“New Scientist” jurnalı 27 avqust 2008-ci il tarixində, Qeri Hamilton tərəfindən hazırlanan və virusların xəyali təkamüldəki rolu ilə əlaqədar fərziyyələrə yol verən bir yazı yayımladı. “Viruses: unsung heroes of evolution-Viruslar: Təkamülün adsız qəhrəmanları” başlıqlı yazıda, təkamül nəzəriyyəsinin önündəki ən böyük çıxılmaz vəziyyət olan komplekslik faktına diqqət çəkilirdi. Yazının əvvəlində soruşulan suallar bunu göstərir:
“İlk hüceyrə ibtidai şorbadan necə çıxdı?”
“Təbii seleksiya, insan beyni kimi möcüzə orqanı necə ortaya çıxardı?”
Kompleksliyin təkamül nəzəriyyəsi üçün meydana gətirdiyi çıxılmaz vəziyyət
Canlılardakı komplekslik təkamül nəzəriyyəsi üçün böyük çıxılmaz vəziyyətdir. Bilindiyi kimi bu nəzəriyyə, bir zaman sadə bir hüceyrə ilə məhdud olan həyatın zamanla kompleks strukturlar qazanaraq dövrümüzdə növlərə çevrildiyini deyir. Halbuki indiyə qədər heç bir orqanizm, əvvəldən sahib olmadığı yeni genetik məlumatlar qazanmamış və hər hansı bir şəkildə komplekslikdə artım görülməmişdir. Bu istiqamətdə BİR TƏK NÜMUNƏ DƏ YOXDUR.
Darvinizmin 20-ci əsrdəki ən tanınmış müdafiəçilərindən biri və Harvard Universiteti zooloqu Ernst Mayr bu həqiqəti belə etiraf edir:
“Mərhələlər nəticəsində təkamül yeniliyin ortaya çıxdığına aid dəlil yoxdur.” 1
Viruslarla əlaqədar təkamül yanılması
Hamiltonun yazısında, canlıların xəyali təkamülü tarix boyu virusların nəbzindəki genetik materiallar sayəsində kompleks canlılara çevrildikləri qarşıya qoyulur. Bu iddialardan biri də həyatın təsadüflərlə təkamül keçirməsi yanılmasının təməlində iştirak edən ilk hüceyrənin kökü ilə əlaqədardır.
Elm yazarı Frank Ryan, yazıda bu iddianı ortaya qoyur:
“Çox virus alimi, virusların bakteriyalardan əvvəl müstəqil həyat formaları kimi ortaya çıxacağına inanırlar.”
Halbuki bu tamamilə əsassız iddiadır. Səbəbi də, bakteriyalardan əvvəl təkamül keçirdikləri iddia edilən virusların, canlı hüceyrə olmadan çoxalmadığı həqiqətidir.
Viruslar, bir zülal örtüklə örtülmüş nuklein turşusu (DNT və ya RNT) vahidləridir. Bir hüceyrədən kiçik olan virusların çoxu xəstəliyə səbəb olur. Viruslar yalnız canlı orqanizmlərin hüceyrələri içində törəyə bilər. Bir hüceyrədən çox sadə quruluşda olan viruslar öz enerjilərini inkişaf etdirə bilməz, öz-özünə çoxalmazlar. Qonaq olduqları orqanizmin mexanizmlərini ələ keçirərək və hüceyrənin imkanlarını istifadə edərək özlərini çoxaldırlar.
Göründüyü kimi virusların çoxalması üçün əksiksiz mexanizmlərə sahib canlı hüceyrələrin varlığı şərtdir. Bu səbəbdən viruslar, bəzi təkamülçülərin iddia etdiyinin əksinə, həyat formaları üçün xəyali ara mərhələ kimi qəbul edilə bilməz. Həyat, viruslardan hüceyrəyə getdiyi iddia edilən təkamül yolla başlaya bilməz. Çünki canlı hüceyrə olmayan dünyada virusların törəməsi də mümkün olmayacaq. Bu təkamül elm adamlarının da qəbul etmək məcburiyyətində qaldığı açıq həqiqətdir.
Məsələn Türkiyənin təkamül müdafiəçisi elm adamlarından prof. Əli Dəmirsoy virusların mənşəyi ilə əlaqədar qarşıya qoyulan iddiaları “elmdən daha çox fantastika” kimi xarakterizə edir və bunların əsassızlığından belə deyir:
Əldə yığılmış məlumatlar virusların mənşəyi və bu günə qədər inkişafı mövzusunda məlumat verməkdən çox uzaqdır. Eyni zamanda bir-birindən olduqca fərqli üç fiziki kainatda tapılması və heç bir kainatın bir virusun hamısı haqqında qane edici tərif verməməsi izahı daha da çətinləşdirir, … rəylər, elmi təməllərdən çox fantastikaya əsaslanır. (Prof. Əli Dəmirsoy, Varislik və təkamül, meteksan yayımları, Ankara, 1995, səh. 73)
Yuxarıdakı şərhdən də aydın olduğu kimi, viruslar canlılığın başlanğıcı və ya cansız maddədən canlı orqanizmə getdiyi iddia edilən xəyali təkamül yolda bir ara mərhələ deyil.
Retro virusların funksional olduğu etirafı
Yazıda diqqət çəkən bir məlumat da, retro virusların funksiyonallığıyla əlaqədar etirafdır. Retro viruslar, insanları da içinə alan eukaryotların DNT-lərində, hüceyrəyə təsir edən virusların qalıqları olaraq tapılan, bir başqa sözlə DNT-yə sonradan əlavə olunduğu düşünülən parçalardır.
İnsanlar uzun illər DNT üzərində olan və hər hansı bir zülalın kodlaşdırılmasında bilinən bir rolu olmayan parçaların xəyali təkamül prosesinin tullantıları olduğunu önə sürmüş və onları “xarab DNT” adlandırmışlar. Həqiqətdə təkamülçülərin yalnız bilgisizliyinin bir ifadəsi olan bu “funksiyasızlıq” təyin etməsinin sonrakı illərdə böyük yanılma olduğu ortaya çıxmışdır. Bu DNT parçalarının, zülal kodlamasa da mobil fəaliyyətlər üçün çox əhəmiyyətli vəzifələr boynuna götürdüyü kəşf edilmişdir.
“New Scientist” yazısında, virusların tullantıları kimi təyin olunan retro virusların çoxunun funksional olduğu ifadə edilərək “xarab DNT” anlayışının həqiqətləri əks etdirmədiyi bir daha təsdiq edilir.
Nəticə: Viruslar yaradılış möcüzəsidir
“New Scientist” jurnalında yer alan iddialar fərziyyədən ibarətdir və onları əhatə edən açmazlar, yuxarıda da göstərdiyimiz kimi, şəxsən təkamülçülərin etirafları ilə sabitdir. Təkamülçülərin viruslarla əlaqədar ssenarilərində görməzlikdən gəldikləri çox əhəmiyyətli xüsusiyyət, heç bir şüuru olmayan və yalnız molekullardan meydana gələn bu vahidlərin olduqca ağıllı strategiyaları izləmələri və sanki “ağıllı” davranışlar göstərmələridir. Bir virusun olduqca ağıllı hərəkət etməsi, əlbəttə təsadüfən qazanılmış qabiliyyət ola bilməz. Şübhəsiz ki, virusları müəyyən hikmətlə yaradan aləmlərin Rəbbi olan Allahdır.
[1] Ernst Mayr, Toward a New Philosophy of Biology: Observations of an evolutionist, Harvard University Press: Cambridge MA, 1988, səh.529-530