İçeriğe geç

Allahdan bağışlanma diləyərsə, Allahın Rəhmli olduğunu görər

“Kim pis bir iş görərsə və ya özü-özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər.” (Nisa surəsi, 110)

 

Ayədə, Allahın sonsuz mərhəməti ilə insanlara, hər zaman səhvlərindən ötrü bağışlanma diləmə və tövbə edə bilmə imkanı verdiyi xəbər verilir. Səhvlərindən peşman olan və Allah qorxusu ilə səmimi olaraq günahlarının bağışlanmasını istəyən hər insan, Allahın özünü bağışlamasını ümid edə bilər.

Qüdrətli Allah, sonsuz qüdrət və güc sahibi, sonsuz şəfqət və mərhəmət sahibidir. Allahın bağışlayıcılığı, insanlar üçün çox böyük nemət və rəhmətdir. Çünki insan dünyadakı imtahana görə zəif olaraq yaradılmışdır. Bəzən bilmədiyindən, bəzən unudub yanıldığından, bəzən də nəfsinin ya da şeytanın təlqinlərinə uyduğundan səhv edə bilər. Hər an, bir çox mövzuda əskik düşünə bilər, səhv qərar verə bilər, səhv rəftar sərgiləyə bilər. Ancaq insanı yaradan və ondakı bu əskiklikləri bilən Allah, edilən səhvləri də bağışlayandır.

Bir səhv nəticəsində insanın tək etməli olduğu, səhvindən, bir daha geri dönməmək üzrə imtina etməsi, etdiklərindən səmimi olaraq peşman olması və ölüm anı gəlmədən əvvəl, vicdanının səsini dinləyərək tövbə etməsidir. Allah, hər adamın düşündüklərini, sinələrində gizli olanı biləndir. Kimin Özünə səmimi olaraq yönəldiyini və peşmanlıq hiss etdiyini, kimin səmimiyyətsiz davrandığını şübhəsiz bilər.

Allahın insanların günahlarını bağışlayan olması və onlara həyatları boyunca hər an yeni imkan və fürsətlər verməsi, Rəbbimizin bütün insanlara çox böyük lütfüdür. İnsan, bu böyük lütf qarşısında Allahın razı olduğu qul ola bilmək üçün heç bir zaman gecikmiş deyil. Həyatı boyunca nə qədər səhv etmiş olursa olsun, din əxlaqından nə qədər uzaq yaşamış olursa olsun, səmimi olaraq tövbə etdiyi, səhvlərini düzəltmək üçün səy göstərdiyi və saleh qul olması halında nicat tapa bilər. Səmimi insan üçün keçmişdə edilən səhvlər, ibrət vəsiləsi, eyni səhvlərə təkrar dönməmək, bənzərlərini bir daha etməmək üçün öyüd alınmalı olan xatırladıcılardır.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz