Header

Özlərinə haqq gəlincə, onu yalanladılar

Aa4a

“Özlərinə haqq gəlincə, onu yalanladılar; lakin lağ etdiklərinin xəbərləri onlara gələcəkdir.” (Ənam surəsi, 5)

Allah ayəsində Özünə və axirətə iman etməyən, göndərilən elçilərə və haqq Kitablara inanmayan, dinə, Allahın ayələrinə və elçilərinə qarşı lağ edən insanların özlərindən uzaq gördükləri əzablarla mütləq qarşılaşacaqlarını xəbər verir.

Din əxlaqından uzaq yaşayan insanların dinə və Allahın ayələrinə qarşı lağ rəftarları, göndərilən elçilərlə və elçilərin yanlarındakı möminlərlə lağ etmələri, dünya tarixi boyunca davam edən vəziyyətdir. Allahın gücünü və böyüklüyünü təqdir edə bilməyən bu insanlar, etdiklərinin qarşılığını mütləq alacaqlarını anlamazlıqdan gələrək utanmazcasına həyatlarını davam etdirmişlər. Keçmişdə olduğu kimi bu gün və gələcəkdə də, iman etmədikləri üçün həqiqətlərə qarşı lağ edənlər olacaq. Allah bu insanların işlədikləri günahların qarşılığını axirətdə mütləq görəcəklərini Quran ayələriylə bizlərə xəbər verir. Ancaq hələ dünyada ikən də bu qarşılıq özlərinə çatacaq. Özləri din əxlaqıyla, müsəlmanlarla, Allahın elçiləri və ayələriylə lağ etdiklərini zənn edərkən əslində Allah qatında alçalanlar onlar olacaq. Allah bu həqiqəti, ayəsində qəti olaraq xəbər vermişdir:

“Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər.” (Bəqərə surəsi, 15)

Bu iman etməyən insanlar, özlərinə verilən müddətə aldanaraq çox böyük tələyə düşərlər. Həyatları boyunca din əxlaqına, Allahın elçilərinə və möminlərə qarşı mübarizə apararlar və bundan ötrü heç bir qarşılıq görməyəcəklərini zənn edərlər. Ancaq unudulmamalıdır ki, hər insan Allahın endirdiyi din əxlaqını yaşamaqla məsuldur və inkar etməsi onu bu məsuliyyətdən qurtarmaz. Bu səbəbdən bəhsi keçən kəslər bu münasibətlərinə son vermədikləri təqdirdə “hesab günü” gəldiyində etdiklərinin cəzasını çox şiddətli olaraq mütləq alacaqlar.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313