Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər. (Hucurat surəsi, 2)

 

Elçilər, möminlər arasında, Quran ayələriylə təyin olunmuş xüsusi və imtiyazlı mövqeyə sahibdirlər. Ayədə, möminlərin elçilərə istiqamətli münasibət və davranışları mövzusunda nümunə verilir və danışarkən istifadə edəcəkləri səs tonu xüsusi olaraq təsvir edilir. Möminlərin Allahın elçisiylə danışarkən səslərini bir-birlərinə olduğu kimi yüksəltməmələri xatırladılır. Burada diqqət yetirilməli olan nöqtə isə bu rəftarın, ədəb və ya davranış qaydası olmaqdan əlavə, Allahın qəti əmri olmasıdır. Ayənin davamında ifadə edildiyi kimi əks olan davranışın əməlləri boşa aparacaq rəftar olması mövzunun əhəmiyyətini açıqca ortaya qoyur. Bunu Quranın açıq hökmü olaraq deyil də, hər hansı bir əxlaq qaydası olaraq görmək, “edilsə gözəl olar, edilməzsə də bir az ayıb olar” şəklində anlayışı davam etdirmək, Allahın ayələrini gözardı etmək mənasını verər. Halbuki elçiyə göstərilən hörmət Allaha göstərilmiş deməkdir. Eyni şəkildə əgər tam tərsi olan əxlaq göstərilsə, bu da Allaha qarşı göstərilmiş rəftar olar.

Elçiyə qarşı qəsdən hörmətdə qüsur etmək isə Allahın razı olmayacağı rəftardır. Ancaq, pis niyyət olmadan, cahillik, düşüncəsizlik, yanlış səmimiyyət anlayışı nəticəsində elçinin hüzurunda səsini yüksəldən adamın, mömin də olsa, digər möminlərlə müqayisədə daha zəif ağıl, şüur səviyyəsinə və daha laqeyd xarakterə sahib olduğu isə aydındır.

Allahın mövzuya verdiyi əhəmiyyət, buna riayət edənlərin tərifləndiyi və müjdələnildiyi bir sonrakı ayədə də aydın olur:

 

“Həqiqətən, Allahın Elçisi yanında səsini endirənlər o şəxslərdir ki, Allah onların qəlbini təqva üçün sınağa çəkmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir.” (Hucurat surəsi, 3)