkamül saxtakarlıqları tarixindəki digər meymun adamlar kimi saxtadır. Və bu saxtakarlıq, təkamül tarixində saxtakarlıq edən kəslər tərəfindən açıq şəkildə etiraf edilib yeni və olduqca əhəmiyyətli nümunə təşkil edilir.

“Hürriyet” qəzeti, təkamülçülərin təkamülü sübut etmək məqsədiylə gündəmə gətirdikləri saxta meymun adam iddialarına görə, xalqımızı səhv istiqamətləndirmiş, təkamül nəzəriyyəsinin xəyali canlıları olan meymun adamların yaşadığını iddia etmişdir. Qəzetin redaktorlarını düşdükləri bu səhvi düzəltmək mövzusunda məsuliyyətli davranmağa və iddianın bir saxtakarlıqdan ibarət olduğunu eşitməyə dəvət edirik.