Header

Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin

Aa4a

Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar… (Ali İmran surəsi, 159)

Rəbbimiz bu ayədə, Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in gözəl əxlaqını tərifləyir.

Peyğəmbərlər gözəl əxlaq mövzusunda bizə yol göstərən ən gözəl nümunələrdir. Quran ayələri araşdırıldığında, mülayim, yumşaq, tolerant üslubun bütün peyğəmbərlərin ortaq xüsusiyyəti olduğu görülür. Sevimli Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) də, Quran əxlaqına uyğun həyatı, Allaha olan bağlılığı və inancı, Quranı təbliğ edərkən göstərdiyi üslubla müsəlmanlara nümunə olan müqəddəs insandır.

Peyğəmbərimiz (s.ə.v) Məkkənin öndə gələn rəhbərlərinə də, kölələrə də, xristian və yəhudi din adamlarına da, qadınlara da, Allah inancına sahib olanlara da, ateistlərə də təbliğ etmişdir. Heç kimi ayırmamışdır və təbliğ edərkən də son dərəcə nəzakətli, sevgi dolu, anlayışlı və mehriban üslub istifadə etmişdir. Onun ayədə də xəbər verilən bu sevgi dolu, tolerant, anlayışlı və səbirli rəftarı, bir çox insanın ürəyinin din əxlaqına isinməsinə və Peyğəmbərimiz (s.ə.v)-ə böyük səmimiyyət və sevgi ilə bağlanmalarına vəsilə olmuşdur. Ayənin davamında, Rəbbimiz əks münasibət və davranış olsaydı Peyğəmbər (s.ə.v)-in ətrafındakıların dağılıb gedəcəklərini də xəbər vermişdir. Bu ayə, bəzi cahil kəslərin, müsəlman olmayanlara və din əxlaqına görə yaşamayanlara qarşı qəzəb və kin dolu üslublarının nə qədər səhv olduğunu da bizlərə göstərir.

Müsəlmanlar, yalnız din əxlaqını yaşamaq və izah etməklə məsul olan, insanların üzərində heç bir şəkildə məcburiyyət və təhrik edici olmayan, ən zalım insanlara belə onları bu vəziyyətlərindən imtina etdirib ədaləti təmin etmək üçün ayədə də xəbər verildiyi kimi “mülayim söz” söyləməklə məsul tutulan kəslərdir. Bu üstün əxlaqa sahib olan möminlərin bunun tərsi olan üslub göstərmələri qətiyyən mümkün deyil. Çünki sərt üslub, Allahın möminlərə əmr etdiyi üslubla heç bir şəkildə uyğun gəlməz. Rəbbimiz, Quranda mömin əxlaqını, mülayim sözlü, döyüş və qarşıdurmadan uzaq duran, ən əleyhinə görünən insanlara qarşı belə, mülayim və dostca yaxınlaşan, təvazökar, səbirli, mərhəmətli, mehriban xarakter olaraq bildirir.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313