Header

Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir

Aa4a

Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər. (Maidə surəsi, 55)

Bu ayədə möminlərin dostunun, yol göstəricisinin Allah, Onun elçisi və Allaha iman edən möminlər olduğu xəbər verilir. Ayədə bildirildiyi kimi, iman edənlər, Allahın insanlara doğru yolu göstərmələri üçün göndərdiyi peyğəmbərlərə və saleh möminlərə qarşı da dərin sevgi bəsləyərlər.

Quranın bir çox ayəsində möminlərin bir-birlərinə olan sevgilərindən, bağlılıqlarından, mərhəmətlərindən və düşkünlüklərindən bəhs edilir. İman edənlərin bir-birlərinə olan sevgilərinin qaynağı Allaha olan dərin sevgiləridir. İman edənlər, Allaha olan güclü sevgiləri və səmimi bağlılıqları səbəbiylə, Allahın yaratdığı varlıqları da çox sevər, bunların hər birində Allahın sifətlərinin təcəllilərini görərlər. İman edənlər Allahın razılığını qazanmaq üçün səy göstərən bütün saleh möminlərə yaxınlıq göstərər, onları özlərinə yaxın dost və vəli edərlər. Hər şərtdə onlarla birlikdə olmaqdan böyük zövq alarlar. Bütün müsəlmanlara böyük vəfa və sədaqət ilə bağlıdırlar. Allahın razı olduğunu ümid etdikləri adamdan möminlər də razıdır. Allah yolunda olan saleh möminlər, Allahın ən sevdiyi qullarındandır. Bu səbəblə möminlər də bir-birlərini çox sevərlər və bir-birlərinə çox düşkündürlər. Möminlərin bu sevgi anlayışı isə ancaq imanın və Quran əxlaqının yaşanması ilə qazanılır.

Dünya həyatındakı məqsədləri Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq olan möminlər, bütün həyatlarını Allah üçün yaşayarlar. Quranın “De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (Ənam surəsi, 162) ayəsiylə bildirildiyi kimi, etdikləri hər işdə, göstərdikləri hər rəftarda Allahın razılığını qazanmağı hədəfləyərlər. Möminlərə qarşı olan sevgiləri də, sevgilərinin təməli Allah sevgisinə əsaslandığı və Allahın razılığını qazanmaq məqsədiylə sevdikləri üçün eyni şəkildə güclü və dərindir. İman edənlərlə yaşadıqları dostluğun, axirətdə sonsuza qədər sürəcəyini bilmələri də bu sevgilərini güclü və daimi edən başqa səbəbdir. Bir ayədə möminlərin bir-birlərinə olan sevgiləri belə bildirilir:

“İman gətirib yaxşı işlər görənlər üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq.” (Məryəm surəsi, 96)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313