Header

Möminlər nicat tapmışlar, o kəslər ki, namazlarında mütidirlər

Aa4a

Möminlər, həqiqətən də, nicat tapmışlar, o kəslər ki, namazlarında mütidirlər. (Muminun surəsi, 1-2)

Ayədə, möminlərin namazlarında huşu içində olduqları bildirilmişdir. Huşu, Allaha qarşı bəslənilən “hörmət dolu qorxu” mənasını verir. İnsanın namazda olarkən olacağı ruh halı da budur.

Quranda müsəlmanlara əmr edilən beş vaxt namaz, möminlərin həyatları boyunca davam etdirmələri lazım olan, vaxtları təyin olunmuş ibadətdir. Ancaq namaz ibadətini davamlı olaraq yerinə yetirmək möminlərdə heç vaxt düşünülmədən yalnız vərdişlə yerinə yetirilən tətbiqlərə çevrilməz. Tam tərsinə bu ibadəti Allah üçün etdiyini bilmək möminə hər səfərində yeni həyəcan və yeni şövq verər. İnsanın etdiyi ibadət onun Allaha olan yaxınlığını, təqvasını artırar, təfəkkür və mənəviyyatını inkişaf etdirər, əxlaqını gözəlləşdirər və bu adamı pisliklərdən uzaqlaşdırırsa, o zaman bu ibadətdən Allahın məmnun olması ümid edilə bilər.

Namaz, qəfləti yox edər, möminin şüurunu və iradəsini canlı tutar. Möminin davamlı olaraq Allaha yönəlməsini təmin edər və Yaradıcımız olan Allahın əmrləri istiqamətində həyat davam etdirməsinə köməkçi olar. Namaz qılmaq üçün Allahın hüzurunda duran mömin, Rəbbimiz ilə güclü mənəvi əlaqə qurar. Namazda insan Allahı ən gözəl adlarıyla xatırlayar və bu ibadət insanı hər cür pislikdən saxlayar.

Yalnız axirət yurdunu axtaran, dünyanın həqiqi mahiyyətini qavramış ağıllı mömin, sonsuz əzabdan xilas olmaq və cənnətdə daha üstün dərəcələrə çata bilmək üçün etdiyi hər işi sonsuz həyatına təsir edəcək vəsilə olaraq görər. Əlinə keçən, qarşısına çıxan fürsətləri çox dəyərli bilər və bu fürsətləri Allaha yaxınlaşmağa vəsilə olaraq görüb, ən şüurlu şəkildə dəyərləndirməyə çalışar. Bunun nəticəsi olaraq da Allahın icazəsiylə ayədə müjdələnilən nicata qovuşar.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313