Header

Allahın rəhmindən ümidinizi üzməyin

Aa4a

“Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (Zumər surəsi, 53)

Bu ayədə Qüdrətli Allah, qəflətə qapılıb səhv edən və ardından səmimi olaraq tövbə edib bağışlanma diləyən insanın günahlarının bağışlanacağını xəbər vermişdir. Ayədə möminlərin işlədikləri qüsurun ölçüləri nə olursa olsun, səmimi olaraq etdiklərindən peşman olduqları təqdirdə Allahın rəhmətindən ümidlərini kəsməmələri bildirilmişdir. Bu, din əxlaqını yaşamanın insanlara təqdim etdiyi ən böyük nemətlərdən və asanlıqlardan biridir. Bilməyərək, qəflətə qapılaraq, nəfsinə uyaraq işlədiyi səhvlərdən ötrü ümidsizliyə düşməsi heç bir şəkildə Quran əxlaqına uyğun olmayan rəftar olacaq. Əlbəttə mömin səhv və günah işləməməyə, Allahın sərhədlərini qorumağa son dərəcə diqqət göstərər. Lakin buna baxmayaraq işlədiyi səhvləri ola bilər. Səhv edən möminə düşən, səhvindən ötrü ibrət almaq, peşman olub doğrusunu görmək, vaxt keçirmədən Allaha sığınmaq və bir daha o səhvi təkrarlamamaq üzrə səy göstərməkdir. Allahın Təvvab (Tövbələri qəbul edən), Qafur (Bağışlayan), Rəhman (Mərhəmət edən) adları da səhv və günah işləyib peşman olan və Allaha yönələn möminlər üzərində təcəlli edər. Mömin, səhv etdiyində dərhal tövbə etdiyi kimi bu səhvini taleyi xatırlayaraq da təfəkkür edər. Hər şeydən əvvəl bu səhvi onun dünyadakı təhsili və Allaha yaxınlaşması üçün onun taleyində yazılmışdır. Bu səhvi, tövbə etdikdən sonra özü üçün əcr vəsiləsi olacaq. Çünki səhvlər, bu səhvlər qarşısında bunlardan dərhal imtina edən və Quran əxlaqına uyğun rəftar sərgiləyərək bunları dərhal düzəldən səmimi möminlərin axirətdəki dərəcələrini yüksəldər, onları yetkinləşdirər, qüsur və acizliklərinin, qulluqlarının daha yaxşı şüuruna çatmalarını təmin edər. Əhəmiyyətli olan adamın günahında israr etmədən dərhal peşman olub tövbə etməsidir.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313