“Həcc mərasiminizi bitirdikdə vaxtilə atalarınızı yad etdiyiniz kimi, hətta bundan da artıq Allahı yad edin! İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!” – deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Onlardan: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!” – deyənləri də vardır. Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir.” (Bəqərə surəsi, 200-202)
Qüdrətli Allah ayələrində, yalnız dünya üçün istəyən kəslərin axirətdə qazancları olmayacağını bildirir. Allahdan lazımı qədər qorxub çəkinməyən, axirətə də qəti olaraq iman etməyən insanların istəkləri yalnız dünyaya istiqamətli olar. Onlar zənginliyi, mülkü, etibarı həmişə bu dünyadakı həyatları üçün istəyərlər. Allah, dünyanı istəyənlərə dünyanı verər, ancaq onlar axirətdə böyük itki içində olarlar. Möminlər isə ayədə bildirildiyi kimi həm dünya həyatları, həm də axirətləri üçün Allahdan istəyərlər. Çünki axirətin dünya həyatı qədər qəti və yaxın həyat olduğuna iman edərlər.
Möminlər də dualarında Allahdan sağlamlıq, zənginlik, elm və gözəllik istəyərlər. Ancaq onların hər dualarında Allahın məmnuniyyəti və din əxlaqına uyğun niyyət vardır. Məsələn, zənginliyi hz. Süleyman (ə.s) kimi Allah yolunda istifadə etmək üçün istəyərlər. Hz. Süleyman (ə.s), Allahdan özünə kimsənin əldə edə bilməyəcəyi qədər böyük mülk verməsini istəyərkən bunu dünyaya istiqamətli ehtiras olaraq deyil, Allah yolunda istifadə etmək, insanları Allahın bildirdiyi din əxlaqına çağırmaq və Allahı zikr etmək üçün istəmişdir. Möminlər zənginliyi də sağlamlığı da; Allah yolunda mübarizə edə bilmək, Allahın razılığını qazana bilmək, Allahın varlığını, birliyini izah edə bilmək və İslam əxlaqını bütün dünyaya yaymaq üzrə təbliğ fəaliyyətlərini edə bilmək üçün istəyərlər.
Dünya həyatını istəyən, axirəti düşünməyənlərin isə bütün istəkləri öz mənfəətləri üçün bu dünyaya istiqamətlidir. Bütün elmin yeganə sahibi olan Allah, bu insanların dünyada istəklərini verər, ancaq onlara axirətdə əzab dolu həyat vardır. Dünya həyatında sahib olduqları heç bir nemətə axirətdə çata bilməzlər. Allah bu əhəmiyyətli məlumatı, Quranda bu ayələriylə insanlara bildirir:
“Biz axirət savabını istəyənin savabın artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz.” (Şura surəsi, 20)
“Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq.” (İsra surəsi, 18)