Header

Aləmlərin Rəbbi olan Allaha həmd olsun

Aa4a

O, əbədi Yaşayandır, Ondan başqa məbud yoxdur. Allaha, dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun! (Mümin surəsi, 65)

Ayə, Allahın diri, hər şeyi bilən və hər şeyə gücü çatan mənasını verən Hayy adı ilə başlayır. Canlı və cansız bütün kainatın Yaradıcısı olan Allah Hayydır. Daim diridir, hər an hər şeyə hakimdir, hər şeyi bilər, hər şeyə güc yetirər, Onu yuxu və mürgüləmə tutmaz, hər cür acizlikdən uzaqdır. Gəlib-keçmiş bütün insanların Rəbbi Qüdrətli Allahdır. Ayədə bildirildiyi kimi “Ondan başqa məbud yoxdur.” Allah hər şeyin Yaradıcısıdır və hər şeyin üzərində vəkildir.

Ayədə Allah, dini tək Özünə xalis edənlərdən olmanın əhəmiyyətini vurğulamışdır. Dini yalnız Allaha məxsus etmək, adamın din əxlaqını yaşayarkən başqa heç bir qazanc ya da mənfəət güdmədən yalnız Allahın razılığını və məmnuniyyətini hədəfləməsi, ibadətini yalnız Allah üçün etməsi, Ondan başqalarının razılığını qətiyyən axtarmamasıdır. Adam həyatının hər anında Allaha ixlasla yönəlməli və Allahın razılığını, Onun lütfü olan cənnətini istəməlidir. Din yalnız Allahındır və ibadətlərin hamısı yalnız Onun məmnuniyyətini qazanmaq məqsədiylə edilməlidir.

Allah ayəsində dua etmənin əhəmiyyətinə də diqqət çəkir. Dua etmək, Allahın qullarına lütf etdiyi çox gözəl nemətdir. Allah, duada insanın səmimiyyətini əsas alar, O dua etdiyimiz zaman bizim içimizdən keçirdiyimizi də, səsli olaraq söylədiyimizi də eşidən, biləndir. Möminlər həm dünya həyatları üçün, həm də axirətləri üçün dua edərlər. Dua ilə bərabər təvəkkül də edər. Dua edən insan, qarşısına çıxa biləcək çətin ya da asan hər cür vəziyyəti, bütün hadisələri, kainatın Yaradıcısı və Hakimi olan Allahın təqdirinə buraxmış və Ondan razı olmuş deməkdir.

Bir problemi həll etmənin ya da qarşısını almanın bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha aid olduğunu, bütün işlərin Allahın təqdiri olduğunu bilmək və yalnız Ona dua etmək, mömin üçün ömrü boyunca fərahlıq və güvən qaynağıdır.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313