Darvinizm elə böyük yalandır ki, bu ideologiyanın tərəfdarları saxta fosillər çıxarıb onları 40 il ərzində sərgiləməkdən çəkinmir. Darvinistlər, ara fosil uyğunlaşdırmaq üçün saxtakarlıq etməyi sanki vərdiş halına gətirib.
Darvinizm elə böyük yalandır ki,
– 150 il ərzində insanları canlıların təkamül keçirdiyinə inandırmışdır.
– İnsanları, meymunabənzər əcdadları olduğuna razı etmişdir.
– Bircə elmi dəlili olmamasına baxmayaraq elmi nəzəriyyə kimi davranmışdır.
– Bircə ara fosil olmamasına baxmayaraq ara fosil var təlqini vermişdir.
– Bir tək zülalı laboratoriyada da yaratmamağına baxmayaraq yer üzündəki canlı müxtəlifliyinin varlığını təsadüflərə bağlamışdır.
– Şüursuz, cansız, başıboş atomların təsadüflər nəticəsində bir araya gələrək, dövlətləri, mədəniyyətləri, laboratoriyalarda öz hüceyrələrini araşdıran elm adamlarının mövcud etdiyi yalanını bütün insanlığa təlqin etmişdir.
– Bütün bunları edərkən isə, yalnız yalan, saxtakarlıq və demaqogiyadan istifadə etmişdir.
Darvinizm elə böyük bir yalandır ki, bu ideologiyanın tərəfdarları saxta fosillər çıxarıb onları 40 il ərzində sərgiləməkdən çəkinmir. Darvinistlər, ara fosil uyğunlaşdırmaq üçün saxtakarlıq etməyi sanki vərdiş halına gətirmişlər. Qüsursuz canlıların fosillərini götürüb onun üzərində təkamül ssenarisi qurmaqdan çəkinmirlər. Xəyali ilk hüceyrə haqqında saysız ssenariləri vardır, lakin hələ bu xəyali hüceyrənin minlərlə zülalından birinin də meydana gəlməsini açıqlaya bilmir. Mutasiyaların təkamül keçirdiyini söyləyirlər, lakin idarə edilən laboratoriya mühitində hətta mutasiyalarla tək bir canlıya faydalı xüsusiyyət əlavə edə bilməmişdir.
Məhz bu səbəblə çözümü saxtakarlığa müraciət etməkdə tapmışlar. Fosil qeydlərinin nəzəriyyələrini dəstəklənməsi üzərinə çarəsiz qalan darvinistlər, mükəmməl canlılara aid qüsursuz fosilləri götürərək bunları öz istədikləri şəkildə izah edib, hətta açıq-aşkar saxtakarlıq etmişlər. İnsan kəlləsinə yeni ölmüş oranqutan çənəsi əlavə edərək 40 il sərgilənən saxta Piltdaun adamını, bir donuz dişindən guya ailəsi ilə birlikdə təsvir edilən Nebraska adamı saxtakarlığını irəli sürüblər. Dinozavr fosillərinə tük əlavə etmiş, sənaye inqilabı kəpənəklərini ağac qabıqlarına yapışdıraraq çəkdikləri şəkillərlə təbii seleksiya ilə təkamül təbliğatları etmişlər. Coelacanthi uzun illər ara forma olaraq tanıtmış, canlının hələ də yaşadığının başa düşülməsi ilə təəcüblənmişlər. 53 milyon illik at fosilləri dövrümüzdəki atların eynisi ikən, xəyali “atın təkamülü ssenarisi” uydurmuş, sonunda bunun da saxta olduğunu etiraf ediblər. İnsanın xəyali təkamülünü saxta rüşeym rəsmləri ilə izah etməyə çalışmışlar, sonra şəkillərin sahibi Hekkelin, “təkamül nəzəriyyəsi adına çox saxtakarlıq edildiyindən bu saxtakarlığı səbəbindən çəkinmədiyi” etirafı ilə bu saxta ssenarini də geri çəkmək məcburiyyətində qalıb.
Qısası, darvinizm bir yalandır. Saxta fosillərin davamlı olaraq ifşa olunduğu, həqiqi fosillər isə təkamülü tamamilə təkzib etdiyi üçün TƏKAMÜLÇÜLƏR FOSİLLƏRİ GİZLƏTMƏK EHTİYACI GÖRÜR.
Darvinistlər fosil tapdıqları an onu tələm-tələsik gizlədir, eynilə Kembri fosillərini olduğu kimi
Fosillər təkamülü təkzib edən ən əhəmiyyətli dəlillərdəndir. Yer üzünün müxtəlif laylarından əldə edilən və canlıların ilk yaradıldıqları andan etibarən heç bir dəyişməyə uğramadığını ortaya qoyan 100 milyon fosil, təkamülçülər üçün tam bir çıxmaz meydana gətirir. Normalda öz nəzəriyyələrini isbat etmək üçün istifadə etmələri lazım olan fosillərin hər birinin yaradılış həqiqətini təsdiq etməsi, darvinistləri fosilləri gizlətməyə qədər aparmışdır. İnsanların bunları görməsini və bilməsini istəmirlər. Bunu tarixdə çox ediblər, bu gün də hələ də edirlər. Saxta təkamül demaqogiyalarından səhifələrlə, saatlarla bəhs edirlər. Amma indi mövcud olan 100 milyon fosil haqqında tək söz etməyiblər. Yüz illərdir davam etdirilən qazıntılar nəticəsində ələ keçən milyonlarla fosil var. Lakin darvinistlərin bunları göstərdikləri muzeylər yoxdur. Bunları heç bir zaman bir sərgidə sərgiləyə bilməyiblər. Milyonlarla fosilin yeraltından çıxdığı məlumdur, lakin bunların heç biri ortada yoxdur. Və bu, keçmişdən bəri davamlı olaraq edilən darvinist oyundur.
Bunun ən əhəmiyyətli nümunələrindən biri, 1909-ci ildə Çarlz Dulitl Valkot adlı paleontoloqun Kanadanın “Burgess Shale” bölgəsində apardığı tədqiqatlar nəticəsində tapdığı fosillərdir. Valkot, 4 il ərzində apardığı tədqiqatlar nəticəsində tapdığı təxminən 530 milyon il əvvələ aid möhtəşəm fosilləri tələm-tələsik gizlətməyə çalışmışdır.
Yaxşı bunun səbəbi nədir?
Bunun səbəbi 530 milyon il əvvələ aid tapılan bəhsi keçən fosillərin təkamülü qəti olaraq rədd etməsi, tam mənasıyla ortadan qaldırmasıdır. Bu fosillər Kembri dövrü adı verilən dövrə aiddir və təkamülçülərə görə bu dövr, yalnız tək hüceyrəli və ya təməl kompleks üzvlərdən məhrum bəzi çox hüceyrəlilərin yaşaması lazım olan dövrdür. Xəyali təkamül nağılına görə başqa cür olması mümkün deyil.
Lakin Kembri dövrünə aid olan fosillər, bir təkamülçü üçün dəhşət xəbərçisidir. Bəhsi keçən fosillər, o dövrdəki canlıların dövrümüzdəki canlı kompleksliyinə sahib olduğunu göstərir, dövrümüz müxtəlifliyinin bir bənzərinin, hətta daha çoxunun bir anda ortaya çıxdığını elan edir. Bundan əlavə, bu canlıların başqa canlılardan təkamül keçirdiyini göstərən xəyali ibtidai əcdadı da heç bir zaman mövcud olmamışdır. Bu fosillər, təkamülçülərə görə, canlıların ən ibtidai quruluşda olduğunu iddia etdikləri dövrdə mükəmməl komplekslik sərgiləyərək, canlıların bir anda, olduqları görünüşdə yaradıldıqlarını yüksək səslə elan edirlər. Bu, darvinizmin qəti olaraq ölümü, yox olma mənasını verir. Darvinistlər, izahsız qaldıqları mövzularda demaqogiyadan istifadə etməyə öyrəşiblər amma canlı müxtəlifliyinin təxminən 530 milyon il əvvəl bir anda ortaya çıxmasını izah etmələri qeyri-mümkündür.
Necə ki, Harvard paleontoloqu təkamülçü Stefan Cey Qouldun da ifadə etdiyi kimi Darvinə ən böyük narahatlıq fosil qeydlərindən, xüsusilə də Kembri fosillərindən gəlmişdir:
Fosil qeydləri, Darvinə xoşbəxtlikdən çox kədər gətirdi. Heç bir şey onu, az qala bütün kompleks dizaynların ortaya çıxdığı Kembri partlayışından daha çox narahat etmədi. [1]
Bax bu səbəblə, ifrat təkamülçü olan Valkot, çözümü fosilləri gizlətməkdə tapmışdır.
Möhtəşəm Kembri fosilləri tam 70 il ərzində gizlədilmişdir.
“Burgess Shale” fosillərinin gün işığına çıxması, ancaq 1985-ci ildə, muzeyin arxivlərinin yenidən araşdırılması sayəsində oldu. İsrailli elm adamı Gerald Şroeder bu mövzuda bunu bildirmişdir:
Əgər Valkot istəsəydi, fosillər üzərində işləmək üçün bir ordu dolusu şagirdi vəzifələndirərdi. Amma təkamül gəmisini batırmamağı üstün bildi. Bu gün Kembri dövrü fosilləri Çində, Afrikada, İngilis adalarında, İsveçdə və Qrenlandiyada da tapılmışdır. (Kembri dövründəki) Partlayış, dünya səviyyəsində yaşanmış hadisədir. Amma bu fövqəladə partlamanın təbiətini müzakirə etmək mümkün olmamış, məlumat gizlənmişdir. [2]
40 il müddətdə gizlədilən tutuquşu fosili
Kembri fosillərinin gizlənməsi təkamülçülərin tarixində yaşanan tək hadisə deyil. Fosil gizlətmək, darvinistlər üçün adətdir. Necə ki, 65 milyon illik tutuquşu çənəsi fosili də, dövrümüzdəki tutuquşuların milyon illər ərzində heç dəyişmədiyini göstərən yaşayan fosil olduğu və təkamül nəzəriyyəsini bu səbəbdən etibarsız etdiyi üçün uzun illər insanlardan gizlədilmişdir. Ta ki Kaliforniya Berkeley Universiteti məzunlarından Tomas Stidham adında tədqiqatçının Berkeley Paleontologiya muzeyindəki fosil kolleksiyaları araşdırmağa qərar verməsinə qədər. Bunun ardından aparılan tədqiqatda fosilin, bu günə qədər olan ən qədim tutuquşu fosili olduğu, dinozavrlarla eyni dövrdə yaşadığı aydın olmuşdur. 13 millimetrlik fosilin rentgen çəkilişlərinə görə, fosilin üzərində olan “K” şəklindəki iz (qan damarları və sinir yolları) dövrümüzdəki tutuquşulara aid xüsusiyyətlərlə eynidir. Darvinistlər, bu həqiqəti gizlətmək üçün çözümü tam 40 il fosili gizlətməkdə tapmışlar.
100 milyon fosildən heç kimin xəbəri yox idi
Darvinistlərin fosil gizlətmə taktikası, indiki vaxtda hələ də böyük gizlilik içində davam etdirilir. İnsanların böyük qismi, uzun müddət ərzində, hazırda dünya səviyyəsində tapılan fosillərin 100 milyondan çox olduğunu bilməmişdir. Yaşayan fosil deyilən və dövrümüzdəki canlılarının milyon illərdir dəyişmədiyini ortaya qoyan fosil nümunələri, illər ərzində darvinistlər tərəfindən gizlədilmiş, bunlardan yalnız bir neçə nümunə gündəmə gətirilmişdir. Bu səbəbdən elmi nəşrləri və ya interneti araşdıran şəxslər, yaşayan fosil dedikdə, uzun müddət ərzində yalnız bir neçə məşhur nümunə ilə qarşılaşmışlar: Bir ginkqo yarpağı, nautilus, okapi … az qala hər adam, illərlə, dünyada bir neçə yaşayan fosil nümunəsi olduğunu və bunların da nadir nümunələr olduğunu zənn ediblər. Hal-hazırda mövcud olan bütün canlıların, canavarların, atların, dovşanların, tısbağaların, balıqların, quşların, sürünənlərin hər növünün, milyonlarla yaşayan fosillərin mövcud olduğundan xəbərləri belə olmamışdır.
Bunun tək səbəbi, darvinistlərin 100 milyon fosili insanlardan gizlətmələridir.
Darvinistlər niyə fosilləri gizlətmək ehtiyacı görürlər?
Çünki fosillər təkamülü rədd edir. Fosil qeydlərində bir dənə belə ara forma fosili yoxdur. Mövcud olan fosil qeydlərin hamısı, bunlar 100 milyondan çox fosili ifadə edir, mükəmməl görünüşdə, tam və qüsursuz canlılara aiddir. Bu 100 milyon fosilin bir çox hissəsini yaşayan fosillər meydana gətirir. Sözü gedən fosillərin yalnız bir hissəsinin, hətta 3-5 dənəsinin belə ortaya çıxması, təkamül nəzəriyyəsinin yox olduğunun elanı deməkdir. Məhz bu səbəblə darvinistlər 100 milyon fosil qarşısında dəhşətə gəlmişlər. Eynilə Kembri dövrünə aid möhtəşəm canlı fosilləri 70 il ərzində saxlamaq ehtiyacı gördüyü kimi, indi də təkamülü çökdürən bu böyük kolleksiyanı da gözlərdən gizlətməyə çalışırlar.
Darvinistlərin böyük səy ilə, fosil qeydlərini gizli saxlamaq istəmələrinin səbəbi budur: Təkamül nəzəriyyəsi, 100 milyon fosil qarşısında tamamilə etibarsız qalmışdır. Bunu elan edən isə Yaradılış Atlasıdır. Yaradılış Atlası, darvinistlərin heç gözləmədiyi bir anda, bir-birindən üstün görünüşlü 100 milyon yaşayan fosilin varlığını bütün dünyaya xəbər vermişdir.
Darvinistlərin gözləmədiyi qarşılıq: Yaradılış Atlası
Darvinist hiylə, indi artıq Yaradılış Atlası ilə pozulmuşdur. İnsanlara, bir anda ələ keçirilmiş 100 milyondan çox fosil olduğunu və bu fosillərin birinin də təkamülü sübut edəcək ara forma fosili olmadığı aydın olmuşdur. Insanlardan gizlədilməyə çalışılan həqiqət açıq şəkildə, şəkilləriylə, hətta fosil sərgilərindəki nümunələriylə insanlara təqdim edilmişdir. İnsanlar bu fosilləri görüb, onlara toxunmuşdur. Bu 100 milyon fosilin hamısı yaradılış həqiqətini sübut edən qüsursuz, mükəmməl fosillərdir. Bir qismi nəsli kəsilmiş mükəmməl canlılara aid, böyük hissəsi yaşayan fosillərdir. Darvinistlər fosili gizlətməyə çalışarkən heç gözləmədikləri bir anda Yaradılış Atlası ilə qarşılaşmışdır. Yaradılış dəlilləri bütün detallarıyla insanlara çatdırılmış, bütün detallarıyla tanıdılmışdır. Və beləcə, darvinistlərin uzun illərdir fosilləri gizlətmək uğrunda göstərdikləri səy, bir anda tam tərsinə dönmüşdür.
Hal-hazırda təkamülün əsassızlığını bütün dünya bilir. Dövlət başçıları bunu açıq dilə gətirib, Allah inancının olduqlarını bütün dünyaya ifadə etmiş, insanlar məşhur internet saytlarının təşkil olunduğu sorğularda, 90% nisbətində canlıları Allahın yaratdığına inandıqlarını ifadə edib. Bütün dünyada rəsmi olaraq mənimsənmiş, ölkələrin qanunları ilə qorunan təkamül nəzəriyyəsi, bir anda müzakirə edilmiş, dəlilsiz nəzəriyyə olduğu hər kəs tərəfindən aydın olmuş, əyalətlər bu nəzəriyyəni tədris planından çıxara bilmək üçün sıx bir səy içinə girmişdir. Bax bu, insanlardan gizlədilməyə çalışılan fosillərin ortaya çıxarılmasının gətirdiyi nəticədir.
Təxminən 1.5 əsrdən çox zaman ərzində yalanlarla, saxtakarlıqlarla, təkamülü çürüdən dəlillərin gizlədilməsiylə əldə edilən saxta darvinist müvəffəqiyyət, bir anda ortadan qalxmışdır. Darvinistlər, bütün dünyanı təsiri altına aldıqları, nəzəriyyələrini qanunlaşdırdıqlarını zənn etdikləri bir anda gözləmədikləri şok məğlubiyyət yaşamışdır. Bu, müsəlmanların gözlədiyi, Allahın istəyi mütləq reallaşacaq müqabilindədir. Çünki Allah Müsəlmanlara, batini yox edib haqqı sağlamlaşdıracağını vəd etmişdir.
De: “Rəbbim haqqı endirir. O, qeybləri biləndir”. De: “Haqq gəldi. Batil ona qarşı nə ortaya bir şey çıxarar, nə də onu qaytara bilər”. (Səba surəsi, 48-49)
[1] Gould, Stephen J., The Panda`s Thumb, 1980, səh. 238-239
[2] Gerald Schroeder, Evolution: Rationality vs. Randomness, http://www.geraldschroeder.com/evolution.html