Header

Nəfsinə ehtirası yasaq etmişsə, Cənnət onun məskəni olacaq

Aa4a

“Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə, həqiqətən, Cənnət onun məskəni olacaq.” (Naziat surəsi, 40-41)

Ayədə, Allahın şəxsən Özündən, üstün və şərəfli Mövqeyindən qorxan və nəfsinin istək və ehtiraslarından çəkinən kəslər cənnət ilə müjdələnirlər.

Allah sonsuz güc sahibidir, sonsuz elmə və sonsuz ağıla sahibdir. Allah aləmlərə ehtiyacı olmayandır, heç kimə ehtiyacı yoxdur, lakin bütün varlıqlar Ona möhtacdır. Hər kəsi və hər şeyi yoxdan var edən və hər an var edən Allahdır, hər şeyin və hər kəsin sahibi Odur. Bütün bu sonsuz üstünlüklərin sahibi olan Allaha qarşı nəinki üsyankar olmaq, Onu unudaraq bir an keçirmək belə şüurlu insanın cəsarət edə biləcəyi bir şey deyil.

Allahı Quranda tanıdıldığı kimi tanıyan və Onun qüdrətini gərəyi kimi təqdir edən insan Allahdan və Allahın razılığına tərs düşən rəftardan çəkinər və Onun əzəmətindən hörmət dolu qorxuya qapılar.

Ayədə xəbər verilən “nəfsindən”, yəni nəfsin istək və ehtiraslarından çəkinmək isə insanın öz içində aparacağı mübarizədir. Nəfs tamamilə dünyaya istiqamətli həyat tərzini məqsəd qoyduğu üçün pul, mal, uşaqlar, kariyera kimi özünü xoş tutacaq, rahat yaşadacaq, insanlardan daha üstün olduğunu hiss etdirəcək ehtiras və arzularla bəslənər. Bu mənada nəfsi, insanın içində olan, hər an qalib gələ bilmək üçün fürsət gözləyən və davamlı olaraq mübarizə edilməli düşmən olaraq görə bilərik. Nəfs, Qüdrətli Allahın diləməsi xaricində, adamın ixlasını qırmaq, səmimiyyətini zədələmək üçün mənliyində var olan hər cür pis fikir və düşüncəni dəstəkləyəcək şəkildə hərəkət edər. Nəfs insan mənliyində “sərhəd tanımaz günah və pisliyi” saxlayan varlıqdır. Bu səbəblə insanın səmimi olaraq iman edə bilməsi üçün nəfsini təmizləməsi, nəfsin istək və ehtiraslarından çəkinməsi və Allahın əmr etdiyi Quran hökmlərini əskiksiz olaraq tətbiq etməsi lazımdır.

Qüdrətli Allah Quranda, insana fayda verməyəcək nəfsin bu pıçıltıları yerinə vicdanının səsini dinləyən kəsləri qurtaracağını müjdələyir.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313