“…Ancaq Allahın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq.” (Ənam surəsi, 71)

 

Doğru yolun tək sahibi olan Qüdrətli Allah Quranda, sonsuz gözəllik yurdu cənnətə qovuşmanın Özünü razı edəcək saleh əməllər etməklə mümkün olacağını bildirmişdir. Saleh əməllər etmək və cənnətə layiq ruh gözəlliyinə sahib ola bilmək, şübhəsiz güclü imana bağlıdır. Güclü imana sahib olan möminlər ayədə bildirildiyi kimi, Allaha tam bir təslimiyyətlə təslim olmuşlar.

Möminlərin bu dünyadakı məqsədləri Allaha qulluq etmək və Onun razılığını və rəhmətini qazanıb, cənnətinə qovuşa bilməkdir. Buna görə möminlər həyatlarını, özlərinə Allahın razılığını qazandıracaq saleh əməllər etməyə və Quran əxlaqını yaşamağa həsr etmişlər. Möminlər, Allaha sıx bağlandıqları üçün, Allah onları Öz doğru yoluna yönəldər.

Şübhəsiz ki, insanın heç bir dünyəvi qazanc hədəfləmədən, özünü yalnız Allahın razılığını və sevgisini qazanmağa həsr etməsi, bu adamın Allaha olan güclü sədaqətini və bağlılığını çox aydın şəkildə ortaya qoyur. Möminlər Allahın razılığını qazanmağı hər şeydən üstün tutduqları üçün, onların -Allahın diləməsi xaricində- doğru yoldan azmalarından söz gedə bilməz. Möminlər, Allahın özlərinə göstərdiyi bu yolda irəliləməkdən heç bir şəkildə geri addım atmazlar. Buna bağlı olaraq bəslədikləri güclü sədaqət və təslimiyyət duyğusu ilə “bütün həyatlarını Allahın razılığını qazanmaq üçün yaşayarlar.” Etdikləri hər işdə Allahı xatırlayar və o işi Allahın razılığını qazanma niyyətiylə edərlər.

Bununla yanaşı möminlər, özlərinə isabət edən çətinliklərə qarşı da ən gözəl şəkildə səbir edər və davamlı Allaha dua edərək, Allahdan kömək diləyərlər. Onlar üçün, həyatları boyunca bu yolda irəliləmək və Allahı razı edəcək saleh əməl və rəftarlar etmək çox əhəmiyyətlidir. Möminlərin bu yoldakı istəkləri, şövqləri, gücləri və qətiyyətləri, onların Allaha qarşı bəslədikləri sədaqətin və təslimiyyətin göstəricisidir.