Header

Allah xatirinə ədaləti qoruyan şahidlər olun

Aa4a

“Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.”(Maidə surəsi, 8)

Qüdrətli Allah, Qurani Kərimdə möminin bir çox mövzuda necə davranmalı olduğunu bildirmişdir. Bu mövzulardan biri də ayədə xəbər verildiyi kimi, möminlərin ədalətli olmalarıdır. Sonsuz ədalət sahibi olan Qüdrətli Allah, ayədə, Allah üçün haqqa dəstək olmağı, ədalətli olmağı əmr etmiş və ədalətli olmanın təqvaya daha yaxın olduğunu xəbər vermişdir.

Allah ayəsində kinin ədaləti əngəlləmə istiqamətinə xüsusilə diqqət çəkmiş və müsəlmanları bu mövzuda xəbərdar etmişdir. Ayənin əmrinə görə müsəlmanlar yaxınlıq, mənfəət ya da kin kimi mövzular səbəbiylə heç vaxt qarşılarındakı adam ya da birliyə qarşı ədalətsizlik etməzlər. Qarşılarındakı adamın inancı, düşüncəsi, fəlsəfəsi nə olursa olsun, müsəlmanların öz inanclarına zidd də olsa, bu onların bu birlik haqqında doğru və ədalətli qərarı almalarına maneə deyil. Heç vaxt duyğularına qapılaraq hərəkət etməz və ağıllı olmaqdan uzaqlaşmazlar.

Allahın Quranda bildirdiyi həqiqi ədalət, insanlar arasında heç bir ayrı-seçkilik etmədən hökm etməyi, insanların haqqını qorumağı, zülmə əsla razılıq verməməyi, zalıma qarşı məzlumun tərəfində olmağı, ehtiyac içində olanlara kömək əli uzatmağı əmr edir. Bu ədalət, ön mühakiməsiz düşünməyi, tərəfsizliyi, haqlı olmağı, dürüstlüyü, tolerantlığı, mərhəməti və şəfqəti tələb edir. Adam, elə bir əxlaqa sahib olmalıdır ki, özünə zərər gələcək olsa belə, əgər haqq qarşı tərəfdədirsə, ədalətli olmalıdır.

Qüdrətli Rəbbimiz insanların bütün etdiklərini bilir. Allahdan qorxub çəkinən və axirət günündə hesaba çəkiləcəyini bilən adam Allahın razılığını və cənnətini qazanmaq üçün ədalətlə hökm edər. Etdiyi hər şeyi, söylədiyi hər sözü, ağlından hər keçəni Allahın bildiyini bilər və bütün bunlardan axirət günündə sorğuya çəkiləcəyini də unutmaz. Məhz bu səbəblə də, insanın Allahın razılığını qazanması, sonsuz cəhənnəm əzabından xilas olması və Allahın sonsuz nemətlərinə qovuşa bilməsi üçün etməli olduğu, Quran əxlaqını qüsursuz şəkildə yaşamaqdır.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313