Header

Göylərin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun

Aa4a

“Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun!” (Casiyə surəsi, 36)

Ayədə həmd etmənin əhəmiyyətinə diqqət çəkilmişdir. Allaha həmd etmək də Quranda keçən fərzlərdəndir. Həmd etmək möminin həyatının bir parçasıdır. Həmd, hər cür tərif, ucaltma və iltifata layiq olanın yalnız Allah olduğunu həm dil, həm də ürək ilə təsdiq etməkdir. Ayədə bundan əlavə göylərin, yerin, gördüyümüz və görmədiyimiz bütün aləmlərin Rəbbinin Allah olduğu xəbər verilir. Kainatda bir-birindən fərqli bir çox aləm vardır. Kainatda yaradılan canlı və cansız aləmlər, öz içində də fərqli aləmlərə ayrılar. Yüz minlərlə növü olan heyvanlar və bitkilər, əşyalar, yenə bir çox növü olan küləklər və buludlar, hamısı Allahın idarəsində həyat taparlar. Allah bir-birinə heç bənzəməyən, fərqli irqlərə, bədənlərə, dillərə və mədəniyyətlərə sahib olan milyardlarla insanı bütün xüsusiyyətləriylə birlikdə yaratmışdır. Allah gözlə görülə bilməyən atomların dünyasını, bədənimizin hər millimetrini meydana gətirən görkəmli sistemlərə sahib hüceyrələri və yenə insan gözüylə görülə bilməyən yüzlərlə canlını yaratmışdır. Dənizin minlərlə metr dərinliyində yaşayan kimsənin görmədiyi mərcan koloniyasının da, minlərlə metr yüksəklikdə uçan quşların da Rəbbi Allahdır. Mikroorqanizmlərin meydana gətirdiyi mikro aləmdən, kosmosdakı göy cisimlərinin meydana gətirdiyi makro aləmə qədər Rəbbimizin həyatlarını davam etdirmələrinə icazə verdiyi saya bilməyəcəyimiz qədər çox aləm, biz yatarkən, ayıqkən ya da bir işlə məşğul olarkən davamlı Allahın idarəsində, qüdrətində və rəhbərliyindədir. Allah kainatın içində yer alan aləmlərlə yanaşı bütün bunların xaricində tamam ayrı zamanda və məkanda yaşayan cinlərin və mələklərin də Rəbbidir. Bu varlıqların hamısını Allah yaratmış və hamısına boyun əydirmişdir. Allahın yaratdığı aləmlər insan ağlının və təxəyyülün çox kənarındadır. Hamısı Onun qüsursuz yaratmasının, sənətinin və sonsuz gücünün əsəridirlər. Bütün bunların tək sahibi olan Allah həmdə layiq olandır.

“…Aləmlərin Rəbbinə həmd olsun.” (Mömin surəsi, 65)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313