“… Nəfsinin tamahından qorunanlar nicat tapanlardır..” (Təğabun surəsi, 16)
Allah bu ayəsiylə insanı bu dünyada və axirətdə qurtuluşa yönəldəcək olan rəftarın, nəfslərinin pis xüsusiyyətlərindən çəkinmək olduğunu bildirmişdir.
İnsan nəfsi eqoistlik, xəsislik kimi müxtəlif pis əxlaq xüsusiyyətlərinə uyğun quruluşda yaradılmışdır. Nəfsini öyrətmədiyi təqdirdə, bu pis əxlaq xüsusiyyətləri adamın bütün əxlaqına hakim olar. Belə adam isə ümumiyyətlə hər kəsdən çox. hətta çox vaxt yalnız özünü düşünər. Özü üçün daim hər şeyin ən yaxşısını, ən gözəlini, ən mükəmməlini istəyər və bunları əldə etmək üçün başqalarına zərər verməkdən çəkinməz. Özü bu xüsusiyyətlərə sahib olmadığı halda ona qarşı hər kəsin anlayışlı və fədakar yanaşma içərisində olmasını gözləyər. İçdən-içə həmişə öz istək və mənfəətlərini qorumaq, öz rahatlığını təmin etmək istəyər.
Nəfsin bu zəifliyindən xilas olmaq isə, ancaq imanı qavramaq və Quran əxlaqını yaşamaqla mümkün olar. Quranda bildirilən həqiqətləri və Allahın əmr etdiyi əxlaq anlayışını qavrayan kəs, həyatının hər anında fədakarlıq göstərə biləcək əxlaqa sahib ola bilər. Allah, insanın nəfsini pisliklərdən çəkindirə bilməsi və Allahın bəyəndiyi əxlaqa sahib ola bilməsi üçün vicdanı yaratmışdır. Vicdanın səsi, insana hər cür pislikdən çəkinmənin və yaxşılığa çatmanın yollarını göstərər. İman edən insanın ürəyindəki dərin Allah sevgisi və güclü Allah qorxusu, onu nəfsinin pisliklərinə məğlub olmaqdan qoruyar.
Belə insan, dünya həyatında əsl mövcudluq məqsədinin Allahın razılığını qazanmaq olduğunu bilərək, həyatının hər anında Rəbbimizin məmnun olacağı davranışlar sərgiləməyə çalışar. Dünya həyatının çox qısa sürəcəyini, insanın əsl olaraq sonsuz axirət həyatı üçün səy göstərməli olduğunu bilər. Burada əldə edilən bütün mənfəətlərin gəlib keçici olduğunu, ardından isə Allahın hüzuruna qovuşub hesab verəcəyini unutmaz. Dünya həyatında Allahın razılığı, rəhməti və cənnəti yerinə, nəfsini və mənfəətlərini qorumağı hədəfləyən insanların isə axirətdə sonsuz əzabla qarşılaşacaqlarının şüurundadır.
Əks halda isə, göstərdiyi gözəl davranışlara və fədakar əxlaqa qarşılıq, Allah onu dünyada yaxşılıq və gözəlliklə mükafatlandıracaq, axirətdə də sonsuza qədər bənzərsiz nemətlərlə mükafatlandıracaq. Allah, gözəl davrananları Quranda belə müjdələyir:
“Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar.” (Yunis surəsi, 26)