İçeriğe geç

İnsanlar üçün bir açıqlama, doğru yolu göstəricisi və öyüd-nəsihətdir

“Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstəricisi və öyüd-nəsihətdir.” (Ali imran surəsi, 138)

 

Qüdrətli Allah bu ayəsində Quranın möminlər üçün nur, yol göstərici, hidayət və rəhmət olduğunu bildirir.

Möminlərin, həyatlarındakı tək ölçüləri, Quran ayələri və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsidir. Möminlər Allahın icazəsiylə Quran əxlaqını qüsursuz yaşayarlar. Onlar həyatlarının sonuna qədər Allahın əmr və qadağaları mövzusunda diqqətli davranar, yalnız Allahdan qorxar, təşvişə, çaxnaşmaya, ümidsizliyə və pessimizmə qapılmazlar. Kimsənin qınamasından qorxmazlar. Hadisələr qarşısındakı reaksiyaları həmişə Quran əxlaqına və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə uyğun olar. Məsələn, özlərinə müxtəlif nemətlər lütf edildiyində və bolluq içində yaşadıqları anlarda olduğu kimi darlıq, sıxıntı və çətinlik zamanlarında da Quran əxlaqını göstərməkdən güzəştə getməzlər. Çünki nemətləri artıranın da, dilədiyində bunları xeyir və hikmət üzərinə azaldanın da Allah olduğunu bilərlər. Hər hadisənin, nəfsin öyrədilməsi və yetkinləşməsi üçün yaradılmış imtahandan ibarət olduğunun fərqindədirlər. Ancaq Qurandan qafil yaşayan, imanı ürəklərinə tam otura bilməmiş kəslər, belə vəziyyətdə böyük ümidsizliyə qapılarlar. Şübhəsiz bunun tək səbəbi, Quran əxlaqına görə yaşamamaları və Rəbbimizin hər şeyi xeyirlə yaratdığına iman etməmələridir. Bu kəslərin həyat fəlsəfələri, qaydaları və anlayışları Quran hökmlərinə uyğun deyil. Quran və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini yol göstərici olaraq görmədiklərinə görə, İslam əxlaqının xaricində bir çox batil inanclar, adətlər və ibadət şəkilləri çıxararlar və (Allahı tənzih edirik) Allahın hökmləri yerinə, bu batil inanc və qaydalara, sanki ilahi hökm kimi uyarlar. Qurandakı doğruları görsələr belə bu batil inanclarından heç cür vaz keçə bilməzlər. Halal və haram anlayışları öz yanlış məntiq incəliklərinə və düşüncələrinə, içində yaşadıqları cəmiyyətin dəyər mühakimələrinə, atalarından öyrəndiklərinə bağlı olaraq dəyişənlik göstərər. Quran hökmləri yerinə insanların fikirlərinə dəyər verərlər. Ancaq insanların dünyada və axirətdə qurtulmalarının tək yolu, atalarının və ya ətraflarının tətbiq etdikləri qaydalar deyil, Quranda bildirilən hökmlərdir. Quran, Allahın heç dəyişməmiş və Allahın icazəsiylə qiyamətə qədər dəyişməyəcək olan sözüdür. Peyğəmbərimiz (s.ə.v)-in həyatı boyunca göstərdiyi gözəl əxlaq isə iman edənlər üçün ən gözəl nümunədir.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz