Header

Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik

Aa4a

“Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər.” (Kəhf surəsi, 57)

Ayədə Allahın ayələri xatırladıldığı zaman, üz çevirən və etdiklərini unudanlar, “zalım” olaraq təsvir edilir. Quran çox açıq və aydın olar olaraq endirilən müqəddəs kitabımızdır. Diləyən hər insan Quranı oxuya bilər, Allahın əmrlərini, bəyəndiyi əxlaqı, cənnət və cəhənnəmin xüsusiyyətlərini Qurandan öyrənə bilər. Ancaq, Allahın yaratdığı hikmət olaraq insanların bir qismi, çox açıq olmasına baxmayaraq Quranı anlaya bilmirlər. Çünki Quran ayələri, öyüd və xatırlatmalar ancaq Allahdan qorxanlara təsir edər. Allah qorxusu olmayanlar, bu xatırlatmalar üzərində düşünərək özlərinə dərs çıxara bilməzlər. Beləcə ən asan olanı anlaya bilməmələriylə onlar üzərində əhəmiyyətli möcüzə təcəlli etmiş olar. Bəzi insanların bu qədər şiddətli anlayış və qavrayış əskikliyinə sahib olmaları, bu kəslərin fərqli yaradılışda olduğunun və bütün insanların ürəklərinin, ağıl və anlayışlarının Allahın idarəsində olduğunun dəlilidir. Çünki Allah təkəbbürlənən, yəni Allaha boyun əyməyən kəslərin ürəklərini, qavrayışlarını bağlayacağını bildirir. Quranın xaricində hər şeyi anlayıb, sırf Quranı anlaya bilməmələri Allahın onları ayələrindən əngəllədiyini göstərir. Bundan əlavə ayədə Allahın ayələri xatırladıldığı zaman, üz çevirən və etdiklərini unudanlar “zalım” olaraq təsvir edilir. Unudulmamalıdır ki, insan nə edirsə etsin, istər özünə xatırladılanları xatirində saxlayıb qulluq etsin, istəsə bütün öyüdləri unutsun, hər kəs Allaha hesab verəcəyi günə doğru sürətlə irəliləyir. Əsla unutmayan və yanılmayan Allah, bütün insanları hüzurunda yığacaq və sorğulayacaq olandır: “…Sonra qeybi və aşkarı Bilənin yanına qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir.” (Tövbə surəsi, 105)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313