Header

Həqiqətən, bu Quran insanları ən doğru yola yönəldir

Aa4a

“Həqiqətən, bu Quran insanları ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, özləri üçün böyük mükafat olacağı ilə müjdə verir.” (İsra surəsi, 9)

Ayədə müqəddəs Kitabımız Quranın ən doğru yola yönəldən hidayət rəhbəri olduğu xəbər verilir. Quran, Rəbbimizin bütün insanlara çox böyük lütfü, Rəhman və Rəhim sifətlərinin çox üstün təcəllisidir. İnsanların həqiqi din əxlaqını öyrənə biləcəkləri əsas qaynaqdır. Quran bütün kainatı yoxdan var edən, hər şeyin ən doğrusunu bilən, sonsuz rəhmət sahibi olan Allahın sözüdür. Quranda hər şey ən mükəmməl, ən hikmətli və ən köklü şəkildə açıqlanmışdır. Bu, Allahın qullarına olan rəhmətinin təcəllisidir. Ayənin davamında həyatlarında Quranı özlərinə mənimsəyərək saleh əməllər edən möminlərin Allahın rəhmətinə və hidayətə qovuşdurulacağı müjdələnir.

Allah Quranda doğrularla səhvləri çox aydın bir şəkildə ifadə etmişdir. Bu səbəblə də vicdanlarının səsini dinləyib, nəfslərinin eqoist arzularından uzaq duran, Allahın hökmlərini tətbiq etməkdə qəti qərarlı olan hidayət əhli kəslər üçün doğrunu tapmaq çox asandır. Quran hər yaşdan, hər təhsil səviyyəsindən insanın rahatlıqla anlaya biləcəyi, öyüdlərini qavraya biləcəyi hikmət dolu kitabdır. Quranın ehtiva etdiyi hökmlər və ayələrdə tövsiyə edilən gözəl əxlaq son dərəcə açıq, aydın və asandır. Allahın hidayət verdiyi, səmimi niyyətli hər insan Quranda nə izah edildiyini rahatlıqla anlaya bilər və anladıqlarını bütün rəftarlarında və düşüncələrində ən gözəl şəkildə tətbiq edə bilər.

Quranı anlamaq üçün üstün zəkaya ya da qabiliyyətə deyil, səmimi niyyətə, dərin imana və ixlasa sahib olmaq lazımdır. Çünki Allah səmimi qullarına doğru yolları göstərər, onların Qurandan faydalanmalarını və qurtulmalarını təmin edər. Quran bütün insanlara göndərilmiş kitabdır, ancaq yalnız Allahdan qorxan, axirət gününə iman edən möminlər üçün hidayət vəsiləsi olar.

Quran bütün insanlar aləmi üçün öyüd, Allahdan qorxan və xeyirxah olan müsəlmanlar üçün də hidayət rəhbəridir. İman edib həyatı boyunca saleh əməllər işləyən möminin qovuşacağı qurtuluş isə Allahın razılığı və cənnətidir.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313