“Scientific American” jurnalında zehin və beyin hissəsində Ursula Dik və Jerard Rot tərəfindən hazırlanılan avqust, 2008-ci il tarixli “Animal intelligence and the evolution of the human mind” (Heyvan zəkası və insan zehninin təkamülü) başlıqlı yazı nəşr olundu. Yazıda “insan zəkasının, təkamülün nəticəsi olaraq insan olmayan primatlar anlayışa (idrak) tutumlarının bir az inkişaf etmiş halı olduğu” və “zəkanın beyin kəlləmizin içinə yerləşdirilmiş 1.5 kilo sinir dövrəsindən çıxmaq məcburiyyətində olduğu” iddiaları yazının elmi dəlili olmayan darvinist və materialist ön mühakimələrlə hazırlandığını ortaya qoyur.

Təkamül nəzəriyyəsinin ən böyük dilemmalarından biri şüurdur. Bu mövzuya hər hansı izah vermək üçün təkamülçülər maddədən tamamilə müstəqil olan şüur və ruh həqiqətini maddəyə azaltmağa çalışırlar. Mədəniyyətlər quran, araşdırmalar aparan, ixtiralar edən insan zəkasını maddəni azaltmaq istəmək maddəni meydana gətirən kvarklarların, elektronların ağıllı olduqlarını, düşünə bildiklərini, qərar verdiklərini, mühakimə etdiklərini, xoşbəxt olub kədərləndiklərini iddia etmək qədər məntiqsiz və cəfəngiyatdır. Bütün elmi həqiqətlərə baxmayaraq qəti olaraq çürüdülmüş içi boş fəlsəfə olan darvinizmi ayaqda tuta bilmək adına təkamülçülər nəticəsiz israrla bu mövzunu gündəmə gətirirlər. “Scientific Amerikan” jurnalı da bunu etmişdir.

 

İnsan zəkasının təkamüllə meydana gəldiyi yanılması

Bəhsi keçən yazıda insan beyni müxtəlif heyvanların beyni ilə müqayisə edilərək insan zəkasının sözdə təkamülünə xəyali ssenari uydurulmaya çalışılmışdır. Ancaq maraqlı şəkildə darvinistlər öz iddialarını çürüdən bəzi elmi dəlilləri yazıda öz əlləri ilə təslim etməkdən geri qalmayıb.

Necə ki, yazıda keçən insan beyni ilə digər bəzi heyvan növləri arasında edilən müqayisə, əslində beynin təkamülünə və insan zəkasının mənşəyinə gətirilməyə çalışılan təkamülçü ssenariləri təkzib edir.

 

İnsan zəkasının səbəbi insanın ən böyük beyinə sahib olması deyil

Təkamülçülərə görə beynin sözdə təkamülü sadə sinir hüceyrələrindən mürəkkəbə doğru bir yol izləməlidir. Bu xəyali ssenariyə görə beyin böyüklüyü kiçikdən böyüyə doğru inkişaf göstərəcək. Təkamülə görə ən ağıllı varlıqlar ən böyük beyinə sahib olmalıdır. Ancaq müşahidələr bu fərziyyəni çürüdür.

İnsan təbiətdə tək şüurlu və ən ağıllı varlıq olmasına baxmayaraq ən böyük beyinə sahib varlıq deyil. Bunu anlamaq üçün ətraflı araşdırmalar aparmağa ehtiyac yoxdur. Zəkanın beynin böyüklüyü ilə əlaqəsi olmadığını təbiətdəki müşahidələr sübut edir. Necə ki, bəzi balina növləri 8-9 kq. və fillər təxminən 5 kq.-lıq beyinləri ilə 1.5 kq.-lıq insan beynindən qat-qat böyük beyinə sahibdir. Bu ziddiyyət yazıda da ifadə edilmişdir.

Əlbəttə bəhsi keçən yazıda da diqqət çəkilən bu doğru təsbit zəkanı sözdə beynin ibtidaidən aliyə təkamülü ilə şərhə çalışan təkamül nəzəriyyəsini təkzib edir. Çünki əgər təkamülçülərin bu uzaqgörənliyi doğru olsaydı balinanın ya da filin, insanın ən az bir neçə qatı daha ağıllı olması lazım idi. İnsandan daha çox inkişaf etmiş mədəniyyətlər qurmaları, texnologiyalara sahib olmaları, elmdə, sənətdə daha çox qabaqda olmaları lazım idi. Ancaq əlbəttə milyon illərdir balinalar balina, fillər fil olaraq qalıb. Mədəniyyət, texnologiya, elm və sənət mənasında heç bir zaman insan kimi inkişaf göstərməyib. Darvinizm yalanının izahsız qaldığı ən əsas mövzulardan biri bax budur.

Qısa olaraq; zəkanın beyin böyüklüyü ilə uzaqdan yaxından əlaqəsi yoxdur.

 

İnsan zəkasının səbəbi sinir hüceyrələrinin sayı deyil

Yazıda zəkanın beyində olan nə xüsusi bölgələrlə nə də beyin xarici təbəqəsində (kortes) olan sinir hüceyrələrinin sayıyla əlaqəsinin olmadığı ifadə edilmişdir. Bu da doğru hesabatdır və təkamül nəzəriyyəsinə tərsdir. Çünki təkamülçülərin gözləmələrinə görə beynin sözdə təkamülü az sayda sinir hüceyrələrindən ən mürəkkəbə doğru inkişaf göstərməli və buna görə insan şüurlu, ağıllı, danışa bilən tək varlıq olduğu üçün sinir hüceyrəsi ən çox sayda olan ən böyük və ən kompleks beyinə sahib olmalıdır. Halbuki balina və fil beyinləri daha çox sinir hüceyrələrinə (neyron) sahib olmaları ilə bu iddianı da təkzib edir.

 

İnsan beynindəki danışma mərkəzi (broca) insana xas deyil

Canlılar içində tək danışa bilən varlıq insandır. İnsan dili təkamül prosesinin xəyali həqiqətləriylə və ya xəyali mexanizmləri açıqlanmayan fövqəladə qabiliyyətdir. Tutuquşu kimi bəzi canlıların az sayda söz təkrarları səs təqlidindən kənara çıxmır.

Təbii olaraq darvinistlərin dilin sözdə təkamülünü sübut etmək üçün xüsusilə meymunlarla etdikləri illər davam edən işlərin hamısı uğursuzluqla bitmişdir. Yaşayan ən qabaqda gələn dilçi olaraq qəbul edilən Noam Çomski bu işləri belə tənqid etmişdir:

 

“Heyvanlara danışma bacarığını öyrədilməsi ağılsızlıqdır. İnsanlara qollarını açıb-yumaraq uçmağı öyrətməyə oxşayır.” 1

 

İnsanda isə vəziyyət çox fərqlidir. 2-3 yaşında bir uşaq heç bir təhsil müddətini keçmədən danışmağa başlayır üstəlik bunu dilçilərin belə həll edə bilmədiyi olduqca mürəkkəb qrammatika qaydalarına uyğun olaraq edir. Bu vəziyyətin təkamüllə, təsadüflərlə olmadığı çox açıqdır.

Necə ki Pensilvaniya universitetindən Devid Premakin, “İnsan dili, təkamül nəzəriyyəsi üçün bir utancdır,” 2 şəklindəki sözləri mövzunu yaxşı vurğulayır.

Yazıdakı bir digər yanılma insanın danışmaqla zəkasının artdığı və yalnız insana xas bu bacarığının broca mərkəzi deyilən danışma mərkəzindən qaynaqlandığı iddiasıdır. Danışmağı beyindəki xüsusi bir bölüm ya da sinir hüceyrələrinin xüsusi birləşməni azaltmağa çalışan yanaşma materialist yanaşmadır və “Amerikan Scientist” jurnalı yanılır. Belə ki:

 

İnsan beynində olan broca adlı danışma mərkəzi yalnız insanda yoxdur. Eyni şəkildə bu danışma bölgəsinin məsələn meymunlarda da olduğunu elmi işlər ortaya qoyur. Ancaq meymunlar insanların əksinə heç bir şəkildə danışmır.

Meymunlarda insandakı broca sahəsinin bir bənzəri olduğunu ortaya qoyan işlərdən bəziləri belədir:

 

“İnsan beynində Brodmann 44-cü bölgəsinin qismən təsvir etdiyi və danışma üçün xüsusi bölgə olan broca sahəsi, frontal (beynin ön hissəsi) girusun (beyin qıvrımı) içində, sol beyin yarısında sağ beyin yarısından daha böyük olur və dil dominant (basqın) uyğun olan asimmetrikdir. Burada biz 3 böyük meymun növündə (Pan trogloytes, Pan Paniscus və Gorilla gorilla) bu bölgədə sol beyin yarısı dominant bənzər asimmetriya olduğunu göstəririk”, (Asymmetric broca`s area in great apes, Brief Communications Nature 414, 505 (29 noyabr 2001) | doi: 10.1038 / 35107134)

 

 “Ünsiyyət siqnalları şimpanzelərin broca sahəsinin bənzəri quruluşu (homologunu) xəbərdar edir.”

http://www.current-biology.com/content/article/abstract?uid=PIIS0960982208000961

 

“Böyük meymunlarda simmetrik broca bölgəsi… Meymun beynində bir bölgə fövqəladə şəkildə insanda danışma ilə əlaqəli bölgənin bənzəridir.” http://www.pubmedcentral.nih.gov/articlerender.fcgi?artid=2043144

 

Elmi araşdırmalar meymunlarda da insandakı danışma mərkəzi broca sahəsinin olduğunu hətta ünsiyyət siqnalları nəticəsində bu bölgənin xəbərdar edildiyini sübut edib. Ancaq meymunlarda danışma bacarığı yoxdur. Heç bir heyvanda insanda olduğu kimi danışma bacarığı yoxdur.

Bu möcüzəvi qabiliyyət ilə heyvanların ünsiyyət qabiliyyətləri arasındakı fərqliliklər çox böyükdür. Vəziyyət belə ikən heyvanların ünsiyyət qabiliyyətlərinə baxılaraq təkamül nağılları izah edilməsi heç bir elmi dayağı olmayan, xəyali tutumdur.

Çıxışın beynin hər hansı bir hissəsinin funksiyası olmadığı açıqdır. Əgər elə olsaydı insanda olduğu kimi, broca sahəsinə (danışma mərkəzi) sahib olan meymunlar da eynilə insanlarda olduğu kimi danışa bilməsi lazım idi. Halbuki bu mümkün deyil. Bu vəziyyət “Scientific American” jurnalında əslində bu şəkildə etiraf edilir:

 

“İllərlə davam edən təhsildən sonra da bu canlıların heç birisi 3 yaşında bir uşaqdan daha çox verbal (şifahi) bacarıq inkişaf etdirə bilməz.”

 

Unutmamaq lazımdır ki, 3 yaşında uşaq özbaşına heç bir təhsil almamış çox kompleks qrammatika qaydalarını istifadə edərək danışmağa başlayır və bunun səbəbinin beyin hüceyrələrini meydana gətirən kvarklar, elektronlar olmadığı çox açıqdır. Çünki bütün canlıların beyinləri və beyin hüceyrələri eyni kvarklardan eyni elektronlardan meydana gəlmişdir, aralarında bu baxımdan heç bir fərq yoxdur. Ancaq Allah yaratdığı canlılar içində sadəcə insanı şüurlu, danışa bilən, düşünən, mühakimə edən varlıq kimi yaradıb.

Roger Penros şüur araşdırmaları mövzusunda tanınmış riyaziyyatçı və fizikdir. Penros maddənin şüurlu ola bilməyəcəyini və düşünə bilməyəcəyini bir məsəllə “The Emperor`s New Mind” adlı əsərində belə açıqlayır:

 

“Müəyyən bir kimsəyə onun insan şəxsiyyətini verən nədir? Bir dərəcəyə qədər bədənini meydana gətirən atomlar vardırmı? İnsan şəxsiyyəti atomları meydana gətirən elektron, proton və digər partiküllerin xüsusi seçkisindən asılıdır? Bunun belə olmadığını göstərən ən azından iki səbəb vardır: Birincisi, yaşayan hər kəsin bədənini meydana gətirən materialda fasiləsiz dəyişmə vardır. Bu, hər nə qədər doğumdan sonra yeni beyin hüceyrələri meydana gəlməsə də, bir kimsənin xüsusilə beyin hüceyrələri üçün də etibarlıdır. Doğumdan bəri hər bir hüceyrənin və bədənimizi meydana gətirən maddələrin dərhal hamısı dəfələrlə dəyişdirilib.

İkinci səbəb, kvant fizikasından gəlir… Əgər bir kimsənin beynindəki bir elektron, bir kərpicdəki digər elektronla dəyişdirilsəydi, sistemin vəziyyəti əvvəlki ilə tamamilə eyni olardı, sanki ayırd edilə bilməzdi. Eyni şey protonlar və digər bütün hissəciklər üçün də etibarlıdır. Əgər bir kimsənin bədənindəki bütün maddə bu evin kərpiclərindəki uyğun parçalar ilə dəyişdirilsəydi, tam mənası ilə heç bir fərqi olmazdı.” 3

 

Penros bir insanın bütün atomlarını kərpicin atomları ilə dəyişdirsəz də insanı şüurlu edən xüsusiyyətlərin tamamilə eyni qalacağını açıq şəkildə ifadə edir. Və əgər beynin atomlarının parçalarını kərpiclərlə dəyişdirsək bu da əlbəttə kərpici şüurlu etməyəcək. Kərpic yenə kərpic olaraq qalar. İnsanı insan edən xüsusiyyətlərin maddənin bir xüsusiyyəti olmadığı, onun xaricində bir varlıq olduğu çox açıqdır.

Şübhəsiz danışma da, maddədən müstəqil, Allahın yaratmasını göstərən böyük möcüzədir. İnsanı Allah şüur, ağıl və danışma kimi qabiliyyətlərlə birlikdə yaradıb. İnsanın danışması, Allahın xüsusi elmi ilə mümkün olur. Rəbbimiz bu həqiqəti bir ayəsində belə bildirir:

 

Allah Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: “Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!” (Bəqərə surəsi, 31)

 

Danışdıran Allah olduğu, bir başqa Quran ayəsində bu şəkildə ifadə edilər:

 

 Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?” deyəcəklər. Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaradıb və siz axırda Ona qaytarılacaqsınız”. “(Fussilət surəsi, 21)

 

Dəyişik heyvanların fərqli qabiliyyət və xüsusiyyətləri təkamül nəzəriyyəsini kökündən yıxır

Müxtəlif canlıların göstərdikləri fərqli qabiliyyət və xüsusiyyətlər var. Ancaq təkamüllə izah oluna bilməyən bu bacarıqlar təkamül nəzəriyyəsini də kökündən süquta uğradır. Məsələn, darvinistlərin iddiasına görə insandan sonra ən ağıllı canlı olan meymunlardan daha ağıllı canlılar vardır.

Necə ki, 9 avqust 2002-ci il tarixli “Science” jurnalında nəşr edilən bir çalışmada Oksford zooloqları qarğaların meymundan daha ağıllı olduğunu sübut edib. Oksford universiteti zooloqları tərəfindən aparılan təcrübə əsnasında, adi və öyrədilməmiş bir qarğa, özbaşına bir məftili bükərək qarmaqlar şəklinə gətirib və çox müvəffəqiyyətli şəkildə bu qarmağı istifadə edərək şaquli borunun içinə yerləşdirilən yemək dolu vedrəni götürüb. “Science” jurnalında bu sözlərlə nəşr olunub:

 

“Primatlar çox şaxəli və kompleks alət istifadəçiləri olaraq qəbul edilir, ancaq “New Caledonian” qarğaları (Corvus moneduloides) üzərində aparılan müşahidələr bu quşların alətlərlə əlaqədar kognitif (idrak) qabiliyyətlərdə primatlara rəqib ola biləcəklərini göstərdi …” 4

Daha da təəccüblü nümunə arılardır. Arılar bu baxımdan baxıldığında insanın belə çox üstün texnologiyalar istifadə edə bilməyəcəyi hesabları rahatlıqla edir. Məsələn arıların uçuş mexanizmlərinin, riyazi hesablamalara əsaslanan və iqtisadi baxımdan ən məhsuldar olan pətək istehsal planlarının; bu planların minlərlə arının qüsursuz əməkdaşlıq və uyğunlaşması içində heç bir qarışıqlıq və səhv istehsal olmadan həyata keçirən arıların qida qaynağının yerini izah etmək üçün müraciət etdikləri ünsiyyət sistemlərinin hansı mexanizm və mərhələlərlə təsadüfən inkişaf edə biləcəyi sualları darvinistlər üçün cavabsızdır.

Arıların ağlasığmaz hesablamalarında biri bal yığmaq üçün pətəyin istehsalıdır. Pətəyin istehsal edilməsinə ən üstdən başlanır və pətək, eyni anda 2-3 yerdən fərqli arılar tərəfindən aşağıya doğru hörülür. Bu iş çox uyğun və nizamlı bir şəkildə reallaşır. Necə ki, pətəyin, fərqli iki üç parçanın birləşməsi sayəsində bir bütün halına gəldiyini fərq etmək mümkün də deyil. Dəyişik uclardan başlanaraq inşa edilən pətək dilimləri o qədər düzgündür ki, yüzlərlə hüceyrə və bucaq sığınmasına baxmayaraq ortaya tək parça quruluş çıxır.

Bu da arıların işə təsadüfi başlamadıqlarını, başlanğıc və birləşmə nöqtələri arasındakı məsafə əvvəldən hesabladıqlarını ortaya qoyur.

Bundan əlavə, bal arıları rəqs edərək bal hazırlamaq üçün çiçəklərin yerini bir-birlərinə məlumat verir. Məsələn qida qaynağını yalnız günəşə görə təsvir etmə qabiliyyətinə sahib olan arı, şana dönənə qədər, günəş hər 4 dəqiqədə bir 1 dərəcə yer dəyişdirir. Buna görə arı, yolda keçirdiyi hər 4 dəqiqə üçün yoldaşlarına çatdırdığı istiqamətdə dəyişir. Buna görə arı, yolda keçirdiyi hər 4 dəqiqə üçün yoldaşlarına çatdırdığı istiqamətdə bir dərəcə səhv edəcək. Nəticədə arı, günəş irəlilədikcə şanda verəcəyi istiqaməti düzəldərək hədəfin istiqamətini səhvsiz olaraq təyin edir.

Bu, ağıl almaz hesablama tələb edir. Heç bir insan bu hesablamaları müasir texnoloji avadanlıqlar olmasa hesablaya bilməz. Halbuki milyon illərdir, bal arıları bu hesabları ən həssas şəkildə reallaşdırır.

Arıların bu bacarıqları göz önünə alındığında arıların ən ağıllı heyvanlar olduğu nəticəsi ortaya çıxır. Bu vəziyyət əlbəttə təkamül nəzəriyyəsinin bütün iddialarını ortadan qaldıran və qüsursuz yaradılışı sübut edən dəlildir. Ancaq 1 milliqramdan ibarət olan 1 mm3-lik bir arı beyni 9 kq.-lıq balina beyni ilə müqayisədə ortaya çıxan mənzərə arıların bacarıqlarının kiçik beyinlərindən qaynaqlanmadığını, Allahın ilhamı ilə meydana gəldiyini açıq-aşkar göstərir.

Arıların Allahın əmri ilə hərəkət etdikləri və Onun diləməsi ilə bal çıxardıqları bizə Quranda bu şəkildə bildirilir:

 

“Rəbbin bal arısına belə vəhy etdi: Dağlarda, ağaclarda və onların qurduğu çardaqlarda özünə pətəklər hör.. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə asanlaşdırdığı yollarla get. Onların qarınlarından müxtəlif rəngli bal çıxar, onda insanlar üçün bir şəfa vardır. Həqiqətən düşünən insanlar üçün dəlilər vardır. “(Nəhl Surəsi, 68-69)

 

Əlbəttə arını da, bütün digər canlıları da yaradan və onlarda qabiliyyət və xüsusiyyətlər mövcud edən Uca Rəbbimiz Allahdır. Bütün canlılar Allahın əmri ilə hərəkət edir. Göstərdikləri bacarıqların hamısı Allahın ilhamı ilə reallaşır.

 

İnsandakı şüurun və zəkanın qaynağı Allahın öz ruhundan üfürdüyü ruhdur

İnsanı digər bütün canlı və cansız varlıqlardan fərqləndirən şüur və zəka sahibi olmasıdır. Yaxşı şüurumuzun və zəkamızın qaynağı nədir? Beynimiz də eyni bir kürsü və ya stəkan kimi atomların yan-yana gəlməsiylə meydana gəlmiş maddə yığınıdır. Kürsünün atomları düşünmədiyinə görə, beynimizdəki atomlar da düşünə bilməz. Bu da göstərir ki, şüurumuz fərqli qaynaqdan gəlir. Bu qaynaq, ruhdur.

Necə ki, Allah insana ruh verdiyini Quranda bildirir:

 

Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam! (Hicr surəsi, 28)

 

Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 29)

 

İnsanın şüurunun və zəkasının qaynağı Allahın insanlara bəxş etdiyi ruhdur. “Scientific American” jurnalına də artıq özünü köhnə darvinist yanaşmalardan qurtarıb bu açıq-aşkar həqiqətə görə hərəkət etməsini tövsiyə edirik.

 

 

1) N. Chomsky, Language and Linguistics səh. 65

2) Swisher III, Roger Levin, “Java Man”, Abacus, London, 2002, səh. 205

3) Roger Penrose, The Emperor “s New Mind, Penguin Books, 1989, səh. 24-2)

4) Shaping of Hooks in New Caledonian Crows-

http://www.sciencemag.org/cgi/content/full/sci;297/5583/981?maxtoshow=&HITS=10&hits=10&RESULTFORMAT=&fulltext=primates+Corvus+moneduloides&searchid=1&FIRSTINDEX=