19 oktyabr 2008-ci il tarixində “Nature” jurnalında nəşr edilən bir məqalədə, elm dünyasına yeni “dino-quş” olduğu elanı verildi. “A bizarre jurassic maniraptoran from China with elongate ribbon-like feathers” (Çində olan və uzun lentə oxşar tüklərə sahib qəribə jurasik maniraptor) başlığı altında tanıdılan canlının “ibtidai tüklər” saxladığı və dinozavrlardan quşlara xəyali keçidin bir nümunəsini təşkil etdiyi iddia edildi. Halbuki, türk və xarici mətbuatda geniş yer alan və ara fosil kimi təqdim edilməyə çalışılan bəhsi keçən canlı, təkamül nəzəriyyəsi adına böyük dilemma təşkil edirdi.
Epidexipteryx kimi adlandırılan, orta və gec yura (168-152 milyon il arası) dövrünə aid olduğu aydın olan canlı fosili, 164 qram ağırlığında və bir göyərçin böyüklüyündədir. Darvinistlər, canlının gövdəsinin arxasındakı iki cütdən ibarət uzun quruluşu təkamül keçirən tük dəstələri olaraq izah etdi. Və bu səbəbdən canlı, darvinist mediada “tüklü dinozavr” adı ilə gündəmə gəlib. Halbuki bu iddiaların heç bir əsli yoxdur. Darvinist medianın bir ara forma imiş kimi gündəmə gətirməyə çalışdığı bu canlı, təkamülçü fərziyyələrlə ziddiyyət təşkil edən əhəmiyyətli xüsusiyyətlər təşkil edir:
1) Göyərçin ölçüsündəki bu maraqlı canlının gövdəsinin arxa qismində olan quruluş quş tükləriylə heç bir əlaqəsi yoxdur. Bu bölgələr zər kimi quruluş göstərir və mövzuyla əlaqədar BBC xəbərində də ifadə edildiyi kimi yumşaq örtük kimi xarakterizə edilir. Canlının bəhsi keçən strukturlarının inkişaf edən tük kimi ifadə edilməsi yalan izahdır, elmi həqiqətlərlə üst-üstə düşmür.
2) Dinozavrlardan quşlara xəyali keçidə əhəmiyyətli dəlil kimi göstərilməyə çalışılan bu canlı, təkamülçü iddialarla əlaqədar əhəmiyyətli ziddiyyəti də ortaya qoyur. Bəhsi keçən canlının gec Yura dövrünə aid olduğunu bildirən paleontoloqlar, canlı üzərində, “inkişaf edən ibtidai tük” fərziyyələri edərkən, archaeopteryxi tamamilə unutmurlar. Bilindiyi kimi archaeopteryx, mükəmməl şəkildə uçucu xüsusiyyətlər göstərən qüsursuz quruluşa sahib quşdur və dövrümüzdən 150 milyon il əvvəl yaşamışdır. Darvinistlər, archaeopteryx üzərində heç bir dəlilə söykənməyən təkamülçü fərziyyələr etməyə çalışsalar da, canlının mükəmməl tüklərə sahib olduğunu qəbul edirlər. Bu vəziyyətdə, quş tüklərinin qüsursuzca sərgiləndiyi dövrdən daha sonrakı tarixdə ortaya çıxan canlının, xəyali “ibtidai” tüklər daşıdığını iddia etmək, təkamül nəzəriyyəsinin iddialarını öz içində çökdürür.
3) Epidexipteryxin ümumi quruluşundan, fərqli xüsusiyyətlər göstərən nəsli kəsilmiş mozaika canlı olduğu aydın olur. Canlının, quşlarla hətta dinozavrlarla əlaqələndirilməsi yenə darvinist fərziyyələrə əsaslanır. Epidexipteryx haqqındakı təyin etmə, “National Geographic” jurnalında belədir: “Epidexipteryxin anatomiyası müxtəlif canlılara aid qarışıq xüsusiyyətlər ehtiva edir kimi görünür.”
Bu xüsusiyyətləriylə canlı, yura dövrünün platypusu olaraq da xarakterizə edilə bilər. Darvinistlərin bu canlı üzərində təkamül təbliğatı etməyə çalışması əslində gözlənilən şeydir. Çünki darvinistlərin əllərində həqiqi ara fosillər olmadığı üçün ümumiyyətlə xüsusiyyətlərini nəsli kəsilmiş mozaika canlılar üzərində sıxlaşır. Epidexiptery də, saxta təkamülçü iddialara zəmin hazırlayan fərqli xüsusiyyətlərə sahib olduğu üçün, darvinistlər bəhsi keçən mozaika canlını istifadə edərək insanları bir dəfə də aldatmağı düşünür. Tiktaalik roseaedən sonra bu yalanın son nümunəsi epidexipteryx olmuşdur.
Darvinistlər, epidexipteryx üzərindəki tükə bənzəməyən quruluşları ibtidai tük kimi tanıdaraq illərlə davam edən dino-quş yalanını davam etdirməyi məqsəd bilib. Ancaq bu təşəbbüslərini, canlı qalığının araşdırılması nəticəsində ortaya çıxan anatomik quruluş və təkamülçülərin tüklərin xəyali təkamülü mövzusundakı öz iddialarını etibarsız edib. Əslində epidexipteryx, əllərində tək bir ara fosil də olmayan darvinistlərin son çarəsiz cəhdlərini təmsil edir.
Bilindiyi kimi darvinist saxtakarlıqlar tarixində dinozavr qalıqlarına tük əlavə olunması ilə və ya fərqli fosil parçalarının bir araya gətirilməsi ilə yaradılmış, darvinistlər baxımından utanc verən saxta dino-quş nümunələri mövcuddur. Darvinistlər üçün, nəsli kəsilmiş canlılar üzərində demaqoqluq etmək, hətta lazım olsa öz əlləriylə saxta fosillər çıxarıb muzeylərdə həqiqətmiş kimi sərgiləmək o qədər öyrəşilmişdir ki, ara fosil yoxluğunu bu üsullarla aradan çıxaracaqlarını düşünüblər. Halbuki artıq təkamül nəzəriyyəsinin heç bir dəlillə dəstəklənmədiyini, darvinistlərin illərlə bütün dünyanı saxta ara formlarla aldatdıqlarını və təkamül nəzəriyyəsinin bir yalan olduğunu bütün dünya bilir. Bu səbəbdən, saxta dino-quş xəbərləri, göz oxşayıcı saxtakarlıqlarla bəzənsə də, artıq tamamilə təsirsizdir.
Darvinistlərin epidexipteryxlə əlaqədar saxta dino-quş iddialarının əsassızlığını göstərən dəlillər olduqca açıqdır. Bu dəlillərin yanında, bir dinozavrın qanadlanaraq quş halına gəlib uçmağa başladığı iddiasının məntiqsizliyi də aşkardır. Qurudan havaya belə bir keçidin qeyri-mümkünlüyü bundan əvvəl müxtəlif yazılarımızda dəfələrlə açıqlanmış və sübut olunmuşdur.
“Nature” jurnalına və onu izləyən digər yerli və xarici təkamül tərəfdarı mətbuata, bu kimi xəbərləri təkamül nəzəriyyəsinə uyğunlaşdıraraq yox, elmi həqiqətlər işığında hərəkət edərək oxucularına təqdim etmələrini tövsiyə edirik. Və yenə bəhsi keçən mətbuata, artıq insanların təkamül nəzəriyyəsini bir hiyləgərlik olaraq gördüklərini, yalnız elmi dəlillərə inandıqlarını, bu səbəbdən xəbərləri bu meyara görə oxucularına çatdırmağı təkrar xatırladırıq.