“Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir…” (Bəqərə surəsi, 269)
Allah bu ayəsində hikmətin əhəmiyyətinə və insanlar üçün böyük nemət olduğuna diqqət çəkir. Həqiqətən də hikmət sahibi insan, Allahın icazəsiylə din əxlaqını ən gözəl şəkildə yaşayar, Qüdrətli Allahın məmnun olacağı ümid edilən söhbətlər edər, insanlara Quran əxlaqını ən aydın olan və ən təsirli şəkildə izah edərək müxtəlif xeyirlərə vəsilə olar. Belə insanla qarşılaşan kəslər, bu adamın hikmətli şərhləri sayəsində hadisələrin fərq edə bilmədikləri istiqamətlərini görər, ağıllı rəftara yönələrlər.
Hikmətli danışa bilmənin adamın zəka səviyyəsiylə, mədəniyyət səviyyəsiylə, təhsil vəziyyətiylə də hər hansı bir əlaqəsi yoxdur. Bəzi kəslər, bu xüsusiyyətin texniki diqqət ilə əldə edilə biləcəyini sanarlar, bunun üçün söhbətlərinin ədəbiyyat qaydalarına və ya gözəl söz sənətləriylə əlaqədar bəzi kitabların öyüdlərinə mümkün qədər uymasına böyük diqqət göstərərlər. Uzun və qeyri-adi cümlələr qurduqlarında ya da aktual və xarici terminlər istifadə etdiklərində söhbətlərinin son dərəcə təsirli və bəzəkli olacağına inanarlar. Halbuki bunlar, insana hikmətli danışa bilmə qabiliyyəti qazandırmaz. Çünki hikmət ancaq imanla, Allah qorxusundan qaynaqlanan səmimiyyətlə və Allaha olan təslimiyyətlə qazanıla bilən xüsusiyyətdir. Müsəlman özünə nitqi verib danışdıranın Allah olduğunu bilərək Allaha sığınar və yalnız Onun razılığını qazanmağı hədəfləyərək danışar. Hər an olduğu kimi, danışarkən də insanların deyil, Allahın hüzurunda olduğunun və danışmasının ancaq Onun diləməsiylə təsirli olacağının şüurundadır. Sözlərinin təsirli və hikmətli olması üçün Allaha dua edər. Bu səmimiyyətə qarşılıq, Allah adamın vicdanına deyilməli olan ən gözəl sözləri ilham edər. Bu səbəbdən nəyin vurğulanması, nəyə diqqət çəkilməsi ya da nəyin deyilməməli olduğunu, hansı üslubun səhv, hansı izahatın təsirli olacağını vicdanını dinləyən hər kəs Allahın izniylə asanlıqla tapa bilər.