Header

Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən

Aa4a

Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır. (Nəml surəsi, 88)

Allah ayəsində dağların göründükləri kimi sabit olmadıqlarını, davamlı hərəkət etdiklərini bildirmişdir. Dağların bu hərəkəti, üzərində olduqları yer qabığının hərəkətindən qaynaqlanır. Yer qabığı özündən daha sıx olan mantiya təbəqəsi üzərində sanki üzərcəsinə hərəkət edər. Bu vəziyyət, Quranın endirildiyi dövrdə müşahidə edilməyəcək məlumatdır və Allah ayədə keçən “dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən” ifadəsiylə insanların bu mövzunu nə şəkildə dəyərləndirəcəklərini əvvəldən bildirmişdir. Ancaq bunun ardından bir həqiqəti açıqlamış və dağların bulud kimi keçib getdiklərini xəbər vermişdir. Şübhəsiz bu, Quranın böyük möcüzəsidir. Və Quranın Allahın sözü olduğunun çox əhəmiyyətli dəlilidir.

Kainatdakı bənzərsiz nizamda və həssas tarazlıqda qarşımıza çıxan tək həqiqət, Allahın qüsursuz yaratmasıdır. Dağlar da ayədə bildirildiyi kimi. Allahın “hər şeyi kamil şəkildə edən “ yaratmasıyla hərəkət edir. Bundan əlavə dağlar Rəbbimizin ayəsində bildirdiyi kimi “kamil şəkildə” yaradılmışdır. Ayənin də davamında Allahın “Sani” sifəti bildirilir. Allahın sənəti yaratdığı hər şeyə son dərəcə estetik görünüş, qüsursuzluq, incə və bənzərsiz sənət, uyğunluq və dizayn olaraq əks olunar. Kainatın hər küncündə, canlı və cansız bütün varlıqlarda Allahın sonsuz sənətini müşahidə etmək mümkündür. İnsan, dünya üzərində başını çevirdiyi hər yerdə Allahın qüsursuz sənətinin nümunələriylə qarşılaşar.

Ayənin sonunda Allahın “Xəbir”, hər şeyin iç üzündən, gizli tərəflərindən xəbərdar olduğu bildirilir. Allah qullarının etdiyi hər şeydən xəbərdardır. Heç bir şey Allahdan gizli qalmaz.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313