Header

Həqiqətən də, sən böyük əxlaq sahibisən

Aa4a

“Həqiqətən də, sən böyük əxlaq sahibisən!” (Qələm surəsi, 4)

Əsl gözəl əxlaq ancaq Allahdan qorxmaqla və Ona dərin bağlılıqla mümkün ola bilər. Bütün bu gözəllikləri səmimiyyətlə yaşayan möminlər, Allahın bütün əmrlərini qeyd-şərtsiz yerinə yetirər və Quran hökmlərinə də tamamilə uyarlar. Bunun nəticəsində də ortaya üstün əxlaq modeli çıxar. İnsan gözəl və qiymətli olan bütün xüsusiyyətlərə ancaq Allahın hökmlərinə uyaraq sahib ola bilər. Allaha iman etmiş insanın gözəl əxlaqını ortaya qoyan, özünə xas çox xüsusi rəftar və davranışları olar. Quranda insanın gündəlik həyatına və ictimai əlaqələrinə dair bir çox ayə vardır. Allah Quranda doğruluğu, ədaləti, səbri, fədakarlığı, vəfanı, sədaqəti, qətiyyəti, itaəti, təvazökarlığı, tolerantlığı, şəfqəti, mərhəməti, qəzəbi məğlub etməyi və daha bir çox üstün əxlaq xüsusiyyətini əmr edir. Bunların əksinə olan bütün əxlaq pozuqluqlarını da açıq hökmlərlə qadağan edir.

Quranda bildirilən üstün əxlaqı yaşamaq, adamın Allah qorxusunun şiddətinə, bu səbəbdən vicdanının səsinə uymasına bağlıdır. Çünki insan Allahdan nə qədər çox qorxsa və vicdanının göstərdiyi doğrulara nə qədər qəti şəkildə tabe olsa, Allahın hökmlərinə o qədər itaətli olar. Əks vəziyyətdəki adam isə Quran əxlaqını yaşamaqda stabillik göstərə bilməz, davamlılıq göstərə bilməz. Allahın gözəl olaraq göstərdiyi əxlaqın bəzi xüsusiyyətlərini üzərində daşısa belə, mənfəətləriylə zidd düşdüyü anda tam fərqli xarakterə bürünə bilər. Məhz bu nöqtədə imani yetkinliyə çatmış kəslərin üstünlüyü ortaya çıxar. İman sahibi insanlar gözəl əxlaq nümunələrini həyatının hər anında, əsla vaz keçmədən, digər insanlardan qat-qat daha sıx və üstün şəkildə göstərər. Şərtlər nə olursa olsun gözəl əxlaq göstərməkdən qətiyyən güzəştə getməzlər. Heç bir mövzuda mənfəət qarşıdurmalarından qaynaqlanan ayrılıq göstərməzlər. Səbrin ən çoxunu, fədakarlığın ən gözəlini, təslimiyyətin ən mükəmməlini, Allah sevgisinin ən şiddətlisini yaşamağa cəhd göstərər. Və bu səbəblə də digər insanlar arasında əxlaqi xüsusiyyətləri ilə önə keçər. Qurandakı ifadəylə “təqva sahiblərinə öndər” olar.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313