Əsrlər boyu biologiya, fizika, kimya, biokimya və bunlar kimi hər elm sahəsində müxtəlif nəzəriyyələr ortaya atılıb. Bunlar zaman keçdikcə elmi məlumatlarla təsdiqlənər və ya təkzib edilər. Elmi nəzəriyyələr bu şəkildə elmi inkişaflara istiqamət verir.
Lakin mövzu təkamül nəzəriyyəsi olduğunda, bu nəzəriyyə ilə əlaqədar olaraq bütün qaydalar fərqlidir. Nəzəriyyə, elmi məlumatlar üzərinə bina edilməmişdir. Əyri bir ideologiya üstünə qurulmuşdur. Canlıları Allahın yaratdığını qəbul etmək istəməyənlər yaradılış həqiqətinə öz istəkləri istiqamətində bir alternativ gətirməyə çalışmışdır. Bir başqa sözlə darvinizm, təkamülçülərin, Allahı inkar etmək üçün seçdikləri saxta dindir.
Məhz bu səbəblə darvinizmin qəbulu və yayılmasındakı üsullar hər zaman həqiqi elmi nəzəriyyələrdən və elmi inkişaflardan fərqli olmuşdur. Təkamül nəzəriyyəsini indiyə qədər tək bir elmi tapıntı dəstəkləməmişdir. Nəzəriyyə, tam mənasıyla sübutsuzdur. Darvinizmin saxta mexanizmlərinin təkamülləşdirdiyinə aid tək bir təcrübə tapıntı əldə edilməmişdir. Tam tərsinə əldə edilən bütün elmi tapıntılar nəticəsində darvinizm təkrar təkzib olunmuşdur. İnkişaf edən elm və əlavə olunan fosil qeydləri hələ də bu nəzəriyyəni çürütməyə davam edir.
Buna baxmayaraq təkamül nəzəriyyəsi, bütün dünyanın himayəsində həyata keçirilir. Başqa heç bir elmi nəzəriyyə, heç bir ideoloji cərəyan bu şəkildə deyil. Heç biri dünyanın himayəsində qoruma altına alınmamışdır, qanunlarla rəsmi olaraq mühafizə edilmir. Diləyən faşizmi, kapitalizmi tənqid edə, bütün ideologiyalar haqqında fikrini söyləyə bilər, əleyhinə görüş bildirə bilər. Lakin darvinizm üçün belə bir şey edə bilmək mümkün deyil. Darvinizmi hər hansı bir şəkildə tənqid edənlər dərhal vəzifələrindən alınır, fikirlərini bildirmələrinə təcili olaraq maneə törədilir.
Öz universitetində 20-30 il əmək verən professorlar, darvinizmi tənqid etdiyi an birdən-birə işlərindən çıxarılır. Bir dövlət xadimi, anti darvinist olduğu aydın olduğu anda səbəb olaraq işindən çıxarılır. Dərs verən bir biologiya müəllimi təkamül nəzəriyyəsinə qarşı olduğunu nə yaxın ətrafına nə də şagirdlərinə söyləyə bilməz. Çünki söylədiyi təqdirdə bütün karyerasının sona çatacağını bilir. Bu möhkəm rəhbərlik o qədər sabitliklə tətbiq olunur və o qədər yaxşı məlumdur ki, darvinizm əleyhinə söz söyləmək sanki cinayətdir. Kimsə buna cəsarət edə bilməz.
Məhz bu nəhəng hegemoniya səbəbiylə indi bütün dünyada, açıq şəkildə ortada olan təkamül açmazlar və darvinist saxtakarlıqlar heç bir şəkildə yüksək səslə deyilmir. Bunlar, universitetlərdə deyilməyən qadağalardır! Tək bir ara fosil də olmadığı deyilmir. Tək bir zülalın təsadüfən meydana gəlməsinin riyazi olaraq qeyri-mümkün olduğu və bunun elmi həqiqət olduğu deyilmir. Yaşayan fosillər tapıldıqları an gizlədilir, yox sayılır. Darvinizm adına saysız saxtakarlıq edildiyi və saxtakarlıq aydın olunduqda fosillərin tələm-tələsik muzeylərdən çıxarıldığı söylənilir. Darvinizmin son 150 ildir bütün dünyanı aldadan yalan olduğu söylənilir.
Çünki darvinizm saxta dindir və bu saxta din, dövlətlərin himayəsində qoruma altına alınmışdır.
Bu qaranlıq dinin tilsimini isə ilk dəfə olaraq Harun Yəhyanın möhtəşəm əsəri Yaradılış Atlası pozmuşdur. Bu əsər, indiyə qədər kimsənin dilə gətirib söyləməyə cəsarət edə bilmədiklərini ortaya qoymuş, darvinizmin necə böyük yalan olduğunu bütün dəlilləriylə bütün dünyaya izah etmişdir. Dünyada internet vasitəsilə hər kəsə çatmış və təkamül nəzəriyyəsini dəstəkləyən tək bir ara fosil də yox ikən, təkamül nəzəriyyəsini təkzib edən 100 milyondan çox fosil olduğunu hər kəsə xəbər vermişdir. Bu fosillərin hamısını bütün detallarıyla sərgiləmiş, demaqoqluqdan uzaq qəti dəlillərlə insanlara təkamül nəzəriyyəsinin böyük yalan olduğunu sübut etmişdir. Bir əsr yarımdır heç deyilməyənlər deyilmiş, dünyanın himayəsindəki bu qaranlıq dinin insanları həzm etmə üsulları bir anda etibarsız edilmiş, bütün yalanlar bir-bir ortaya tökülmüşdür. Hal-hazırda dünyada yaşanan darvinist narahatlığın səbəbi budur.
Təkamülçülər, bütün dünyaya hökm edən, gələcəyə istiqamətli aldatma planı qurmuşdur. Bütün dünyanı hakimiyyəti altına aldıqlarından bu planın mütləq ən qüsursuz şəkildə işləyəcəyini zənn ediblər. Halbuki onlar, hiylə quranların ən xeyirlisi olan Allahın, bütün şeytani tələləri məhvə uğradıb yox edəcəyini bilmir. Allah, batil olan bu dini yerlə bir etmişdir. İndi artıq istədikləri yalanı uydursunlar, Allahın izni ilə darvinizmin yenidən insanları aldatmağı mümkün deyil.
Uca Rəbbimiz bir ayəsində belə buyurur:
Onlar hiylə qurdular. Allah da hiylə qurdu. Allah, hiylə quranların ən yaxşısıdır. (Al-i İmran Surəsi, 54)