Header

Riçard Davkinsin və “Hürriyet” qəzetinin cahilliyi

Aa4a

Təkamülü çürüdən yüzlərlə dəlilin Yaradılış Atlası ilə açıq ortaya qoyulmasının ardından böyük təlaş və çaxnaşma içinə girən Riçard Davkinsin düşdüyü böyük cahilliyə “Hürriyet” qəzeti də ortaq olmuşdur! Saytında, Yaradılış Atlasında rəsmi qoyulan maketdən ibarət bir böcək şəkilini özünə görə səhv olaraq xarakterizə edən və bu şəkildə Yaradılış Atlasının dünya səviyyəsindəki güclü təsirini yenə özünə görə ört-basdır etməyə çalışan Davkinsin cahilcə kəşfini “Hürriyet” qəzeti yenə eyni yanılma içində böyük kəşf zənn etmişdir .

Yaradılış Atlasında yer alan maket böcək rəsmi, milyon illər əvvəl fosil nümunəsi tapılan canlının, bu gün hələ də yaşadığını göstərən bir böcək şəkilidir. Bunun maket olub olmaması, heç bir şeyi dəyişdirmir. Əhəmiyyətli olan milyon illər əvvəl yaşayan bu böcəyin indiki vaxtda hələ də eyni şəkildə mövcud olması, yaşamasıdır.

İndiki vaxtda yaşayan canlıların maketləri bir çox yerdə iynə ilə tutdurularaq bu şəkildə nümayiş etdirilir. Bunlar, bu canlıların yaşamadığını göstərmir, əksinə yaşayan canlıların nümunəsi olması üçün maket olaraq xalqa təqdim edilir.

Buradakı fosil kəhrəba həqiqidir, 25 milyon illik evcil böcəkdir və Dominikan kəhrəbasına aiddir. Bu canlının hələ də yaşadığını ifadə etmək üçün onun yaşayan nümunəsi də verilə bilər, maketi də, şəkili də. Əhəmiyyətli olan bu canlının hələ də yaşadığının bilinməsidir. Burada təkamülü çürüdən həqiqət, canlının milyon illər ərzində heç bir dəyişikliyə məruz qalmaması və təkamül nəzəriyyəsini qəti olaraq rədd etməsidir.

Bu həqiqətin yanında, niyəsə “detallara əhəmiyyət verdiyi təəssüratı verməyə çalışan” Davkins də, “Hürriyet” qəzeti də bəhsi keçən canlının indiki vaxtda yaşayan nümunəsinin yaradılış muzeyi saytında uzun müddətdir mövcud olduğunu görməzlikdən gəlir. Halbuki istəyən hər kəs, Davkinsin və “Hürriyet” qəzetinin fərziyyə vəsaiti halına gətirməyə çalışdıqları evcil böcəyin indiki vaxtda yaşayan nümunəsinin şəkilini http://www.yaratilismuzesi.com/fosiller/fosil.php?Id=160 adresindən araşdıra bilər.

EVCİL BÖCƏK, QARA QANADLI GÖBƏLƏK AĞCAQANADINI

YAŞI: 25 milyon il

Olduğu yer: Dominikan Respublikası

Diqqət yetirilərsə Riçard Davkins də, saytında evcil böcəyin indiki vaxtda yaşayıb yaşamadığı mövzusuna heç toxunmayıb, bu mövzuda heç bir rəy bildirməyib, yalnız Yaradılış Atlasında təqdim edilən şəkilin xüsusiyyəti ilə maraqlanmışdır. Əlbəttə ki, Davkinsin, canlının indiki vaxtda yaşaması və milyon illər ərzində dəyişməməsi həqiqəti qarşısında söyləyəcək heç bir sözü yoxdur.

Yenə Davkinsin minlərlə səhifəlik Yaradılış Atlasının hər səhifəsində gördüyü yüzlərlə yaşayan fosil haqqında da söyləyəcək heç bir sözü olmayıb. Bu əhəmiyyətli fosil dəlillər qarşısında uzun müddətdir digər təkamülçülərin olduğu kimi Davkins cəbhəsində də susqunluq hakimdir. Təkamülü çürüdən dəlillər qarşısında edə biləcək izahı, gətirə biləcək dəlili olmadığını dilə gətirmək yerinə susmağı seçir.

İçində yüzlərlə yaşayan fosil nümunəsi verilən, təkamülü qəti olaraq çürüdən ümumi 2300 səhifəlik 3 cildlik nəhəng Yaradılış Atlasında, Davkins, tapa-tapa bir maketin şəkilini tapmış və bunu da bir səhv kimi göstərməyə çalışmışdır. Təkamülçülər kitabda heç bir səhv olmamasını, milyon il əvvəlki canlıların indiki vaxtda hələ də yaşadığının sübutu olmasını özlərinə sığışdırmamışdır. Məhz Davkinsin göstərdiyi bu bihudə səy, Yaradılış Atlasının nə qədər doğru və təsirli olduğunu göstərir. Bu vəziyyət, eyni zamanda Yaradılış Atlası vəsiləsi ilə təkamülün dünya səviyyəsində necə güclü çöküşə getdiyini göstərir.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313