Bilindiyi kimi, Darvinin təkamül nəzəriyyəsi canlılığın başlanğıcında mövcud olduğu iddia edilən “xəyali ilk hüceyrə”yə dayanır. Darvinistlərin canlılar üzərinə qurduqları bütün ssenari, palçıqlı suyun içində təsadüfən meydana gəldiyini iddia etdikləri o ilk hüceyrəyə bağlıdır.

Lakin maraqlı olan, darvinistlərə görə palçıqlı suyun içində təsadüfən meydana gəlməsi lazım olan o möcüzəvi ilk hüceyrə, bu gün 21-ci əsrdə, kosmos texnologiyasının tətbiq olunduğu bir dövrdə, Nobel mükafatlı elm adamlarının nəzarətində, yüksək təchizatlı və olduqca əhatəli dünyanın ən böyük laboratoriyalarında çıxarılır. Darvinistlərin öz-özünə əmələ gəldiyini fərz etdiyi bu sözdə “sadə” quruluş, nədənsə bir cür əldə edilə bilmir. Dünyanın ən məşhur professorlarının ən əhatəli araşdırmaları bu xəyali ilk hüceyrəyə yönəldilib, bu kəslərin az qala bütün həyatları sözü gedən xəyali ilk hüceyrə çıxara bilmək uğuruna keçmişdir. Ölkələr bunun üçün minlərlə dollarlıq fond ayırmış, lazımlı təchizatlar alınmış, bütün lazımi infrastruktur hazırlanmış, professorlar yetişdirilməyinə baxmayaraq “tək bir hüceyrə” bir cür yoxdan var edilə bilmir.

Əlbəttə bu vəziyyət darvinistlər baxımından bir çaxnaşma səbəbidir. Çünki bu vəziyyət darvinizm adına olduqca əhəmiyyətli həqiqətləri göstərmişdir:

 

1) DARVİN YANILMIŞDIR. Hüceyrə heç də Darvinin düşündüyü kimi sadə deyil. Hüceyrə, mürəkkəb kompleks quruluşu möhtəşəm detal və komplekslik saxlayar və içindəki avadanlıqlar insan bacarıqlarının üstünə keçir.

2) DARVİNİSTLƏR HƏYATIN MƏNŞƏYİNİ AÇIQLAYA BİLMİR.

3) Canlıya aid ən fundamental quruluş, yəni hüceyrə təsadüfən meydana gələ bilmirsə, kompleks xüsusiyyətlər saxlayan CANLI MÜXTƏLİFLİYİNİN TƏSADÜFƏN MEYDANA GƏLMƏSİ DAHA ÇOX QEYRİ-MÜMKÜNDÜR.

4) Və əgər Darvinistlər tərəfindən həyatın mənşəyi açıqlanmırsa, bu vəziyyətdə XƏYALİ TƏKAMÜL MÜDDƏTİ HAQQINDAKI BÜTÜN HEKAYƏLƏR VƏ FƏRZİYYƏLƏR DƏ YALANDIR.

 

Darvinistlər həyatın mənşəyi haqqında müxtəlif hekayələr uydursalar, ağla xəyala gəlməyəcək ssenarilərlə insanları aldatmağa çalışsalar da vəziyyət dəyişməz, hər səfərində müxtəlif vəsilələrlə xəyali ilk hüceyrəni açıqlaya bilmədiklərini dilə gətirmək məcburiyyətində qalırlar. Bunun bəlkə də ən yaxşı göstəricisi, bu uğurda reallaşdırılan laboratoriya təcrübələridir.

 

Miller təcrübəsi və ilk müvəffəqiyyətsizlik

1953-ci ildə Stenli Millerin etdiyi təcrübə, elm tarixində Miller təcrübəsi olaraq tanınmışdır. Bu təcrübədə Miller, soyuq tələ kimi təbiətdə tapılması mümkün olmayan qurğuları və sözdə primitiv atmosfer olaraq mühitdə mövcud olmayan qazları istifadə edərək amin turşusu əldə etməyə çalışmışdır. Primitiv atmosferdə olan və meydana gəldiyi anda bütün amin turşuları parçalayacaq gücdə olan oksigen isə, bu təcrübəyə daxil edilməmişdir. Təcrübə nəticəsində Miller, bir neçə dənə amin turşusu əldə etmiş və darvinist elm dünyası bunu böyük bir müvəffəqiyyət olaraq irəli sürməyə çalışmışdır. Halbuki tam tərsinə, bu təcrübə darvinistlərin həyatın mənşəyini açıqlaya bilmədikləri həqiqətini elmi mənada sübut etmiş təcrübədir.

Miller təcrübəsi həqiqi dünya atmosferi ilə uyğun olmayan bir çox detal ehtiva etmiş və bir çox istiqamətdən açmazlar ortaya qoymuşdur. Lakin Millerin təcrübəsi, bütün bunlar gözardı edilmiş olsa da böyük müvəffəqiyyətsizlik göstərir. İdarəli laboratoriya mühitində, primitiv atmosferi əks etdirməyən şərtlər içərisində, bütün lazımlı tədbirlər alınaraq əldə edilən bu amin turşularının bir araya gələrək, lazımlı düzülüşü meydana gətirməsi və funksional bir zülal ortaya çıxması ehtimalı riyazi olaraq sıfırdır. Miller təcrübəsinin etibarsızlığı ilə əlaqədar ətraflı məlumatı buradan oxuya bilərsiniz.

Miller, primitiv atmosferi yaratmaq məqsədiylə istifadə etdiyi qazların həqiqi olmadığını özü də etiraf etmişdir. 1983-ci ildə eyni təcrübəni həqiqi atmosfer şərtlərində reallaşdırmış və tək bir dənə belə amin turşusu əldə edə bilməmişdir.

 

Jefri Badanın təşəbbüsü eyni darvinist müvəffəqiyyətsizliyi göstərir

Millerin şagirdi darvinist kimyaçı Jefri Bada, Millerin ölümünün ardından bu təcrübəni təkrar etmək qərarı aldı. Millerin 1983-ci ildə həyata keçirdiyi və uğursuz olan təcrübəsini əsas alan Bada, Millerdən fərqli amma eynilə onun kimi idarəli təcrübə mühiti meydana gətirdi. Və təcrübəsi isti vulkanik mühit içində reallaşdırmağa qərar verdi. Amin turşularının meydana gəlməsi əsnasında nitratın dağıdıcı təsiri olacağını bilən Bada, meydana gətirdiyi atmosfer mühitinə, nitrat ilə birlikdə dağıdıcı turşuları neytrallaşdırmaq üçün dəmir və karbonat da əlavə etdi.

Bada yuxarıda saydığımız bütün maddələrin primitiv dünya atmosferində olduğunu fərz edərək hərəkət edirdi. Eynilə Millerin 1953-ci ildə etdiyi kimi, primitiv dünya atmosferində olan amma amin turşularının meydana gəlməsinə maneə törədən bütün qazlar təhvil verən çıxarılmışdı. Bununla da yetinməyərək amin turşularının meydana gəlməsini təmin edə bilmək üçün süni vulkanik mühit meydana gətirilmişdir. Mühit, primitiv atmosferi əks etmirdi, lakin darvinist zehniyyətə görə, həyatın mənşəyi təcrübəsi “saxta müvəffəqiyyət təmin edilməsi məqsədiylə” bu şərtlər daxilində həyata keçirilməli idi.

Bada, meydana gətirdiyi bu idarəli mühit içində Millerin 1953-ci ildə reallaşdırdığı təcrübəsindən bir az daha çox amin turşusu əldə etdi. Əgər primitiv atmosferi həqiqi şəkildə bu təcrübəyə daxil etmiş olsaydı, tək bir amin turşusu belə əldə edə bilməyəcəyini özü də bilirdi. İndiyə qədər primitiv atmosfer şərtləri istifadə edilmiş digər təcrübələrin müvəffəqiyyətsizliyi də bu həqiqəti bütün açıqlığıyla göstərirdi.

Necə ki, darvinist nəşrlər, gözlənildiyi kimi, Badanın əldə etdiyi amin turşuları müvəffəqiyyət kimi göstərməyə çalışdılar. Halbuki bu təcrübə, müvəffəqiyyət deyil, uğursuzluq göstəricisidir. Bu təcrübə, canlılığın təsadüfən meydana gələ bilməyəcəyini 21-ci əsrdə də sübut olması baxımından əhəmiyyət daşıyır. Əldə edilən amin turşuları müvəffəqiyyət olaraq görənlər yanılırlar. Unudulmamalıdır ki, şərtlər tam darvinistlərin istədikləri şəkildə olsaydı və canlılıq üçün lazımlı olan bütün amin turşuları əldə edilsəydi də, amin turşuları daha çox kompleks birləşmələrə, zülallar kimi polimer çevirəcək lazımlı kimyəvi dəyişikliklərin reallaşması, bunların qüsursuz şəkildə funksional hala gəlməsi və bir zülalı mükəmməl şəkli ilə meydana gətirəcək tənzimləmə meydana gəlməsi mümkün deyil. Amin turşuları, möhtəşəm zülal molekullarının mövcud olması üçün lazım olan yüzlərlə şərtdən yalnız birini meydana gətirir. Necə ki, Nyu Yorkdakı Rensselaer Politexnik institutundan kimyaçı Ceyms Feris, Badanın təcrübəsində istiqamətli olaraq bu izahı etmişdir:

 

“Bir miqdar amin turşusu əldə etdiniz. Amma əldə edə bilmədiyiniz şey nuklein turşularının quruluş daşlarıdır. “1

 

– Tək bir zülalın meydana gəlməsi üçün DNT lazımdır

– Zülal olmasa DNT əmələ gələ bilməz

– DNA olmasa zülal əmələ gələ bilməz

– Zülal olmasa zülal əmələ gələ bilməz

– Tək bir zülalın meydana gəlməsi üçün 60 ayrı zülal lazımdır

– Bu zülalların biri də əskik olsa zülal mövcud ola bilməz

– Ribosom olmasa zülal meydana gəlməz

– RNT olmasa da zülal meydana gəlməz

– ATP olmasa zülal meydana gəlməz

– ATP-ni istehsal edəcək mitoxondri olmasa da zülal meydana gəlməz.

– Hüceyrə nüvəsi olmasa zülal meydana gəlməz

– Sitoplazma olmasa da zülal meydana gəlməz

– Hüceyrədəki orqanellərdən biri əskik olsa zülal əmələ gələ bilməz

– Hüceyrədəki bütün orqanellərin mövcud olması və çalışması üçün də zülallar tələb olunur

– Bu orqanellər olmasa da heç bir şəkildə zülal olmaz.

 

Bu sistem, bir vaxt işləmək məcburiyyətində olan iç-içə bir sistemdir. Biri olmasa digəri ola bilməz. Tək biri mövcud olsa da, sistemin digər hissələri olmasa bu parça heç bir işə yaramaz.

Qısası,

Bir zülalın MÖVCUD OLMASI ÜÇÜN HÜCEYRƏNİN HAMISI LAZIMDIR. Hüceyrə, bu gün araşdırdığımız və çox az bir qismini anlaya bildiyimiz mükəmməl kompleks quruluşu ilə mövcud olmadığı müddətdə, TƏK BİR DƏNƏ DƏ ZÜLAL MEYDANA GƏLƏ BİLMƏZ.

Bundan əlavə unudulmamalıdır ki, darvinistlərin burada çalışdıqları şey “xəyali ilk hüceyrə” əldə etməkdir. Halbuki hüceyrə, mükəmməl kompleksliyə minlərlə zülalın yanında, DNT kimi nəhəng kompleks molekulları, ribozom, mitoxondri, hüceyrə qılafı, Endoplazma Ridikülüm kimi üstün təchizatdakı orqanları saxlayan heyranlıq yaradan və mürəkkəb komplekslikdə bir quruluşdur. Və darvinistlər hələ bu hüceyrənin tək bir zülalının ortaya çıxışını da açıqlaya bilməmişdir.

Tanınmış rus təkamülçü A.I.Oparinin bu mövzu haqqındakı açıq etirafı belədir:

 

Təəssüf ki, hüceyrənin meydana gəlişi təkamül nəzəriyyəsinin bütünlüklə əhatə edən ən qaranlıq nöqtəni təşkil edir. 2

 

Nəticə:

Elm dünyasına bir müvəffəqiyyət kimi irəli sürülən bir çox şey, həmişə təkamül adına ziyan xəbərçisi olmuşdur. Darvinist təbliğata alət edilməyə çalışılan fosillər həmişə darvinist saxtakarlığı ortaya çıxarmış, təkamül nəzəriyyəsi adına uydurulmuş hekayələr, yeni elmi tapıntılarla çökmüşdür. Həyatın mənşəyi mövzusunda da darvinistlərin başına həmişə eyni şey gəlir. Müvəffəqiyyətli, mütəxəssis kimyaçıların, dünya tərəfindən məşhur professorların, yüksək texnologiyaya sahib laboratoriyalarda etdikləri təcrübələr təkamül adına həmişə uğursuzluq təqdim etmişdir.

Jefri Badanın reallaşdırdığı təcrübə nəticəsində də təkamül adına əhəmiyyətli bir nəticəni ortaya çıxarır. Darvinistlər, canlıların inkişafı, insanın xəyali təkamülü haqqında nə qədər hekayə hazırlayırlarsa hazırlasınlar həmişə bu həqiqətlə qarşı-qarşıyadır: Həyatın mənşəyini açıqlaya bilmirlər.

Əlbəttə izahları qeyri-mümkündür. Çünki həyatın mənşəyi təsadüfən meydana gəlmiş o xəyali ilk hüceyrə deyil. Həyat yer üzündə Rəbbimiz olan Uca Allahın “Ol” əmri ilə var olmuşdur və Onun diləməsiylə varlığını davam etdirir. Hüceyrəni, canlını, o canlının yaşadığı kainatı bu qədər kompleks yaradan, qüsursuzluğu hər detalda sərgiləyən aləmlərin Rəbbi olan Allahdır. Bu möhtəşəm yaradılış darvinistlərin çarəsiz və açıqlamasız buraxmağa davam edəcək.

Allah bir ayəsində qüsursuz yaratmasını belə xəbər verir:

 

 Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar.  (Bəqərə Surəsi, 117)

 

 

1 http://www.harunyahya.org/bilim/hy_protein_mucizesi/protein4.html

 2  A. I. Oparin, Origin of Life, s.əh 196