“Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır.” (Ali İmran surəsi, 180)

 

Ayədə bildirildiyi kimi, Allahın bol lütfkarlığından insanlara verilən mallar, o insanlar tərəfindən “xəsislik” etmədən xərclənməsi üçündür. İnsan, mala sahiblənib onu mühafizə etməyə çalışmaq yerinə, malın əsl sahibinin Allah olduğunu bilmək və malı Allahın əmr etdiyi şəkildə xərcləməklə məsuldur. Özünə əmanət verilən mallardan, öz ehtiyacları üçün lazım olan məqbul bir qismini istifadə edəcək, “Ehtiyacınızdan artıq qalanını!” (Bəqərə surəsi, 219) Allah yolunda xərcləyəcək. Əgər Allah yolunda xərcləmək yerinə, bu malları “yığmağa” çalışsa, onlara sahiblənmiş olar. Ayədə, bu vəziyyətin o kəslər üçün xeyir deyil, şər olduğu bildirilir, xəsislik etmələri və yığmaları səbəbiylə, Allahın axirətdə bu kəsləri cəzalandıracağı xəbər verilir.

Ayənin davamında yer üzündəki bütün mülkün sahibinin Allah olduğu xatırladılır. “Mal sahibi” olduqlarını zənn edən kəslər özlərini aldadarlar. Sahib olduqlarını sandıqları şeyləri özləri yaratmamışlar, bunları yaşatmağa gücləri çatmaz. Yox olmalarını da əngəlləyə bilməzlər. Bundan əlavə, bir şeyə “sahib” olacaq vəziyyətləri yoxdur. Çünki Allah, sahib olduqları malları insanlara dünya həyatında “əmanət” olaraq vermişdir. Bu həqiqətin fərqində olmayan bəzi insanların, sahibləndikləri, ehtirasla bağlandıqları mülkün tək və yeganə sahibi aləmlərin Rəbbi Qüdrətli Allahdır. Bu əmanət, müəyyən vaxta qədərdir və əlbəttə günü gəldiyində hesabı soruşulacaq. İnsana soruşulacaq hesab, ona “əmanət” olaraq verilən mülkü necə və hansı məntiqlə istifadə etdiyidir.

Mal və mülk sevgisi insanların çoxunun ürəyini sərtləşdirər və onları din əxlaqından uzaqlaşdırar və bu kəslər daha çox mal əldə etmək üçün ehtirasa qapılarlar. Allaha qulluq etmək üçün yaşamaqdansa, mal yığmaq üçün yaşayarlar. Müsəlman isə, Allahın verdiyi bütün imkanlara şükür edər və bu imkanları Onun razılığı üçün Onun yolunda istifadə edər. Allah özünə böyük mülk, ehtişam və iqtidar nəsib etdiyində də bunların hamısını nemət və imtahan vəsiləsi olaraq görər, Allaha olan hörmət, qorxu və sevgisi daha da artar.