Header

Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər

Aa4a

Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. (Səcdə surəsi, 16)

Ayədə dua etmənin müəyyən vaxtı olmadığı və möminlərin qorxu və ümid arasında dua etdikləri xəbər verilmişdir. Möminlər Allaha qorxu və ümid dolu ruh halı içində yönələr və dua edərlər. Dua Rəbbimizin Rəhman və Rəhim adlarının çox üstün təcəllisi, möminlərə çox böyük lütfüdür. İnsan bütün çətinliklərini və istəklərini Allaha açar, Ona yalvarar və Allah qulunun istəyinə razılıq edər, duasını qarşılıqsız qoymaz. Dua etmək üçün xüsusi vaxtlar gözlənilməsinə, xüsusi dua şəkilləri edilməsinə də ehtiyac yoxdur, hər an, hər dəqiqə və hər yerdə Allaha dua edilə bilər. Ayədə də bildirildiyi kimi gecə yuxudan oyanıb dua edə bilər, yaxud bir yerdən hər hansı yerə gedərkən, nərdivandan enərkən, bir yerdə gözləyərkən, avtomobil istifadə edərkən, qısacası hər yerdə və hər vaxt Allaha dua edərək, Allahdan istədiklərini ifadə edə bilər.

İnsan cənnəti qazanmaq üçün nə qədər istəkli şəkildə dua edirsə, cəhənnəmdən xilas olmaq üçün də o qədər istəkli şəkildə dua etməlidir. Yəni cəhənnəmdən qorxub, cənnətə qovuşmağı ümid etməlidir. Allah qorxusu, möminin axirətə olan həsrətini artıran, ümid və şövqünü artıran qorxudur. Möminin Allaha olan yaxınlığını və sevgisini qat-qat artıran, ona böyük mənəvi həzlər yaşadan nəcib duyğudur. Mömin Allahdan qorxarkən Allahın şəfqətini, mərhəmətini, bağışlayıcılığını, Onun nemətlər lütf edən, tövbələri qəbul edən olduğunu da yadından çıxarmaz. Bu da hiss etdiyi daxili qorxuyla yanaşı, bir tərəfdən də içində çox güclü ümid daşımasına səbəb olar.

Ayənin davamında infaq etmənin əhəmiyyətinə diqqət çəkilmişdir. İnfaq edən möminlər Quranda bir çox ayədə təriflənmiş və müjdələnilmişlər. İnfaq insanın imkanlarını Allah yolunda istifadə etməsi deməkdir. İman edənlər yalnız Allahın məmnuniyyətini, rəhmətini və cənnətini qazanmaq üçün infaq edərlər. Möminlər, Allah yolunda mallarını və canlarını xərclədikcə, halala-harama diqqət etdikcə, Allah onların zənginliklərini artırar, işlərini asanlaşdırar, Allah yolunda xərcləyəcəkləri daha çox imkan yaradar. Bu sirri, heç bir narahatlıq və gələcək qayğısı hiss etmədən, Allahdan qorxub çəkinərək Allahın sərhədlərini qoruyan hər mömin öz həyatında yaşayar

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313