“O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir. “ (İbrahim surəsi, 7)

 

Allah bu ayəsində şükür etmənin əhəmiyyətinə diqqət çəkir və şükür edənlərə nemətini artıracağını xəbər verir. Bu, Quranın sirlərindən biridir.

Qüdrətli Allahın lütfünə, mərhəmətinə və nemətinə qarşı nankorluq edən insanları əzabının şiddətli olduğunu bildirərək xəbərdar edir. Nankorluq dünyada və axirətdə qarşılığından çox çəkinilməli olan əxlaq pozuqluğudur. Allah insanın yeganə dostu, köməkçisi və qoruyucusu, sığınıb kömək diləyəcəyi tək Varlıqdır. Var olduğu andan etibarən insanı həyatda tutan, anbaan onu qoruyan, sevgisinin mərhəmətinin təcəllilərini göstərən, nemətləndirən, ruzi verən yalnız Rəhman və Rəhim olan Allahdır. Bu səbəblə. bu açıq-aşkar həqiqətləri görməzlikdən gəlmək, ayədə bildirildiyi kimi Allahın şiddətli əzabıyla qarşılıq tapa bilər.

Halbuki hər insan, həyatı boyunca hər anı üçün Allaha möhtacdır. Tənəffüs etdiyi havadan yediyi yeməyə, sahib olduğu mal və mülkdən danışa bilməsinə, hərəkət edə bilməsindən gülüb sevinməsinə qədər Allahın yaratdıqlarına və ona bağışladıqlarına möhtac olaraq yaşayar. Möminlər, sahib olduqları hər nemət üçün nə qədər aciz və möhtac olduqlarını düşünərək Allaha şükür edərlər.

Hər şeyin sahibinin və hakiminin Allah olduğunu bilən möminlər sağlamlıqları, gözəllikləri, elmləri, ağılları, imanı sevmələri, küfrü çirkin görmələri, hidayət əhli olmaları, tərtəmiz möminlərlə birlikdə olmaları, anlayış, bəsirət və fərasət sahibi olmaları, gücləri səbəbindən şükür edərlər. Gördükləri gözəl mənzərə üçün və ya işləri asan həll olduğunda, istədikləri bir şey reallaşdığında, gözəl söz eşitdiklərində, sevgi və hörmət gördüklərində və daha saymaqla bitirə bilməyəcəyimiz qədər çox nemətlə qarşılaşdıqlarında dərhal Allaha şükür edər, Onun mərhəmətini, şəfqətini, Rəhman və Rəhim olduğunu düşünərlər. Allah, möminlərin bu gözəl əxlaqına qarşılıq ayədə də bildirdiyi kimi üzərlərindəki nemətini artırır. Məsələn, sağlamlığı və gücü üçün şükür edici olan müsəlmanın Allah gücünü və sağlamlığını daha da artırar. Elmi və ya mülkü üçün şükür edənlərə Allah daha çox elm və mülk verər.