İçeriğe geç

O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar

“Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar.” (Bəqərə surəsi, 117)

 

Bu ayədə Allahın “Bədi” (qüsursuz yaradan) olduğu və Yaratmasının üstünlüyü bildirir. Allah kainatı, içində yaşadığımız dünyanı, göylərdə və yerdə gördüyümüz hər incəliyi qüsursuzca Yaradandır. Allah sonsuz qüvvət və qüdrət sahibidir. Ayədə də bildirildiyi kimi Rəbbimiz bir şeyin ya da bir işin olmasını istədiyi zaman ona yalnız “Ol” deyər, o da dərhal olar. (Bəqərə surəsi, 117) Şübhəsiz bu, Allahın gücünün, kainat üzərindəki hakimiyyətinin açıq-aşkar təcəllisidir.

Allah, insanların Öz böyüklüyünü qavraya bilmələri üçün kainatdakı nizamı, saysız təfərrüatlarla birlikdə yaratmışdır. Quranda Allahın var etdiyi bu nizamın mükəmməlliyi bildirilərkən, “…Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.” (Talaq surəsi, 12) şəklində buyurulur. Kainatdakı qüsursuz nizam elə mükəmməlliklərlə doludur ki, Allah bunları Öz böyüklüyünü və üstün gücünü düşünməyimiz üçün yaratmışdır.

İnsanlar yer üzündə bəzi səbəb-nəticə əlaqələrindən asılı olaraq yaşayarlar. Məsələn, yer səthində sabit dayana bilmələri üçün yerin cazibə qüvvəsinə, gəmilərini suda üzdürmələri üçün suyun qaldırma qüvvəsinə və daha saysız qanundan asılıdırlar. Halbuki Allah bütün bunlardan münəzzəhdir. Çünki bütün səbəbləri və bunlardan doğan bütün nəticələri yaradan Odur. Allah, hər şeyi müəyyən qanunlar, səbəb-nəticə əlaqələri içində yaradır və bu şəkildə insanları sınayır, kimin həqiqətən Özünə qulluq edəcəyini kimin də başqa ilahlar qəbul edərək inkar edəcəyini (Qüdrətli Allahı tənzih edirik) təyin edir:

Ancaq ifadə etmək lazımdır ki, şübhəsiz Allahın yaratmaq üçün səbəblərə ehtiyacı yoxdur. Ayədə də xəbər verildiyi kimi Allah “Ol” dedikdən sonra reallaşmayacaq heç bir hadisə yoxdur.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz