Header

O kəslər ki, səbirli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər

Aa4a

“O kəslər ki, səbirli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər.” (Ənkəbut surəsi, 59)

Bu ayədə Allah, möminlərin yaşadıqları hadisələr qarşısında səbirli və təvəkküllü olduqlarını, yəni Allahın yaratdığı qədərə təslim olan, Allaha güvənib, səbir edən insanlar olduqlarını xəbər verir. Səbir və təvəkkül, möminlərin gözəl əxlaq xüsusiyyətlərindəndir. Möminlər səbri Allaha yaxınlaşmanın yolu olaraq görür və Quranda əmr edilən ibadət olaraq yaşayırlar. Necə səbirlə səbir etmələri lazım olduğunu təyin edən rəhbərləri isə Quran və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsidir. Möminlər başlarına çətinlik gələrsə bunu yaradanın Allah olduğunu və bunun mütləq onlar üçün xeyirlərə vəsilə olacağını bilərlər. Allahın özləri üçün ən gözəl qədəri təyin etdiyini bildikləri üçün qarşılaşdıqları hər hadisəyə könüldən razı olar və məmnuniyyətlə təvəkkül edərlər. Möminlər hansı şərtlər altında olurlarsa olsunlar, şikayət etməyi, şikayətlənməyi özlərinə heç bir şəkildə yaraşdırmazlar.

“Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.” (İnşirah surəsi, 5) ayəsi ilə də bildirildiyi kimi, Allahın çətinlikləri asanlıqlarla birlikdə yaratdığını və bunun Allahın dəyişməyən qəti qanunu olduğunu bilərlər. “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər…” (Bəqərə surəsi, 286) ayəsiylə Allah qullarına əhəmiyyətli həqiqəti xatırlatmışdır. Allah hər insanı, ancaq öhdəsindən gələ biləcəyi çətinliklərlə sınayır. Bu səbəbdən insan çətinliklə qarşılaşırsa, qəti həqiqətdir ki, Allah o adama bu vəziyyətə səbir edə biləcəyi gücü də vermişdir.

Məhz Quranın bu ayələrinə iman edən möminlər, dünyada ikən bu çətinliklərin heç bir şəkildə sonu gəlməsə belə, bunda xeyir olduğunu və Allahın səbir edənlərə axirətdə səbir göstərmələrinin qarşılığını ən gözəliylə verəcəyini bilərlər. Və bunu bildikləri üçün də heç vaxt sıxıntıya qapılmazlar. Allahdan gələn çətinliyi yox edəcək olanın ancaq Allah olduğunu, yalnız Allaha təvəkkül edib Ondan kömək diləyə biləcəklərini bilərək çətinlikləri yüngülləşdirməsi üçün Rəbbimizə dua edərlər.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313