“The New York Times” qəzetinin 15 iyul 2008-ci il tarixli sayında, Nikolas Veid imzasıyla yazı yayımlandı. Veid, “taking a cue from ants on evolution of humans-insanların təkamülünə qarışqalardan dəlil əldə etmək” başlıqlı yazısında, Harvard Universiteti böcək alimi Edvard O. Vilsonun son işləri haqqında məlumatlar verirdi.

Vilsonun bioloji müxtəliflik üzərinə olan “Həyat Ensiklopediyası”, Bert Holdobler ilə birlikdə hazırladığı və termitlər, qarışqalar, vəhşi arıları və bal arıları haqqında məlumatlar ehtiva edən “Super orqanizma” kitabı kimi işlərinin yanında, 1975-ci ildə “Sosiobiologiya” adlı kitabıyla ortaya atdığı nəzəriyyəsi mövzu edildi .

Canlılarda görülən fədakar davranışların təbii seleksiya ilə açıqlanmasının çətin olduğu, Vilsona görə bunlar daha çox “qrup səviyyəsində seçilməklə” açıqlanaraq ifadə edilirdi. Ancaq qrup səviyyəsində seçmək  anlayışı, təkamül nəzəriyyəsinin təməlində iştirak edən təbii seleksiyanı çıxmaza sürüyən həqiqətlərin, tamamilə fərziyyəyə əsaslanan və öz içində ziddiyyətlər daşıyan söz oyunlarıyla ört-basdır edilmə səyindən ibarətdir.

 

Təkamülçülərin bu mövzudakı əsas ziddiyyətlərini belə örnəkləndirə bilərik

Bəzi insanlar yetim uşaqları övladlığa götürüb öz uşaqları ilə birlikdə böyütməklə fədakar davranış göstərir. Bu fədakar şəxslər, həyatda qalmaqda üstünlük təmin edən imkan və xüsusiyyətlərindən, yəni öz uyğunluqlarından itkin vermək qarşılığında başqalarının uyğunluğunu artırır. Bu səbəbdən fədakar şəxs, həyatda qalma ehtimalını azaldır. Təkamül nəzəriyyəsi isə həyatda qalma mübarizəsində şəxsi və eqoizmi önə çıxarır. Yalnız uyğun xüsusiyyətlərə sahib olan fərdlərin həyatda qala biləcəyini, insanların ancaq öz xüsusiyyətlərini daha uyğun hala gətirib başqa fərdlər üzərində üstünlük əldə etmək üçün işləməli olduğunu öyrədir.

Bu səbəbdən, təkamülçü düşüncəyə görə fədakarlıq davam etməməli, ortadan qalxmalıdır. Ancaq fədakar insanların varlığı bilinən həqiqətdir.

Elm və Texnika jurnalındakı bir məqalədə isə təkamülçülərin qarşı-qarşıya olduqları bu problem belə ifadə edilir:

 

Problem, canlıların niyə bir-birlərinə kömək etdikləridir. Darvinin nəzəriyyəsinə görə; hər canlı öz varlığını davam etdirmək və artmaq üçün döyüşür. Başqalarına kömək etmək, o canlının sağ qalma ehtimalını azaldacağına görə, uzun vədədə təkamüldə bu davranışın ələnməsi lazım idi. Halbuki canlıların fədakar ola biləcəkləri müşahidə edilmişdir. 1

 

Elm və Texnika jurnalının açıq vurğuladığı kimi, bu problemin təbii seleksiya ilə açıqlanması heç bir şəkildə mümkün deyil. Əsas təkamülçülərdən Con Maynard Smit bu problemlə əlaqədar olaraq belə bir sual yönəldir:

 

Əgər təbii seleksiya, fərdin yaşamaq ehtimalını və çoxalmasını təmin edən xüsusiyyətlərinin seçməsidirsə, özünü fəda edən davranışları necə açıqlayacağıq? 2

 

Vilsonun sosiobiologiya iddiasının etibarsızlığı

Heyvan və insan davranışlarının mənşəyini təkamülçü dünyagörüşündən izah etmək üçün ilk əhatəli cəhd Harvard Universitetindən böcək alimi Edvard O. Vilsondan gəldi. Vilson, 1975-ci ildə nəşr etdiyi “sociobiology: The new synthesis” (sosiobiologiya: yeni sintez) adlı kitabında, heyvan davranışlarının hamısının bioloji təməli olduğunu iddia etdi. Bu yanılmanı bioloji təkamülə əsaslanan Vilson, heyvanların və insanların davranışlarını nəzarət edən xüsusi genlər olduğunu düşünürdü.

Vilsonun əsl ixtisası böcəklər idi və kitabının ilk 26-cı hissəsində böcəklərdən bəhs edirdi. Kitabın 27-ci hissəsində isə bu iddialarını insanlara uyğunlaşdırmağa cəhd etmişdi. 1978-ci ildə “Human Nature” (İnsan təbiəti) adlı kitabında da, kin, təcavüzkarlıq, kənar qorxusu, uyğunluq, kişilərlə qadınlar arasındakı xarakterik fərqliliklər kimi insan davranışlarından məsul genlər olduğuna aid fərziyyələrə geniş yer verdi.

Vilsonun iddialarının heç bir elmi əsası yoxdur. İddiaları təkamülçü mühakimələrinin bir nəticəsi idi. Təkamülçülər arasında dahi Vilsonun fərziyyələrinə etiraz edənlər oldu. Bunlardan biri Stefan Cey Qould idi:

 

Ancaq Vilsonun çox güclü iddiaları da var. 27-ci bölüm … insan davranışlarındakı -kinlilik, təcavüzkarlıq, ksenofobiya, uyğunluq, homoseksuallıq və Qərb cəmiyyətində qadın və kişi arasındakı xarakterik xüsusiyyətlər kimi-tipik və dəyişən xüsusiyyətlər üçün genlərin olduğu haqqında geniş diametrli fərziyyədir. 3

 

(İnsan davranışlarının yalnız genetik əsaslı olduğu və tək bir genlə idarəsi kimi təkamülçü yanılma haqqında daha çox məlumat üçün baxın. http://www.netcevap.org/index.php?git=makale&makale_id=215)

 

Qrup səviyyəsində seçmək anlayışı, hər hansı bir şeyin izahı deyil

Vadein yazısında da qəbul edildiyi kimi, fədakar davranışların təbii seleksiyanın yalnız fərdin həyatda qalıb çox uşağa sahib olmasını təmin edən davranışları himayə etdiyinin açıqlanması çətindir. Vilson bu səbəblə xəyali təkamülün fərdlərin təbii seçilməklə ələnməsi yerinə qrup seçilməsi ilə irəlilədiyi kimi digərindən az axmaq olmayan bir iddia irəli sürmək məcburiyyətində qalır.

Vadein yazısında ifadə edildiyi kimi, “Dr. Vilsonun fikrinə görə təkamül, bir qrup fərdin bahasına bir çox fayda təmin edən genləri, bir qrup orqanizmin həyatda qalmasını bir başqa qrupunkuna görə sürüşən qrup seçilmə sayəsində ortaya çıxardı.” Əslində bu, tipik darvinist taktikadır. Bir təkamülçü inanma elmi olaraq təkzib olduğu an həlli dərhal o elmi tapıntıya uyğun başqa bir məntiqsiz iddia ilə ortaya çıxmaqdır. Veid də bu ənənəni pozmamış, xəyali fərd seçmək iddiası qarşılıq tapa bilmədiyi zaman xəyali qrup seçmək iddiasını önə çıxarmışdır.

Halbuki fədakar davranışlar baxımından bir qrupun digərindən üstün olması sayəsində təbii seçilmə yolu ilə təkamül yaşanacağı iddiası tamamilə çürükdür, xəyaldır. Başda belə bir seçilmənin elmi dayağı yoxdur. Təbii seçilmənin təkamül verməyəcəyi elmi mənada dəqiqləşmiş həqiqətdir. (Ətraflı məlumat üçün bax. http://www.dogalseleksiyon.com/) Bu həqiqətin yanında, fədakar bir qrup içindəki fərd, dünyaya gətirəcəyi uşaqların sayı baxımından fədakarlıq edib eqoistcə davranmayaraq az sayda uşaq dünyaya gətirəcəyi üçün, təkamülçülər tərəfindən bu xüsusiyyəti nəzarət etdiyi genlər, zaman içində yayılmayacaq, populyasiya içindəki nisbətləri gedərək azalacaq. Bundan əlavə, qrup fədakar olduğu üçün, qrupun fədakarlığını öz eqoist maraqları üçün sui-istifadə etməyə çalışan fərdləri də təzyiq edəcəkdir ki, bu da fədakarlığın faydalarını o cins üçün neytrallaşdıracaq, faydaları aradan qaldıracaq. 4

Göründüyü kimi, qrup seçimi iddiası, fərdlərin fədakar davranışlarının təbii seleksiya ilə artmayacağı açmazından çıxmaq üçün qarşıya qoyulmuş aciz düşüncədir. Bu mövzu ilə əlaqədar olaraq texniki və elmi bütün imkansızlıqlar bir yana, darvinistlərin əhəmiyyət vermədiyi bir başqa nöqtə də nəhayət qrupların da fərdlərdən meydana gəldiyidir. Və fərdlərin qrupa təsiri yox sayılaraq qrup seçiminin təkamül irəliləmə təmin edəcəyini tutarlı şəkildə müdafiə etmək mümkün olmur.

 

Nəticə

Dünyanın ən qabaqda gələn qəzetlərindən biri “The New York Times”da yer alan Vilsonun iddiaları, “kor təsadüflər bizə fədakar olmağı öyrətdi” mənasını verən axmaqlıqdan ibarətdir.

Halbuki fədakarlıq, Allahın insana ilham etdiyi əxlaqi davranışdır. Bir insanın fədakarlığı əxlaqi cəhətdən “doğru”, eqoizmi isə “səhv” tapmasının heç bir təkamül şərhi yoxdur. Aydındır ki, insanın fədakarlığı, onu yaradan Uca Allahın ruhuna ilhamıdır. Quran ayələrində belə bildirilir:

 

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və Allahdan qorxmağı təlqin edənə! (Şəms surəsi, 7-8)

 

“The New York Times” müəlliflərinə, qəzetlərinin səhifələrində yer verdikləri bu elmdən kənar izahlarla yalnız öz ləyaqətini zədələdiklərini xatırladır, Allaha olan inancın və dinin həqiqətinin dünya səviyyəsində gedərək artan bir şəkildə qəbul olunduğunu görmələrini istəyirik.

 

 

[1] Bilim ve Teknik, sayı 190, səh.4

[2] John Maynard Smith, “The Evolution of Behavior”, Scientific American, dekabr 1978, cild 239, no.3, səh. 176

[3] Stephen Jay Gould, Ever Since Darwin, New York, W.W. Norton & Co., 1977

[4] Major, Trevor (1999), “Ethics and Darwinism [Part II],” [On-line], URL: http://www.apologeticspress.org/articles/73